Media — kommunikasiyadaməzmun saxlamaq və çatdırmaq üçün istifadə olunan kommunikasiya vasitələri və ya alətləri.[1][2] Bu termin əsasənçap mediası,nəşriyyat,xəbər mediası,fotoqrafiya,kino,yayım (radio və televiziya),rəqəmsal media vəreklam kimikütləvi informasiya vasitələrinin kommunikasiya sənayesinin komponentlərinə aid edilir.[3]
Əhəmənilər dövləti (çaparxana) vəRoma imperiyası da daxil olmaqla,poçt kimi uzun məsafəli rabitə sistemlərinə imkan verən erkən yazı və kağızın inkişafı medianın erkən formaları kimi şərh edilə bilər.[4]Hovard Reynqold kimi yazıçılar insan kommunikasiyanın ilk formalarını, məsələn,Lasko mağara təsvirlərini və erkənyazıları medianın ilk formaları kimi qələmə vermişdilər.[5] Media tarixinin başqa bir çərçivəsiŞove mağarasının təsvirləri ilə başlayır və insan ünsiyyətini qısa səs diapazonundan kənara çıxarmağın digər yolları ilə davam edir:tüstü siqnalları, iz işarələri vəheykəllər.[6]
Kommunikasiya kanalları ilə bağlı müasir tətbiqindəmedia termini ilk dəfəkanadalı kommunikasiya nəzəriyyəçisiMarşall MakLuhan tərəfindən "Counterblast" (1954) əsərində istifadə edilmişdir: "Media oyuncaq deyil; onlar Ana Qaz və Piter Pan rəhbərlərinin əlində olmamalıdır. Onları yalnız yeni rəssamlara həvalə etmək olar, çünki onlar sənət formalarıdır". 1960-cı illərin ortalarında bu terminŞimali Amerika vəBirləşmiş Krallıqda geniş istifadə edilməyə başlanmışdır.Kütləvi informasiya vasitələri ifadəsi,Henri Luis Menkenə görə,ABŞ-də hələ 1923-cü ildə istifadə edilmişdir.[7][8]
Telekommunikasiya sahəsindəki inkişaflar mediaya analoq və rəqəmsal media vasitəsilə uzun məsafəli bağlantı yaratmaq imkanı vermişdir.
Müasir kommunikasiya vasitələrinə çox sayda insanlar arasında uzun məsafəli mübadilə daxildir. Ənənəvi yayım mediası və kütləvi informasiya vasitələri birdən çox ünsiyyətə üstünlük verir (televiziya,kino, radio,qəzet,jurnal vəsosial media ).[9][10]
Elektron media, xüsusən dəsosial media XXI əsrdə insanların istifadə etdiyi ən yaxşı media formalarından birinə çevrilmişdir. Sosial media vəsosial şəbəkələrdən istifadə edənlərin faizi 2005-ci ildəki 5%-dən 2019-cu ildə 79%-ə yüksəlmişdir. "Instagram", "Twitter", "Pinterest", "TikTok" və "Facebook" ən çox istifadə edilən sosial media platformalarıdır. Bir insanın sosial mediada keçirdiyi orta vaxt gündə 2,5 saatdır. Sosial medianın geniş yayılması insanların başqaları ilə ünsiyyət qurmasında və məlumat almasında da dəyişikliyə səbəb olmuşdur. İnsanların təxminən 53%-i xəbərləri oxumaq üçün sosial mediadan istifadə edir.[11]
- McQuail, Denis (2001)McQuail'sMass Communication Theory (fourth edition), Sage, London, pp. 16–34. MAS
- Biagi, S. (2004). Media Impact. Wadsworth Pub Co, 7th edition.
- Caron, A. H. and Caronia, L. (2007). Moving cultures: mobile communication in everyday life. McGill-Queen's University Press.
 |
---|
Media | |
---|
İdeologiya | |
---|
Aldatmaq | Formaları | |
---|
Texnikalar | |
---|
Digərləri | |
---|
|
---|
Filosoflar | |
---|
Qarşı mədəniyyət | |
---|
Akademiyada | |
---|
Problem | |
---|
Sinonimlər | |
---|
|
---|
Professional problemlər | |
---|
Janrlar | |
---|
Sosial təsirlər | |
---|
Xəbər mediası | |
---|
Rollar | |
---|
Televiziya qəbulu | |
---|
Hadisələr | |
---|
Professional jargon | |
---|