| Mirzə İsa Xəyali | |
|---|---|
| Təxəllüsü | Xəyali |
| Doğum tarixi | |
| Doğum yeri | Ərdəbil,Qacar dövləti |
| Vəfat tarixi | (66 yaşında) |
| Vəfat yeri | Lənkəran,Rusiya İmperiyası |
| Dəfn yeri | Lənkəran |
| Vətəndaşlığı | |
| Milliyyəti | Azərbaycan türkü |
| Təhsili | Xarkov Milli Universiteti |
| Fəaliyyəti | şair, yazıçı |
| Üzvlüyü | |
Mirzə İsa Xəyali (30 oktyabr1850,Ərdəbil,Qacar dövləti —12 iyul1917,Lənkəran,Rusiya İmperiyası) —XIX əsrAzərbaycan şairi.[1]
Mirzə İsa Hacı Məhəmmədrəhim oğlu 30 oktyabr 1850-ci ildəƏrdəbildə doğulmuşdur. İlk təhsilini Ərdəbil mədrəsəsində almış, daha sonra 1868-ci ildə ali təhsil almaq məqsədi iləRusiya İmperiyasının Xarkov şəhərinə köçmüş və buradakıXarkov Milli Universitetində təhsilini davam etdirmişdir. Bir müddət burada yaşamış 1891-ci ildəLənkərana köçmüşdür. Burada müəllimlik və ticarətlə məşğul olmuşdur. O, 1917-ci ilin 12 iyulundaLənkəranda vəfat etmişdir,
Xəyali "Fövcül-füsəha " ədəbi məclisinin fəal üzvlərindən idi. Onun bədii irsindən bir neçə qəzəl və digər şeirləri qalmışdır.
XIX əsr Azərbaycan ədəbiyyatının ilk mənbələrindən bəhs edərkən Mirzə İsa Xəyalinin (1850–1917) "Təzkireyi — Ziyai" əsəri haqqında danışmamaq mümkün deyil. Onun təzkirəsində Ərdəbil və Təbriz şairlərindən Molla Qulaməli Həsrət, Mirzə Əsəd Şəms Ərdəbili, Molla Məhəmməd Mücrim, Mirzə Abdulla Sağəri və başqalarının həyat və yaradıcılığı toplanıb. Burada Cənubi Azərbaycan şairləri ilə birlikdə, S. Ə. Şirvani, M. Ə. Növrəs, M. R. Fəna, F. Kəminə kimi Şimali Azərbaycanda yaşayan sənətkarların bədii irsinə də ayrıca diqqət yetirilib. Bunu da qeyd edək ki, Mirzə İsa Xəyalinin bu təzkirəsi çap olunmayıb. Ona görə də indiyə kimi tədqiqatdan kənarda qalıb.
Ədəbiyyat haqqında olan bu məqaləqaralama halındadır. Məqaləniredaktə edərək Vikipediyanı zənginləşdirin. |