Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Mirzəli Hüseynzadə

Vikipediya, azad ensiklopediya
Mirzəli Hüseynzadə
Doğum tarixi31 dekabr1939(1939-12-31)
Doğum yeri
Vəfat tarixi15 mart2002(2002-03-15)(62 yaşında)
Təhsili
Fəaliyyətişair, publisist
Üzvlüyü

Hüseynzadə Mirzəli Mirzəhüseyn oğlu (31 dekabr1939,Astraxanbazar rayonu15 mart2002) — publisist, şair, nasir. 1980-ci ildən SSRİ Yazıçılar İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin, Respublika Ziyalılar Cəmiyyətinin üzvü .[1]

Həyatı

[redaktə |vikimətni redaktə et]

Mirzəli Hüseynzadə 1939-cu il dekabrın 31-də Azərbaycan SSR-in Astraxanbazar (indiki Cəlilabad) rayonunun Qaralı kəndində anadan olmuşdur. Cəlilabad şəhərindəki Nizami adına məktəbdə orta təhsil almışdır. BDU-nun filologiya fakültəsini bitirmişdir.

Fəaliyyəti

[redaktə |vikimətni redaktə et]

İlk şeirləri " Yeni gün " (keçmiş " Taxılçı ") qəzetində çap olunmuşdur. O, bir müddət Cəlilabad şəhərində mədəniyyət şöbəsinin, rayon təhsil işçiləri evinin müdiri, kənd təsərrüfati işçiləri həmkarlar ittifaqı komitəsinin sədri vəzifələrində işləmişdir. Baki şəhərinə köçdükden sonra Azərbaycan Dövlət Nəşriyyatında, Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində redaktor," Nəsimi " ("Azərbaycan dünyası") qəzetində şöbə müdiri vəzifəsində çalışmışdır. SSRİ Yazıçılar İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin üzvü, " Qızıl Qələm ", mükafatı laureatı idi. Şeirləri " Ədəbiyyat ", "Azərbaycan müəllimi ", " Baki " qəzetlərində , " Azərbaycan ", " Ulduz ", " Kirpi " jurnallarinda çap olunmuşdur.

Kitabları

[redaktə |vikimətni redaktə et]
  • Sevgi illəri, B., Gənclik, 1978, 3.000 nüs.
  • Göytəpə, B., Yazıçı, 1978, 4.500 nüs.
  • Güldən ləçəyi, qardan çiçəyi,[1] B., Yazıçı, 1981, 7.000 nüs.
  • Nigaranam, B., Yazıçı, 1983, 5.000 nüs.
  • Sənsiz darıxırıq, torpaq, B., Gənclik, 1983, 10.000 nüs.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. "Arxivlənmiş surət".29 iyul 2023 tarixindəarxivləşdirilib.İstifadə tarixi:30 noyabr 2022.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Mirzəli_Hüseynzadə&oldid=7645817"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp