Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Mikayıl Mirzə

Vikipediya, azad ensiklopediya
Mikayıl Mirzə
Mikayıl Şahvələd oğlu Mirzəyev
Şəxsi məlumatlar
Doğum tarixi1 yanvar1947(1947-01-01)
Doğum yeri
Vəfat tarixi3 iyun2006(2006-06-03)(59 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Fəaliyyətiaktyor, ssenarist, siyasətçi, dissident
AtasıŞahvələd Mirzəyev
AnasıSusay Mirzəyeva
UşağıMətin Mirzə

TəltifləriAzərbaycan SSR əməkdar artisti Azərbaycan Respublikasının xalq artisti — 1991

Mikayıl Mirzə (tam adı: Mikayıl Şahvələd oğlu Mirzəyev;1 yanvar1947,Talış[d],Şamaxı rayonu,Azərbaycan SSR,SSRİ3 iyun2006,Bakı) — Azərbaycan aktyoru, ssenari müəllifi, qiraətçi,Azərbaycan Respublikasının xalq artisti (1991),[1][2] siyasətçisi, Azərbaycan Milli Məclisinin deputatı (1995–2000-ci və 2002–2005-ci illərdə).

Həyatı

[redaktə |vikimətni redaktə et]

Mikayıl Şahvələd oğlu Mirzəyev 1947-ci il yanvarın 1-dəŞamaxının (indikiAğsu rayonunun) ərazisində yerləşənTalış kəndində anadan olub. 1969-cu ildə ADİİ-nin (indiki ADMİU) Dram və kino aktyorluğu fakültəsini bitirib. Mirzəyev SSRİ Xalq artisti, professor Mehdi Məmmədovun kursunda dərs alıb.[1][2]

Fəaliyyəti

[redaktə |vikimətni redaktə et]

Teatr fəaliyyəti

[redaktə |vikimətni redaktə et]

Mikayıl Mirzə institutu bitirdikdən sonra bir müddət Tədris Teatrında işləyib. 1976-cı ildən isə 2000-ci ilə qədər fasilələrlə Akademik Milli Dram Teatrında fəaliyyət göstərib.

Mikayıl Mirzə teatrda Qoca (L. Frank, "Yad adam"), Eyvaz, Muratov (İ. Əfəndiyev "Tənha iydə ağacı", "Qəribə oğlan"), Kürd Musa, Fərhad ("Vaqif" və "Fərhad və Şirin", Səməd Vurğun), Muratov, Eyvaz ("Qəribə oğlan" və "Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), İxtiyar (H. Cavid "İblis"), Aslan ("Kəndçi qızı", Mirzə İbrahimov), Zahid ("Fəryad", Bəxtiyar Vahabzadə), Elxan ("Od gəlini" Cəfər Cabbarlı), Cinli Mustafa ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), İxtiyar ("İblis", Hüseyn Cavid), Mirzə Ələkbər Sabir, Tərs Tahir (Anar "Sizi deyib gəlmişəm", "Adamın adamı"), Zahid, Şair (B. Vahabzadə "Fərhad", "Yollara iz düşür"), Bəxtiyar (A. Şaiq "Fitnə") rollarını ifa edib.[1][2]

Siyasi fəaliyyəti

[redaktə |vikimətni redaktə et]

Mikayıl Mirzə Azərbaycanın ictimai-siyasi həyatında da fəal rol oynayıb.1990- cı illərdə Meydan Hərəkatında Mikayıl Mirzənin xüsusi rolu olub. O, 80 -ci illərdən başlayaraq Sovet quruluşuna qarşı mübarizə aparanlardan olub. Bu mübarizə poeziya salonlarında, poeziya gecələrində aparılıb. O, iki çağırış 1995-2000-ci və 2002-2005-ci illərdəMilli Məclisin deputatı seçilib. Akademik Milli Dram Teatrındakı aktyor fəaliyyəti ilə yanaşı, 1992-1995-ci illərdə həm dəBakı Mədəni-Maarif Texnikumunun direktoru vəzifəsində işləyib.[1][2]

Mikayıl Mirzə bir müddətAzərbaycan Demokratik Sahibkarlar Partiyasının üzvü olmuşdur.[1]

Filmoqrafiya

[redaktə |vikimətni redaktə et]
  1. Ağlar-güləyən (film, 1988)
  2. Anın quruluşu (film, 1980)(tammetrajlı bədii film)-rol: Eyvaz
  3. Babək (film, 1979)
  4. Dədə Qorqud (film, 1975)
  5. Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
  6. Faydalı qazıntılar (film, 1981)
  7. Günahsız Abdulla (film, 1984)
  8. Qatır Məmməd (film, 1974)
  9. Təbəssüm (film, 1992)
  10. Üzeyir ömrü (film, 1981)
  11. Yeddi oğul istərəm... (film, 1970)
  12. Topal Teymur (film, 1983)
  13. Türkün ulusu. Xəlil Rza Ulutürk (film, 2015)
  14. Min birinci söz (film, 1997)
  15. Uzun ömrün akkordları

Mono-tamaşalar

[redaktə |vikimətni redaktə et]
  1. "Motsart və Salyeri" (A.S.Puşkin)
  2. "Qaraçılar",
  3. "Azər" (H.Cavid)
  4. "Məhəbbət dastanı" (X.Rza)
  5. "Saz" (M.İsmayıl)
  6. "Qızılgül olmayaydı..." (R.Rza)
  7. "Qərbi Berlin" (C.Novruz)

Ölümü

[redaktə |vikimətni redaktə et]

Mikayıl Mirzə 2006-cı il iyun ayının 3-də dünyasını dəyişib.İkinci Fəxri Xiyabanda dəfn olunub.[1][2]

Mükafatları

[redaktə |vikimətni redaktə et]
  • 1987-ci ildə Azərbaycan SSR-in "Əməkdar artist" fəxri adına layiq görülüb.
  • 22 may 1991-ci ildə "Xalq artisti" fəxri adı ilə mükafatlandırılıb.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 123456"Mikayıl Mirzə"(Azərbaycan). anl.az.2-2-2021 tarixindəarxivləşdirilib.Sitat səhvi: Xətalı<ref> etiketi; ":0" adı bir neçə dəfə müxtəlif məzmunla verilib
  2. 12345"Mikayıl Mirzə"(PDF)(Azərbaycan). anl.az.25.12.2020 tarixindəarxivləşdirilib(PDF).

Ədəbiyyat

[redaktə |vikimətni redaktə et]
  • Mirzə, M. İstiqlal sənətkar: Mikayıl Mirzə65 /Mətin Mirzə //Yeni Azərbaycan.- 2012. - 13 noyabr.- S.8.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Mikayıl_Mirzə&oldid=8052636"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp