Milli dövlət[1] — qanuniliyini birmillətin müəyyən bir coğrafi sərhəd içindəki üstünlüyündən alan dövlət forması.Dövlət siyasi və geopolitik bir varlıq, ulus (millət) isə mədəni və ya etnik bir varlıqdır. Ulusdövlət qavramı isə bu ikisinin müəyyən bir coğrafiyada örtüşdürür, beləliklə də özündən əvvəl olandövlət formaları ilə böyük ölçüdə fərqliləşir. Tarixdəki digər dövlətlərdən fərqli olaraq ulus dövlət modelindədövləti yaradan bütün vətəndaşların ortaq bir dili, ortaq bir mədəniyyətii və ortaq dəyərləri paylaşması əsasdır. Bundan başqa ulus dövlət qavramı hərmillətin öz taleyini təyin etmək vəmuxtariyyət haqqına sahib olduğu fikrini müdafiə edir. Bu xüsusiyyəti ilə dünyadakı bir çoxmillətçi hərəkata ilham qaynağı olmuşdur.[2]
Ümumilikdə ulusdövlətinFransız inqilabı dövründətarix səhnəsinə çıxmış olduğu qəbul edilir. Bu eyni zamandafeodalizmdənkapitalizmə keçid müddətini müəyyən edən dövrdür.Feodaldövlətdə üstün olan qanunilik anlayışına görədövlətin sahibi və qanuniliyinin mənbəyimonarxiyadır.Feodal sistemin zəifləməyə başlaması ilə birlikdə güclənənburjuaziya sinifi siyasi ambisiyalarını həyata keçirmək üçünxalqın dəstəyini qazanmalı idi. Buradan başlayaraq qanuniliyinmonarxdan alınaraqxalqa verilməsi prosesi içindəmillətçi axımların güc qazanması milli müstəqillik fikrinin kütlələrdə geniş tərəfdar tapmasını təmin etmişdir.Ancaq ulusun (millətin) yoxsa ulus dövlətin mi daha əvvəl meydana çıxması mübahisəli məsələdir.Millətçi düşüncələr daha çox ulusun daha əvvəldən var olduğunu iddia edirlər, onlara görə ulusdövlət bu ulusun üstünlük və müstəqillik tələblərini qarşılayacaq bir model olaraq ortaya çıxmışdır. Ancaq modernləşmə mərkəzli nəzəriyyələrə görə milli kimlik daha əvvəldən var olandövlətin yeritdiyi siyasətin bir nəticəsidirXIX əsrAvropasındaSənaye inqilabı, çap mətbuatının inkişafı və yüksək səviyyəli təhsil sisteminin qurulması kimi hadisələrə bağlı olaraq dil,mədəniyyət və başqa dəyərlərin yayılmasının önü açılmışdır. Bunlar da ulusdövlətin formalaşmasını sürətləndirən proseslərdir.[3]
↑Zayıdzadə, Ayxan."Vyetnamda milliyyətçilik və kommunizm". Milliyət Araşdırmalar Mərkəzi(az.). 21 noyabr 2021. Archived from the original on 2022-01-20.İstifadə tarixi:20 yanvar 2022.
↑Anthony D. Smith, The nation in history: historiographical debates about ethnicity and nationalism, UPNE, 2000, sf. 56