Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Mauriya imperiyası

Vikipediya, azad ensiklopediya
İmperatorluq
Mauriya imperiyası
मौर्य साम्राज्यम् (Sanskrit)
Bayraq
Bayraq
Aşoka zamanı Mauriya imperiyasının ərazisi Ən geniş halında

Aşoka zamanı Mauriya imperiyasının ərazisi

 Ən geniş halında
e.ə. 322  e.ə. 185
PaytaxtPatna
Dilsanskrit
Rəsmi dilləriHind-ari dilləri ,Sanskrit
DinHinduizm ,Buddizm ,Caynizm
Ərazisi5 000 000 km²
Əhalisi~ 40 milyon
İdarəetmə formasıMütləq monarxiya
SülaləMauriya
İmperator
  E.ə. 320—298Çandraqupta Mauriya
  E.ə. 298—272Bindusara
  E.ə. 268—232Aşoka
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mauriya İmperiyası — QədimHindistanda dövlət.(e.ə. 317-e.ə. 180-ci illər.) Paytaxtı Pataliputra, indikiPatna şəhəri. ƏsasıMauriya sülaləsindən olanÇandraqupta tərəfindən qoyulan bu dövlət əsr yarım Hindistanda mövcud olmuşdu.

Şimali Hindistan E.ə. VI-IV əsrlərdə

[redaktə |vikimətni redaktə et]

Eramızdan əvvəl VI-IV əsrlərdə Hindistanın şimal-qərbində hələ xırda dövlət birləşmələri öz varlığını saxlayırdı.E.ə. VI əsrin sonunda bu əraziİranƏhəməni dövlətinə birləşdirilmişdi və iyirmincisatraplığa daxil idi. Hisndistanın bu vilayəti Əhəmənilərə ildə 360 talant (təxminən 9 ton) qızıl qum göndərirdi.[1] Əhəməni dövləti zəifləyən zaman hind satraplığı tabeçilikdən çıxdı.

Makedoniyalı İskəndər Əhəməni dövlətini süquta uğratdıqdan sonrae.ə. 327-ci ildə Hindistanın qərb torpaqlarına daxil oldu. Hinsitanın Taksila vilayətinin hökümdarı Ambxi döyüşsüz təslim oldu. Eyni zamanda İskəndərə xərac verməyə razı oldu.[2] İskəndər puru tayfalarının hökümdarı Por ilə döyüşə girməli oldu. Por şücaətlə vuruşurdu, lakin yaralanaraq əsr düşdü. İskəndər onu cəsurluğuna görə hakimiyyətdə saxladı. İskəndər buradan şərqə adlamaq,Qanq vadisini tutmaq niyyətində idi. Lakin sonda döyüşçülər qayıtmağı tələb etdilər. İskəndərin müdaxiləsini gözləyən Nand hökümdarı ona qarşı 200 min piyada, 20 min süvari, 2 min cəng arabası, 3 min fil toplamşdı.[2] İskəndər Hindistanın dərinliyinə hərəkət etmədi vəe.ə. 326-cı ildə ölkəni tərk etdi. Hindistanın işğal olunmuş hissəsində yunan-makedon hərbi dəstələri yerləşdirildi.

Vahid dövlətin yaranması

[redaktə |vikimətni redaktə et]

İskəndərin vəfatından sonra onun varisləri arasında hakimiyyət uğrunda uzun-uzadı mübarizə başladı. Belə şəraitdə hindlilər də yunan-makedon hərbi dəstələrinə qarşı qalxdılar. Mübarizənin başında Mauriya sülaləsindən olan Çandraqupta dayanmışdı. O,e.ə. 317-ci ildə yadellilərin Hindistanı tərk etməsinə nail oldu; elə həmin ilQanq çayı vadisnə hücum edibNand sülaləsinin hakimiyyətinə son qoydu. O, Mauriya (pali dilində "tovuz quşu" mənası verir) sülaləsinin əsasını qoydu.E.ə. 305-ci ildəI Selevk Nikator yunan-makedon hakimiyyətini bərpa etmək üçün Hindistana soxuldu, lakin heç bir müvəffəqiyyət əldə edə bilmədi. I Selevk müasirİranƏfqanıstan ərazisinin çox hissəsini Çandraquptaya güzəştə getməyə məcbur oldu. Bundan sonra selevkilər bir daha Hindistan torpaqlarına soxulmadılar. Münasibətləri möhkəmləndirmək naminə sələviklər Çandraquptanın sarayına səfr göndərdilər. Bu səfrMeqasfen idi. O gördüklərini "Hindika" əsərində təsvir etmişdi.[3]

Mauriya dövlətinin yüksəlişi

[redaktə |vikimətni redaktə et]
Aşokun Yunan və Aramey dilində yazılmş imzası.Qəndəhar.

Çandraquptadan sonra hakimiyyətə onun oğlu Bindusara (e.ə. 293-e.ə. 268) gəldi. O, 25 il hakimiyyət başında oldu. Onun fəaliyyəti barədə etibarlı məlumat yoxdur. Onun oğlu Aşokanın (e.ə. 268-e.ə. 231) hakimiyyəti illərində Mauriya dövləti yüksək çiçəklənmə dövrünə qədəm qoymuşdu. Bu zaman Mauriya dövlətinin tərkibinə cənubdakıDekan vilayətindən başqa Hindistanın bütün ərazisi daxil idi.

Mauriya dövlətinin tərkibinə müxtəlif dillərdə danışan əhali daxil idi. Onların iqtisadi və sosial inkişaf səviyyəsi də fərqlənirdi. Ölkə beş əsas canişinliyə bölünür. Hər bir vilayət canişinliyi hakim ailə üzvləri tərəfindən idarə olunurdu. Bu canişinliklər Maqadha ( Qanq çayının vadisi), Taksila (şimal-qərb), Ucayanı(qərb), Kalinqa(cənub-şərq) və Suvarnaqi (cənub) vilayətlərindən ibarət idi.

Mauriya dövlətinin ərazisində müxtəlif dinlər mövcud idi. Vahid dinin yaradılmasına ehtiyac duyulurdu. Çünki dövlətin vahid ideoloji əsaslarının yaradılması əhalinin dini pərakəndəliyinə son qoyar, təbəələr arasaında dindən doğan rəqabəti müəyyən dərəcədə ləğv edə bilərdi. Aşokaya qədər ölkədə ən geniş yayılmış dinbrahmanizm idi.Buddizm dini təzə dirçəlirdi. Aşoka dövlətin dini siyasətini kökündən dəyişdi. O, buddizm dinini qəbul etdi və bu dinin yayılması üçün tədbirlər gördü. Ölkədə buddizmi təbliğ edən ibadət abidələri tikildi. Aşokanın dövründə buddiizm dövlət dininə çevrildi, ölkədə və kənarda geniş yayılmağa başladı.[4]

Süqutu

[redaktə |vikimətni redaktə et]

Aşokanın dövlət və dini siyasəti daim müqavimətə rast gəlirdi. Brahman rahibləri siyasi və dini mövqelərini itimək istəmirdilər. Vilayətlərdə ayrılma meyilləri artırdı. Aşokanın ömrünün sonunda siyasi vəziyyət gərginləşdi. O, hakimiyyətdən belə uzaqlaşdırıldı. Aşokanın vəfatından sonra Mauriya dövləti zəiflədi və parçalandı.E.ə. 180-ci ildə Mauriya sülaləsinin son nümayəndəsi sərkərdə Puşyamitra tərəfindən öldürüldü. O, Şunqa sülaləsinin əsasını qoydu. Maqadha hələ öz müstəqilliyini saxlayırdı.E.ə. 68-ci ildə Maqadhada hakimiyyət Kamva sülaləsinin əlinə keçdi.

Mauriya sülaləsi əsr yarım Hindistana ağalıq etmişdi. O bütün ölkəni vahid mərkəzdə birləşdirməyə nail olmuşdu. Bunun nəticəsində ümumi iqtisadi inkişaf üçün şərait yaranmışdı, Hindistanın xarici siyasəti və ticarət əlaqələri genişlənmişdi. Xarici hərbi müdaxilələrin olmaması qədim Hindistan əhalisinin mədəni əlaqələrinin güclənməsi üçün imkan yaratmışdı.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Бонгард-Левин Г.М. "Индия эпохи Маурьев" М., 1973.
  2. 12"Образование империи Маурьев".4 iyun 2009 tarixindəarxivləşdirilib.İstifadə tarixi:29 mart 2015.
  3. "МАУРЬЕВ ГОСУДАРСТВО".24 aprel 2017 tarixindəarxivləşdirilib.İstifadə tarixi:29 mart 2015.
  4. "РАСПРОСТРАНЕНИЕ БУДДИЗМА В ИНДИИ:От Гаутамы до Ашоки".3 oktyabr 2017 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2 aprel 2015.

İstifadə olunmuş ədəbiyyat

[redaktə |vikimətni redaktə et]
  • Y.Yusifov. "Qədim Şərq tarixi". Bakı, "Şərq-Qərb" Nəşriyyat evi, 2007.s.463-466.
  • Бонгард-Левин Г.М., Ильин Г.Ф. "Индия в древности. М.,1985.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Mauriya_imperiyası&oldid=7114211"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2026 Movatter.jp