| Misir inqilabı | |||
|---|---|---|---|
| Tarix | noyabr 1918 – iyul 1919 | ||
| Yeri | |||
| Nəticəsi |
| ||
| Münaqişə tərəfləri | |||
| |||
| Komandan(lar) | |||
| |||
| İtkilər | |||
| |||
1919-cu il Misir inqilabı (ərəb.ثورة 1919,translit.Təvra 1919) və ya1919–1921-ci illər Misir üsyanları[3] —Misir xalqınınİngiltərəmüstəmləkəçilərinə qarşı milli azadlıq üsyanları.
Misirə istiqlaliyyət verilməsi tələbi ilə çıxış edən"Vəfd" Partiyasının rəhbəriSəəd Zəğlulun həbs edilməsi əleyhinə 9 mart 1919-ci il tarixindəQahirə şəhərində fəhlələr tətilə başlamışdır. 11 martda ingilis qoşunlarının nümayiş və tətil iştirakçılarını gülləbaran etməsi növbəti gün ölkədə ümumi üsyana səbəb olmuşdur. 18 martda üsyançılar ingilis qarnizonlarınıYuxarı Misirdən qovmuş və yaxud da müharisəyə almışdı.Aşağı Misirin bir çox şəhər və kəndlərində inqilabi hakimiyyət orqanları yaradılmışdır. Lakin üsyanın mərkəzləşdirilmiş rəhbərlərinin olmaması, "Vəfd" Partiyası rəhbərlərinin tərəddüd və qətiyyətsizliyindən istifadə edən ingilis müstəmləkəçiləri Misirə böyük ordu yeridə bilmişdir. 1919-cu ilin aprel ayının əvvəllərində üsyan yatırılmışdır. Ayrı-ayrı yerlərdə döyüşlər aprelin sonuna qədər davam etmişdir. Sentyabr-noyabr aylarında Qahirə vəİsgəndəriyyədə iri inqilabi döyüşlər baş vermişdir.[3]
İngiltərənin Misiri ağır şərtl müqavilə imzalamağa məcbur etmək cəhdinə, həmçinin"Vəfd" Partiyası xadimlərinin həbs və sürgün edilməsinə qarşı 23 dekabr 1921-ci il tarixində başlamış yeni üsyan isə 1922-ci ilin əvvəlinə qədər yatırılmışdır.[3]
Məğlubiyyətinə baxmayaraq, Misir inqilabiMisirdə ingilis hökmranlığına ciddi zərbə vurmuşdur. 1922-ci ilin fevralındaBirləşmiş Krallıq Misir üzərindəprotektoratlığından əl çəkmiş və formal olaraq onun istiqlaliyyətini tanımışdır.[3]