Future Diary | |
![]() | |
未来日記 (Mirai Nikki) azərb.Gələcək gündəliyi | |
---|---|
Janr | döyüş, psixoloji triller,[1] romantika[2] |
Manqa | |
Manqaka | Sakae Esuno |
Nəşriyyat | Kadokawa Shoten |
Tərcüməçi nəşriyyat | |
Demoqrafiya | şonen |
Nəşr tarixi | 26 yanvar2006 –25 dekabr2010 |
Cildlər | 12(cild siyahısı) |
Fəsil sayı | 59 |
Manqa | |
Future Diary: Mosaic/Paradox/Redial | |
Manqaka | Sakae Esuno |
Nəşriyyat | Kadokawa Shoten |
Demoqrafiya | şonen |
Nəşr tarixi | 26 noyabr2008 –26 iyul2013 |
Cildlər | 3(cild siyahısı) |
Fəsil sayı | 15 |
Anime | |
Rejissor | Naoto Hosoda |
Ssenarist | Katsuhiko Takayama |
Bəstəkar | Tatsuya Kato |
Studiya | Asread |
Digər lisenziyalar | Madman Entertainment Funimation Kaze UK/Anime on Demand |
Kanal | Chiba TV (2011–12) |
Buraxılış tarixi | 10 oktyabr2011 –16 aprel2012 |
Seriyalar | 26 + OVA(seriya siyahısı) |
Anime | |
Future Diary: Another:World | |
Rejissor | Miçiko Namiki, Şoqo Miyaki |
Prodüsser | Ryota Fucino |
Ssenarist | Sayaka Kuvamura Kaeko Hayafune |
Bəstəkar | Şuiçiro Fukuhiro |
Kanal | Fuji TV |
Buraxılış tarixi | 21 aprel2012 –30 iyun2012 |
Seriyalar | 11 |
![]() |
Future Diary və yaYaponiyada tanınan adı iləMirai Nikki (未来日記?,azərb.Gələcək gündəliyi) — Sakae Esuno tərəfindən yazılmış və çəkilmişmanqa seriyası. Manqa seriyası gələcəkdə baş verəcək hadisələr haqqında xəbər verən gündəliklərə malik 12 şəxsin tanrı olmaq üçün qatıldıqları ölüm oyunundan bəhs edir. Manqa seriyası2006-cı ilinyanvarından2010-cu ilin dekabrına kimiKadokawa Shoten nəşriyyatının"Monthly Shōnen Ace" jurnalında nəşr olunmuşdur.Yaponiyada 12tankobon cildi çap edilmişdir. ManqaTokyopop tərəfindənŞimali Amerika üçün lisenziyalaşdırılmışdır.Tokyopop manqanın 10 cildiniŞimali Amerikada nəşr etdirmişdir, lakin manqanı nəşr etməyi dayandırdığından son iki cild çapdan çıxmamışdır. Pilot anime seriyası2010-cu ilindekabrında manqanın 11-ci cildi ilə birlikdə buraxılmışdır.Asread studiyası tərəfindən istehsal olunmuş 26 seriyadan ibarət anime serialıYaponiyada2011-ci ilinoktyabrından2012-ci ilinaprelinə kimi yayımlanmışdır.Funimation animeniŞimali Amerika regionu üçün lisenziyalaşdırmışdır.2012-ci ilinaprel-iyun aylarında isə 11 seriyadan ibarət dorama efirə buraxılmışdır.
Sakae Esuno 3 əlavəmanqa da yazmışdır və hər biri 5 fəsildən ibarətdir."Future Diary: Mosaic" Minene Uryuudan və əsas hadisələrin qaranlıq qalmış nüanslarından bəhs edir."Future Diary: Paradox" ("Young Ace" jurnalında nəşr olunmuşdur) Aru Akise və Murmurun alternativ zaman xəttində başına gələn hadisələrdən söz açır."Future Diary: Redial" isə əsas hadisələr üçün epiloq rolunu oynayır.
Yukiteru "Yuki" Amano vaxtının çoxunumobil telefonuna gündəliyini yazmaqla və xəyalında uydurduğu dostları — zaman və məkan tanrısı Deus Ex Machina və onun xidmətçisi Murmurla söhbət etməklə keçirən tənha şagirddir. Bir gün Deus Ex Machina hansısa bir oyundan bəhs edərək Yukiyə xüsusi gündəlik verir. Qəribəsi odur ki, yeni gündəlik Yukiterunun növbəti 90gündə yazacağı şeyləri artıq yazır və bununla da Yukiteruya bir növ gələcəkdən xəbər verir. Deus Yukiyə başa salır ki, onunla birlikdə daha 11 nəfərin belə gündəliyi var. Hər gündəlik sahibindən asılı olaraq ayrı xüsusiyyətə və formaya malikdir. Deus bildirir ki, o və digər 11 nəfər yeni zaman və məkan tanrısı olmaq üçün keçirilən ölüm oyununda iştirak edir. Ölüm oyunun qaydaları sadədir: gündəlik sahibləri bir-birilərini tapmalı və öldürməlidirlər. Sonda sağ qalmış bir gündəlik sahibi 90 gün sonra baş verəcək qiyaməti dayandıra və yeni tanrı ola bilər.
Yuki əvvəlcə oyunda qalib gəlməyə həvəsli olmur. Lakin Deus digər iştirakçıları məlumatlandırır ki, 1-ci gündəlik sahibi, yəni Yuki oyunun favoritlərindən biridir. Yuki onu həddən artıq sevən və qorumağa çalışan, sinif yoldaşı və 2-ci gündəlik sahibi olan Yuno Qasay ilə komanda olmağa məcbur olur. Yuki Yunonun onu qoruması üçün özünü qeyri-səmimi aparır, lakin başa düşür ki, Yuno psixopatik şəxsiyyətə malikdir, Yuki üçün təhlükə hesab etdiyi hər şeyi ortadan qaldırmaq fikrindədir. Yuno Yukiyə deyir ki, onun gündəliyinə görə oyunun son və 90-cı günü onlar üçün "Xoşbəxt sonluq" olacaq. Yunonun anormallığına və Yukidən nəsə gizlətdiyi açıq-aydın olduğu görünməsinə baxmayaraq, oyunun gedişatında Yunonun Yukiyə olan məhəbbətinin səmimi olduğu gün üzünə çıxır. Hətta Yuki digər gündəlik sahiblərinə güvənə bilməyəcəyini öyrəndiyində belə, Yunoya güvənməyə davam edir. Çünki Yunonun Yukiyə qarşı hisləri həqiqidir və Yuki sağ qalmaq üçün təkbaşına döyüşə bilməz.
Oyunun gedişatında Yukinin valideynlərinin ölməsi hər şeyi dəyişdirir. Yunodan tanrı olacağı təqdirdə valideynlərini, hətta istənilən şəxsi həyata geri qaytara biləcəyini öyrənəndən sonra Yuki insafsız, manipulativ terroristə çevrilir, digər gündəlik sahiblərini öldürmək üçün günahsız insanları tərəddüd etmədən öldürməyə başlayır. Yukinin bu hərəkətləri dostlarını, xüsusilə Yunonun nəsə gizlətdiyindən şübhələnən detektiv Aru Akiseni şoka salır. Yuno və Yuki son gündəlik sahibləri qalanda Yukinin dostlarını onları dayandırmağa çalışırlar. Aru Yukiyə xəbərdarlıq edir ki, Yuno onu aldadır və onun gizli niyyəti var. Həqiqəti qəbul etməyən və Yunonun əmirlərinə qulaq asan Yuki dostlarını daha sonra yenidən həyata geri qaytaracağını düşünərək onları həvəsiz öldürür. Aru Yukini xəbərdar etmək üçün etdiyi son ümidsiz cəhddə həyatını qurban edərək Yukiyə Yunonun əsl şəxsiyyəti haqqında ipucu verə bilir.
"Xoşbəxt sonluq" yaxınlaşdıqca Yuki Arunun son anda verdiyi ipucu haqqında fikirləşməyə başlayır. Yuki Yuno ilə ilk dəfə cinsi əlaqədə olduqdan və Yunonu öldürməkdənsə, ikisinin eyni anda intihar etməsini təklif etdikdən sonra Arunun ipucusu haqqında da söz açır. Bu zaman Yuno qəfildən Yukinibalta ilə öldürməyə çalışır, Yuki bu gözlənilməz hərəkətdən çaşmış qalmış vəziyyətdə qaçmağa başlayır. Bu zaman Yukinin dadına Murmur yetişir. Murmur ona başa salır ki, onun əslində yaşadığı dünya ikinci dünyadır. Hazırda onu öldürməyə çalışan Yuno birinci dünyanın Yunosudur və əvvəlki — birinci dünyada baş tutan ilk ölüm oyununda qalib gəlibmiş və tanrı olubmuş. Murmur isə onun xidmətçisinə çevrilibmiş. Birinci dünyanın Yunosu tanrı olduqdan sonra Yukini diriltməyə çalışmış, lakin tanrı olduqda belə insanları dirildə bilməyəcəyini anladıqdan sonra Yuki ilə yenidən bu oyunu oynamaq üçün keçmişə — ikinci dünyaya gəlmişdir. İkinci dünya ikinci dünyanın Yunosunu öldürərək onun yerinə keçmiş və özünü ikinci dünyanın Yunosu kimi göstərmişdir. Eyni zamanda birinci dünyanın Murmuru da ikinci dünyanın Murmurunun yerinə keçmişdir.
Birinci dünyanın Murmuru izahatını bitirdikdən sonra Yuno başa salır ki, hər ikisinin ölməsi mənasızdır. Əgər Yuki onu öldürməyəcəksə, onda əvvəl-axır Yuno onu öldürməli olacaq. Yunonun əsl niyyəti Yukini öldürmək, yenidən tanrı olmaq, yenidən keçmişə — üçüncü dünyaya qayıdıb Yuki ilə yenidən bu oyunu oynamaqdır. Yuno Yukini az qala öldürəcək ikən, ölmüş hesab olunan 9-cu gündəlik sahibi Minene Uryuu qəfildən peyda olaraq Yukini xilas edir. Yuno və Murmur onları tərk edərək üçüncü dünyaya gedirlər, lakin Yuki və Minene onların arxasınca gələ bilirlər. Minene başa salır ki, ikinci dünyada Deus Murmurun və Yunonun paralel dünyalardan olduqlarından şübhələnibmiş, onların oyunu korlamaqlarının qarşısını almaq üçün Mineneyə öz gücünün bir hissəsini veribmiş və onu ölü kimi göstəribmiş. Üçüncü dünyaya çatanda başa düşürlər ki, hazırda oyunun başlamasına iki il var. Minene əvvəlki dünyalarda gündəlik sahiblərinin başına gələn bədbəxt hadisələrin qarşısını alır. Bunun nəticəsində üçüncü dünyanın Yunosu başa düşür ki, onun valideynləri onu qorumaq istəyirlər. Yuki birinci dünyanın Yunosunu üçüncü dünyanın Yunosunu öldürməməyə razı salır. Yuki ondan onu öldürməsini və dünyasına qayıdaraq özü üçün daha yaxşı dünya yaratmasını istəyir. Lakin Yukiyə olan sevgisinə görə Yuno Yukini öldürə bilmir və əvəzində özünü öldürür. Oyun başa çatır və Yuki ikinci dünyanın yeni tanrısı olur.
Yeni statusuna və güclərinə baxmayaraq Yuki Yunonun ölümünə çox üzülür, gündəliyindəki "Yuno öldü" cümləsinə gözlərini zilləyir. Yuki ikinci dünyanın Murmuru ilə öz post-apokaliptik kainatının boşluğundan 10.000il keçirir. Üçüncü dünyanın Yunosunda isə Yuki haqqında xatirələr canlanmağa başlayır. Birinci dünyanın Murmurunun köməyi ilə Yuno birinci dünyanın Yunosunun xatirələrinə sahib olur və Yukini sevdiyini xatırlayır. Yuno bir neçə cəhddən sonra boşluqda yaşayan Yukini tapıb üçüncü dünyaya dəvət edir. Deus onları öz varisləri kimi təyin edir. Yuno və Yuki üçüncü dünyada xoşbəxt şəkildə yaşamağa başlayırlar.
№ | Sahib | Təmsil etdiyi tanrı | Gündəliyi | Məlumat |
---|---|---|---|---|
1 | Yukiteru Amano | Yupiter | Təsadüf gündəliyi | Yukinin gözündən qarşısına çıxan təsadüfi şeylərdən xəbər verir. |
2 | Yuno Qasay | Yunona | Yukiteru gündəliyi | Ancaq Yukiterunun başına gələcək hadisələrdən xəbər verir. |
3 | Takao Hiyama | Vulkan | Qətliam gündəliyi | Növbəti qurbanları və onları harada öldürəcəyi haqqında xəbər verir. |
4 | Keyqo Kurusu | Merkuri | Kriminal tədqiqat gündəliyi | Baş verəcək cinayət hadisələri haqqında xəbər verir. |
5 | Reysuke Hoco | Serera | Hipergörmə gündəliyi | Gün boyunca görəcəyi kiçik işlərdən xəbər verir. |
6 | Tsubaki Kasuqano | Prozerpina | Gələcəyi görmə gündəliyi | Lideri olduğu təriqətin izləyicilərinin görəcəyi şeylərdən xəbər verir. |
7 | Marko İkusaba vəAy Mikami | Mars vəVenera | Mübadilə gündəlikləri | Bir-birilərinin gələcəyindən xəbər verir. |
8 | Kamado Ueşita | Vesta | Bloq gündəliyi | Digərlərinə "Şagird gündəlikləri" verməyə imkan verir. |
9 | Minene Uryuu | Minerva | Qaçış gündəliyi | Çətin vəziyyətlərdə qaça biləcəyi ən yaxşı yolları göstərir. |
10 | Karyuudo Tsukişima | Diana | Damazlıq gündəliyi | İtlərinə düşmənlərinə hücum etməyi əmr verməyə imkan verir. |
11 | Con Bakkus | Dionis | İzləyici gündəliyi | Digər gündəlik sahiblərinin gündəliklərindəki yazılanlara baxmağa imkan yaradır. |
12 | Yomotsu Hirasaka | Pluton | Ədalət gündəliyi | Gələcəkda baş verəcək bədbəxtliklər haqqında xəbər verir. |
"Future Diary" Sakae Esuno tərəfindən yazılmış və çəkilmiş manqa seriyasıdır. Manqa26 yanvar2006-cı ildən25 dekabr2010-cu ilə kimiKadokawa Shoten nəşriyyatının"Shōnen Ace" jurnalında nəşr olunmuşdur.[3]Kadokawa Shoten manqanın fəsillərini 12 cilddə, yan hekayə manqaları olan"Future Diary: Mosaic" və"Future Diary: Paradox" manqalarının hərəsini 1 cilddə toplamışdır.Tokyopop manqanıŞimali Amerika regionu üçün lisenziyalaşdırmışdır, lakin 10 cildini nəşr etdikdən sonra31 may2011-ci ildə nəşri dayandırmışdır."Future Diary: Redial" (未来日記リダイヤル, Mirai Nikki Ridaiyaru?)"Shōnen Ace" jurnalının26 mart2013-cü ildə satılmışmay2013 buraxılışında nəşr olunmuşdur."Future Diary: Redial" manqanın tək cildi2013-cü iliniyulunda çapdan çıxmışdır.[4]
Asread studiyası tərəfindən Naoto Hosodanın rejissorluğu ilə çəkilən anime serialı10 oktyabr2011-ci ildə yayımlanmağa başlamışdır.[5] Personajları Eyci Hirayama və Ruriko Vanabe dizayn etmişdirlər. Səkkiz dəqiqəlik pilot seriyası manqanın 11-ci cildinin məhdud nəşri ilə birlikdə9 dekabr2010-cu ildə yayımlanmışdır.[6] Anime serialı üçün 4 mahnıdan istifadə olunmuşdur: iki açılış və iki bağlanış mahnısı. İlk 14 seriyada açılış mahnısı kimi Yosey Teykoku tərəfindən ifa olunan"Kūsō Mythology" (空想メソロギヰ, Kūsō Mesorogii?,azərb."Fentezi mifologiyası") mahnısı, bağlanış mahnısı kimi Faylan tərəfindən ifa olunan"Blood Teller" (azərb."Qan nağılçısı") mahnısı səsləndirilmişdir. 15-ci seriyadan etibarən açılış mahnısı Faylan tərəfindən ifa olunan"Dead End" (azərb."Yolun sonu") mahnısı, bağlanış mahnısı isə Yosey Teykoku tərəfindən ifa olunan"Filament" (azərb."Lif") mahnısı olmuşdur. Pilot seriyası üçün istifa olunmuş əsas mahnısı Yosey Teykokunun"The Creator" (azərb."Yaradıcı") mahnısıdır.Funimation anime serialınıŞimali Amerika regionu üçün lisenziyalaşdırmış vəNiconico vasitəsilə yayımlamışdır.[7]
"Future Diary: Redial" adlıOVA seriyası anime serialında baş verənlər üçün epiloq rolunu oynayır.OVA seriyası19 iyun2013-cü ildəNiconico-da xüsusi olaraq yayımlanmışdır. OVA seriyası eyniadlı manqa cildi ilə birlikdə buraxılmışdır. OVA seriyasının açılış mahnısı Yosey Teykoku tərəfindən ifa olunan"Kyōki Chinden" (狂気沈殿?,azərb."Dəlilik yağışı") mahnısı, bağlanış mahnısı Faylan tərəfindən ifa olunan"Happy End" (azərb."Xoşbəxt sonluq") mahnısıdır.
Kadokawa Shoten manqa əsasında"Future Diary: The 13th Diary Owner" (未来日記 -13人目の日記所有者-, Mirai Nikki 13-nin-me no Nikki Shoyūsha?,azərb."Gələcək gündəliyi: 13-cü gündəlik sahibi") adlıvizual roman istehsal etmişdir. Vizual romanYaponiyada28 yanvar2010-cu ildə buraxılmışdır.[8] Oyunun yeni qrafiklərə və stilə malik, personajları animedəkiseyyuular tərəfindən səsləndirilmiş yeni versiyası26 aprel2012-ci ildə satışa buraxılmışdır.
21 aprel2012-ci ildən30 iyun2012-ci ilə kimiFuji TV-də 11 seriyadan ibarət dorama yayımlanmışdır.[9] Doramanın anime və manqadan fərqlənən orijinal süjet xətti var.
2008-ci ilinnoyabrının ortalarında"Future Diary" manqasının yeddinci cildiYaponiyada ən yaxşı satan 21-ci kitab olmuşdur.[10] Növbəti həftə ilk otuzluqdakı yerini qorusa da, 25-ci yerə düşmüşdür.[11]2012-ci ilin aprelinə qədər manqanınYaponiyada 4 milyondan çox nüsxəsi satılmışdır.[12]