Mayk Şinoda (yap.篠田 賢治;11 fevral1977[1]) – repçi,Linkin Park qrubunun vokalisti. Həm dəFort Minorun tək üzvü və yaradıcısı. Aktyor, müğənni vəprodüser.Linkin Parkın bütün albomlarının prodüserliyini etmişdir.
Kiçik yaşlarındanrepə vəHip-hopa daha çox marağı var idi. Məktəbi bitirdikdən sonra sinif yoldaşıBrad ilə qrup qurmağı qərara alırlar. Daha sonraRobu qruba daxiı edirlər. Daha sonra daCo vəDeyvid qruba daxil olur. Beləliklə Maykın uşaqlıq xəyalı gerçək olur. Mayk,Linkin Parkın mahnılarının əksəriyyətindərep ifa etdi.Minutes to Midnight albomuna qədər bütün mahnılarıÇester ilə birlikdə səsləndirdi. Ancaqbu albomda bəzi mahnıları yalnız özü səsləndirmişdir. Bunlar "Hands Held High", "No Roads Left" və "In Between"dir. Mayk Şinoda həmçinin dünyanın ən yaxşı 100 vokalisti arasında da yer almışdır. 2004-cü ildə Mayk vəRobDepeç Mod ilə birlikdəDepeç Modun "Enjoy The Silence" mahnısını duet etmişdir. Mayk, musiqiylə yanaşı 2010-cu ildəDark as Day (Qaranlıq gün) filminə çəkilib. Filmdə Mayk, taksi sürücüsü rolunu ifa edib. Mayk ŞinodaAnna Şinoda ilə evlidir. Onların bir oğlu vardır. Onun adı isə Otisdir.Fort MinorunWhere'd You Go mahnısının sözlərini Maykın həyat yoldaşı Anna yazmışdır. Mayk yapon əsilli atanın və rus əsilli ananın oğludur. Onun atasıAmerikada anadan olmuşdur.İkinci dünya müharibəsi ərzində əsir düşmüş və həbs edilmişdir.
Mayk Şinoda, Linkin Parkın qurucularından biridir. Həmçinin o qrupun vokalisti, gitaraçısı və pianinoçusudur.Hybrid Theory,Meteora,Minutes to Midnight,A Thousand Suns,Reanimation vəLinkin Parkın korsertlərinin prodüseridir.Nu-Metal musiqi tərzində ən yaxşıRep ifa edən vokalistlərdən biridir. Mayk Şinoda,Jay-Z ilə yaradılanCollison Cource albomunun mahnılarının ifaçısı və prodüseridir. O, bu albomda pianino və vokal olaraq xidmət göstərmişdir.
Mayk Şinoda,Linkin ParkınMeteora albomunu bitirdikdən sonra özü üçün bir rep qrupu qurmağı qərara alır. Qrupun adı Fort Minor (tər. Balaca qala) oldu. Qrup 2004 quruldu ammailk və tək albomu 2005-də çıxdı. Mayk bu albomda fərqli-fərqli repçi və hip-hopçu ilə birlikdə duet etdi. BunlarStayl of Biyond,Holli Bruk və başqalarıdır. Albomdan üçsinql çıxmışdır. "Remember the Name", "Believe Me", "Where'd You Go" sinqlları dünya üzrə çox bəyənildi.Remember the Name mahnısı kompüter oyunu olanNBA Live 2006 oyunun soundtreki olmuşdur.
 |
---|
|
Studiya albomları | |
---|
Remiks albomları | |
---|
Live albomları | |
---|
EP'lər | |
---|
Əlaqədar maddələr | |
---|
- ↑12Deutsche Nationalbibliothek Record #135297257 //Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.