| Mirzə Yusif Qarabaği | |
|---|---|
| erm.Հովսեփ Ներսիսյանց | |
| Doğum tarixi | 1798(1798)[1] |
| Doğum yeri | |
| Vəfat tarixi | 1864(1864)[1](65–66 yaşında) |
| Vəfat yeri | |
| Fəaliyyəti | alim |
Mirzə Yusif Qarabaği, Mirzə Yusif Nersesov (rus.Мирза Юсиф Нерсесов; əsl adı:Ovsep Nersesyants (erm.Հովսեփ Ներսիսյանց);1798[1],Hadrut –1864[1],Şuşa) —erməni əsilli salnaməçi[2] və tərcüməçi. Qarabağ tarixi barədə farsca "Tarixi-Safi" (fars.تاريخ صافى) və Qarabağlı şairlər barədə "Məcmueyi-divani-Vaqif və digər müasirin"[3] əsərlərinin müəllifi.
1789-ci ildəQarabağ xanlığınınHadrut kəndində anadan olmuşdur. Onun atası NersesCənubi AzərbaycanınƏhər şəhərindən idi və Qarabağa köçmüşdü. Mirzə Yusif "Tarixi-Safi" əsərinin müqəddiməsində hələ uşaq ikən Qarabağdan "Qızılbaş vilayətinə" (Cənubi Azərbaycana) aparıldığını qeyd edirsə də, bunun səbəbini izah etmir.[4]
Ə. Ə. Səidzadə bu məsələdən bəhs edərkən Mirzə Yusif Qarabağinin 8–9 yaşlarında ikən talan məqsədilə Qarabağa soxulan qarətçilər tərəfindən əsir edilib aparıldığını və digər əsirlər sırasında İran şahına təqdim olunduğunu göstərir.[4] Mirzə Yusifin özünün yazdığına görə, o, 18 ilQacar İranında Əmirxan sərdarın yanında qalaraq,farscanı mükəmməl öyrənmişdi. O, bir müddət divanxana katibliyi vəzifəsində işləmiş, vaxtının müəyyən hissəsini də tarixə dair əsərlər mütaliəsinə sərf etmişdir. 1828-ci ildəTürkmənçay sülh müqaviləsi bağlandıqdan sonra Mirzə Yusif Qarabağa qayıdır və bir müddət müəllimliklə məşğul olur. İrandamüsəlmanlığı qəbul etmiş Mirzə Yusif Qarabağa qayıtdıqdan sonra mitropolit BaqdasarHəsən Cəlalyanın təkidi ilə yenidənxristianlığı qəbul edir.[4]
Mirzə Yusifin yazdığına görə o, 1854-cü ildə Kaspi və ŞimaliDağıstan ölkələrinin komandanı general-leytenant knyazQriqori Orbelianinin yanında xidmətə girmiş və mütərcimlik etmişdir.Rusiya hərbi komandanlığı iləŞeyx Şamil arasında aparılan yazışmada Mirzə Yusifin yaxından iştirak etdiyi ehtimal olunur.[4][5]
Mirzə Yusif Dağıstanda işlədiyi dövrdə Teymurxan-Şurada (Buynakskda)Vaqif və onun müasirlərinin əsərlərindən ibarət bir ədəbi məcmuə də çap etdirmişdir.[5] Dağıstanda üçillik xidmətdən sonra Qarabağa qayıdan Mirzə Yusif yenə də müəllimliklə məşğul olmuş və 1864-cü ildə Qarabağda vəfat etmişdi.[4]