Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Mirmehdi xan Qasımlı-Əfşar

Vikipediya, azad ensiklopediya
Mirmehdi xan Qasımlı-Əfşar
1747 –1752
SonrakıXəlil xan Özbək
Şəxsi məlumatlar
Fəaliyyətihərbi lider[d]
AiləsiƏfşarlar sülaləsi
Diniİslam

Mirmehdi xan —1747-ci ildən 1752-ci ilə qədər hakimiyyətdə olmuş ilkİrəvan xanlığı xanı.[1] O, hakimiyyətəNadir şahın ölümündən sonra gəlmişdir. Lakin bəzi mənbələrdə onun hələ Nadir şahın sağlığında da İrəvanın hakimi olduğu yazılmaqdadır.[2] Mir Mehdi xan mənşəcəAzərbaycan türklərininƏfşar boyunun Qasımlı tirəsindəndir.[3][4]

Həyatı

[redaktə |vikimətni redaktə et]

19-u iyuldan 20-ə keçən gecə Nadir şahın öldürülməsindən sonra onun imperiyasında böyük qarışıqlıq dövrü başladı və taxt uğrunda müxtəlif iddialar səsləndirildi. Bu qarışıqlığın sonunda Nadir şahın qardaşının oğlu Əliqulu xanAdil şah adı altında özünü şah elan etdi.[4] Lakin bu yeni şah feodal xanlıqların formalaşmasının qarşısını ala bilmədi.

Bu zamanTəbrizin hakimiƏmiraslan xanƏfşar generallarından biri olan Mir Mehdi xan Əfşarıİrəvandakı üsyanı yatırmaq üçün göndərdi.[3] Lakin sonda Mir Mehdi xan üsyançılarla razılığa gəlib üsyana qatıldı və ona rəhbərlik etməyə başladı.[5] O, ətrafına Əfşar döyüşçülərini də qataraq təxminən 30 min nəfərlik ordu düzəltdi və Əmiraslan xana qarşı çıxdı. Birləşmiş orduUrmiyaya hücum edib oradakı xan xəzinəsini ələ keçirdi və öz aralarında böldü.[4] Bundan qısa müddət sonra qardaşı Adil şahı devirərək onun yerinə keçənİbrahim şah Əmiraslan xanı məğlub etdi və onu öldürdü.

Öz xanlığının sərhədlərini genişləndirmə siyasəti yürüdən Mir Mehdi xan 1748-ci ildə yenidənUrmiyaya hücum etdi.[2] Urmiya xanıFətəli xan məğlub oldu və gəlinən razılığa görə öz xanlığının ərazisindən bəzi yerləri Mir Mehdi xana güzəştə getməyə məcbur oldu.

P. Butkov yazır ki, İrəvan və Gəncədən olan ermənilər 1749-cu il avqustun əvvəllərində çarın yanına gələrək çar Teymuraza tabe olacaqlarını və beş min rubl məbləğində vergi verəcəklərini vəd etmişdilər.[2] Bundan qısa müddət sonra isə, 1749-cu ilin yayında isə İrəvan xanlığı özüQarabağ xanıPənahəli xanın 4 min nəfərlik ordusunun hücumuna məruz qaldı. Pənahəli xanİrəvan xanlığının sərhədlərini keçdi vəÜçmüədzin bölgəsinə yollandı. Bu zaman gürcü kralı II İrakli də bölgəyə ordu göndərdi və onlara Qarabağ ordusu ilə döyüşməyi əmr etdi. Pənahəli xan məğlub olub geri çəkilməyə məcbur oldu.[6]

Mir Mehdi xan xanlıqda yaşayan az sayıda erməniləri gizli şəkildə Kartli-Kaxeti çarı ilə əlaqədə olduqlarına görə cəzalandırmaq qərarına gəldi. Bunu bəhanə edən Kaxeti kralı II Teymuraz 1749-cu ilin sentyabrında 25 minlik güclü ordu ilə İrəvan üzərinə yürüş etdi. Müqavimət göstərə bilməyən Mir Mehdi xanTeymurazla sülh bağladı. 22 noyabrda gürcü ordusu xanlığı tərk edib geri döndü.[7]

1751-ci ildəUrmiya xanı Fətəli xan öz müttəfiqiAzad xan Əfqanı İrəvan üzərinə göndərdi. Gürcü hökmdarıII İraklidən yardım istəyən Mir Mehdi xanın çağırışına gürcü hökmdarı Qazax və Borçalı tayfalarını göndərdi. Baş vermiş döyüşdə Mir Mehdi qələbə qazandı və urmiyalılar geri çəkildilər.[8]

Xanlıqda Mir Mehdi xanın mövqeyinin zəifləməsindən istifadə edən Fətəli xan İrəvanı tamamilə ələ keçirmək istəyirdi. Azad xanın rəhbərliyində 30 minlik güclü ordu İrəvana göndərdildi və İrəvan qalasını mühasirəyə aldı. Gürcü kralı öz müttəfiqinin yardımına gəlməyə çalışsa da, baş vermiş döyüşdə darmadağın edildi.[5] Beləliklə, Mir Mehdi xan hakimiyyətdən endirildi vəXəlil xan Özbək 1752-ci ildə İrəvan xanlığının xanı təyin edildi.[9][5][10]

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. "İrəvan xanlığı". www.ens.az. 21 fevral 2019.23 dekabr 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:1 avqust 2023.
  2. 123Qaliboğlu, 2020. səh. 13
  3. 12Çingizoğlu, 2008
  4. 123Mirzəyev, 2016. səh. 222-230
  5. 123Mirzəyev, 2016. səh. 228-229
  6. Cavanşir, 1959
  7. Tarix İnstitutu, 2010. səh. 172
  8. Qarayev, 2016. səh. 57–58
  9. Qarayev, 2016. səh. 52
  10. Tarix İnstitutu, 2010. səh. 52

Mənbə

[redaktə |vikimətni redaktə et]
⛭
Bakı xanlığı
Cavad xanlığı
Ərdəbil xanlığı
Gəncə xanlığı
İrəvan xanlığı
Maku xanlığı
Marağa xanlığı
Naxçıvan xanlığı
Quba xanlığı
Qarabağ xanlığı
Qaradağ xanlığı
Şirvan xanlığı
Sərab xanlığı
Şəki xanlığı
Talış xanlığı
Təbriz xanlığı
Urmiya xanlığı
Xalxal xanlığı
Xoy xanlığı
Zəncan xanlığı
Qəzvin xanlığı
Mərənd xanlığı
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Mirmehdi_xan_Qasımlı-Əfşar&oldid=8149611"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp