Mavretaniya — QədimMəğribdə yerləşən bir bölgəninlatınca adıdır. Bölgə, müasir mərkəziƏlcəzairdən başlayaraq qərbə,Atlantik okeana qədər uzanır, şimaliMərakeşi əhatə edir və cənuba,Atlas dağlarına qədər irəliləyirdi.[3] Ərazinin yerli sakinləri,Bərbər əcdadlarından olan yarımköçəri maldarlar, Romalılar tərəfindənMaurilər (Mavrlar) vəMasaesililər kimi tanınırdılar.[4]
Eramızdan əvvəl 27-ci ildən 44-cü ilə qədər Mavretaniya kralları Roma vassalı oldu. E.ə. 44-cü ildə isə ərazi Romaya ilhaq edildi və iki əyalətə bölündü: Tinqitana Mavretaniyası və Çezerey Mavretaniyası. Bölgədə xristianlıq III əsrdən sonra yayılmışdır.[5] Mülahizələrdən birinə görə, bölgədə xristianlıq, 7-ci əsrdə müsəlman ərəblər bölgəni ələ keçirdikdə zəifləmişdir. Başqa birinə görə isə, xristianlıq bundan sonra da mövcud olmağa davam etmişdir.[4][6]
Mavretaniya əvvəllər Bərbər Mauri xalqının qəbilə krallığı şəklində mövcud idi.Yevgeni Pospelovun qeydlərinə görə, Şimali Afrika sahillərini eramızdan əvvəl 900-cü illərdən bəri araşdırmışFinikiyalılar, özlərinə məlum olan dünyadan həddən artıq qərbdə yerləşən bu dövləti "Qərb ölkəsi " mənasını verənMauharim kimi adlandırırdılar.[7] I əsrin əvvəllərindəStrabon,Pireney yarımadasının qarşısındakı bir xalqın doğma adınıMaurousii (Μαυρούσιοι) olaraq qeyd etmişdir.[8][9] Mauri, daha sonra eramızdan əvvəl 3-cü əsrdən etibarən,Şimali AfrikanınAralıq dənizi sahillərində yaşayanMavrlara öz adını vəsiyyət edəcəkdir. Mavretaniyanın Aralıq dənizi sahillərində eramızdan əvvəl 4-cü əsrdən əvvəlKarfagen ilə ticarət üçün ticarət limanları mövcud olsa da, ölkənin daxili, bölgədə dəmir dövrünndə məskunlaşmışBərbər qəbilələri tərəfindən idarə edilirdi.
Kral Atlant, Mavretaniyanın əfsanəvi kralı idi və göy qübbəsini icad etdiyi düşünülürdü.[10] Maurilərin ilk məlum tarixi kralı olan Baqa, ölkəni İkinci Pun müharibəsinə (e.ə. 218-201) qədər idarə etdi. Mavretaniya Numidiya ilə sıx əlaqədə idi. I Bokx yenidən qurulmuş Numidiya kralı Yuqurtanın qayınatası idi.
Mavretaniya eramızdan əvvəl 33-cü ildəRoma İmperiyasının vassalına çevrildi. Romalılar Numifiyalı II Yubanı öz vassal hökmdarları olaraq təyin etdilər. Yuba eramızın 23-cü ilində vəfat etdi və hakimiyyətdə onun Roma təhsilli oğlu Ptolemey gəldi. İmperatorKaliqula 40-cı ildə Ptolemeyi edam etdirdi.[11] Roma İmperatoruKlavdi 44-cü ildə Mavretaniyanı Romanın əyaləti olaraq birbaşa ilhaq etdi və onun idarə edilməsi üçün imperatorqubernatoru təyin etdi.
↑Strabo,Geographica17.3.2Arxivləşdirilib 2022-07-09 at theWayback Machine (English translationArxivləşdirilib 2021-10-23 at theWayback Machine): "Here dwell a people called by the Greeks Maurusii, and by the Romans and the natives Mauri, a populous and flourishing African nation, situated opposite to Spain" (οἰκοῦσι δ᾽ ἐνταῦθα Μαυρούσιοι μὲν ὑπὸ τῶν Ἑλλήνων λεγόμενοι, Μαῦροι δ᾽ ὑπὸ τῶν Ῥωμαίων καὶ τῶν ἐπιχωρίων, Λιβυκὸν ἔθνος μέγα καὶ εὔδαιμον, ἀντίπορθμον τῇ Ἰβηρίᾳ.).