McDonnell Douglas F-15E Strike EagleMcDonnell Douglas F-15 Eagle döyüş təyyarəsi əsasındaABŞ tərəfindən istehsal olunançoxməqsədli qırıcıdır.[3] F-15E 1980-ci illərdə düşmənin nəzarəti altında olan ərazilərin dərinliklərində radioelektron mübarizə təyyarələrinin müşayiəti olmadan uçuşlar həyata keçirmək məqsədilə dizayn olunmuşdur.ABŞ Hərbi Hava Qüvvələrinin silahlanmasında olan F-15E qırıcıları bu qurumun arsenalında olan digər təyyarələrlə müqayisədə daha tünd rəngli hava kamuflajına və konformal yanacaq çənlərinə sahibdir.
F-15E qırıcıları indiyə qədər İraq, Əfqanıstan, Suriya və Liviyada baş tutmuş döyüş əməliyyatlarında istifadə olunmuşdur. Həmin əməliyyatlar zamanı bu döyüş təyyarələri düşmənin dərinlikdə yerləşən vacib hədəflərinin məhv edilməsi, hava patrulunun təşkil olunması və koalisiya qoşunları üçün yaxın hava dəstəyi məqsədilə istifadə olunub. F-15E sonradan bəzi xarici ölkələrə də ixrac olunmuşdur.
- Ekipaj: 2 nəfər (pilot və silah sistemləri üzrə zabit)
- Uzunluğu: 19.43 m
- Qanad genişliyi: 13.05 m
- Hündürlüyü: 5.63 m
- Boş çəki: 14300 kq
- Maksimum qalxma ağırlığı: 36700 kq
- Güc təminatçısı: 2 × Pratt & Whitney F100-PW-220 mühərrik
- Maksimum sürət: 2.5+ max (3017 km/s)
- Döyüş radiusu: 1270 km
- Uçuş tavanı: 18200 m
- Yüksəkliyə qalxma sürəti: 254+ m/s
- Çəkmə gücünün çəkiyə nisbəti: 0.93
- Maksimumg-yüklənmə: +9g
 |
|---|
| Qırıcı/hücum təyyarəsi: | |
|---|
| Bombardmançı | |
|---|
| Porşen mühərrikli nəqliyyat | |
|---|
| Reaktiv nəqliyyat | |
|---|
| Tanker təyyarələri | |
|---|
| Təlim təyyarələri | |
|---|
| Patrol və müşahidə | |
|---|
| Kəşfiyyat | |
|---|
| Dron və PUA | |
|---|
| Təcrübə/prototip | |
|---|