Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Mit Romni

Vikipediya, azad ensiklopediya
Mit Romni
Willard Mitt Romney
Massaçusets ştatının 70-inciqubernatoru
2 yanvar 2003 –4 yanvar 2007
ƏvvəlkiCeyn Sift
SonrakıDevel Patrik
Şəxsi məlumatlar
Doğum adıWillard Mitt Romney
Doğum tarixi12 mart1947(1947-03-12)[1][2](77 yaş)
Partiya
Təhsili
Fəaliyyətisiyasətçi, məsləhətçi[d], icraçı direktor, yazıçı-dokumentalist[d]
Uşağı5 (Tagg Romney daxil olmaqla)
Elmi fəaliyyəti
Elmi dərəcələri

İmzanın şəkli
romney.senate.gov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mit Romni (ing.Willard Mitt Romney;12 mart1947[1][2]) — 2003–2007-ci illərdəMassaçusets ştatınınqubernatoru olmuşdur.2012-ci il ABŞ Prezident SeçkisindəABŞ Respublikaçılar Partiyasının əsas namizədlərindən hesab olunur.

Həyatı

[redaktə |vikimətni redaktə et]

Uillard Mitt Romni 1947-ci il martın 12-də Miçiqan ştatının Detroyt şəhərində, "American Motors" korporasiyasının baş direktoru Corc Romninin ailəsində anadan olub[4]. Üç dönəm Miçiqan şatının qubernatoru vəzifəsinə seçilmiş Corc Romni prezident Riçard Niksonun administrasiyasında şəhər inkişafı və tikinti naziri postunu tutub.

Mitt Romni özü də karyerasına biznes sektorundan başlayıb, "Bain Capital" investisiya şirkətinin qurucusu və rəhbəri olub (1984–2001). Dini inancı mormonizm olan, mormonların Brihem Yanq (Brigham Young University) və Harvard universitetlərindəki təhsilini humanitar elmlər bakalavrı, hüquq doktoru və işgüzar idarəçilik magistiri dərəcələri ilə bitirmiş Mitt Romni Son Günlərin Müqəddəsləri Kilsəsinin dini məhəllələr birliyinə də rəhbərlik edib.

Mitt Romni siyasətə 1994-cü ildə qatılıb – Massaçusets ştatının Senatına seçkilərdə iştirak edib və 7 milyon dollardan çox vəsait xərclədiyi bu kampaniyada rəqibi Ted Kennediyə məğlub olub. 2002-ci ildəki qubernator seçkisi isə ona qələbə gətirib və beləliklə, Mitt Romni 2003–2007-ci illərdə Massaçusets ştatının qubernatoru vəzifəsində çalışıb.

2008-ci ildə keçirilmiş prezident seçkisində respublikaçıların namizədi olmaq uğrunda mübarizə aparıb, sonra mübarizədən çəkilərək Con Makkeynin namizədliyini dəstəkləyib.

Mitt Romni ailəlidir. 5 oğlu var.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 12Mitt Romney //GeneaStar.
  2. 12Mitt Romney //Munzinger Personen (alm.).
  3. https://www.workwithdata.com/person/mitt-romney-1947.
  4. "Obamanın rəqibi: Mitt Romni".2013-03-10 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:2013-09-13.
Facebook (ing.) ·Linkedin (ing.) ·X (ing.)
Foto, video və audio
Instagram (ing.) ·Last.fm ·YouTube (ing.)
Tematik saytlar
Lüğətlər və ensiklopediyalar
Şəcərə və nekropolistika
BIBSYS9075491 ·BNF16576373s ·GND173761410 ·GTAA210416 ·ISNI0000000367600185 ·LCCNnr95017857 ·NKCola2012714135 ·NLPa0000002655486 ·SUDOC159496721 ·VIAF231888783 ·WorldCat VIAF231888783
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Mit_Romni&oldid=6934868"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp