O, təbiətin hər xırda varlığından, nişanəsindən ilham alırdı. O, təxəllüsü "Basyo" sözünü də həyətində əkdiyibanan ağacının ana dilində olan adından götürmüşdü. Buludların parıltısı,bambukun titrəməsi,sərçələrin cikkiltisi, küçədən keçən adamların sifəti – bütün gündəlik xırda şeylərdən o, həzz almaq imkanı tapa bilirdi. Lakin, əhəmiyyətsiz şeyləri sevmək üçün xırda məsələrə görə də iztirab çəkməlisən. Onun zahirən bəlkə də primitiv görünən məşhur birhokkusunda deyilir:
Köhnə nohur! Qurbağa tullanan, Suyun səsi.
Biz dinləyərkən bəlkə də çox primitivdir bizim üçün, lakin buhokkuda dərin məna,təbiətin gözəlliyi,şairin könlünün və ətraf dünyanın sakitliyi və harmoniyası çox qısa şəkildə əks olunmuşdur. Bağdakı köhnə gölməçəyə hoppananqurbağa yüzillik kədəri dağıtdı. YazıçıRyunosuke Akutaqava Basyonun bu kiçik şeirinin fəlsəfi məzmununu çox ustalıqla açıb təhlil edir. Axı nəzərə almaq lazımdır ki, köhnə gölməçədən tullananqurbağanın özü də yüzillik kədərə malikdir. Deməli, istənilən baxışda Basyonun özünün də həyatı həm də iztirablar həyatı idi. Gülümsəyərək həzz almaq üçün gülümsəyərək də iztirab keçirmək lazımdır.