Mark Tven |
---|
ing.Mark Twain |
 |
Doğum adı | Samuel Langhorne Clemens |
---|
Təxəllüsü | Mark Twain, Sieur Louis de Conte, Thomas Jefferson Snodgrass |
---|
Doğum tarixi | 30 noyabr1835(1835-11-30)[1][2][…] |
---|
Vəfat tarixi | 21 aprel1910(1910-04-21)[1][2][…](74 yaşında) |
---|
Vəfat səbəbi | ürək tutması |
---|
Dəfn yeri | - Vudloun qəbiristanlığı[d]
|
---|
Fəaliyyəti | jurnalist, romançı, avtobioqraf[d], müəllim, yumor ustası, uşaq ədəbiyyatı yazıçısı, yazıçı-səyyah[d], aforizmlər müəllifi, fantastika yazıçısı[d], yazıçı, nasir, publisist |
---|
Fəaliyyət illəri | 1864–1910 |
---|
Əsərlərinin dili | ingilis dili, alman dili |
---|
Tanınmış əsərləri | |
---|
Üzvlüyü | - Amerika İncəsənət və Ədəbiyyat Akademiyası[d]
|
---|
 |
Vikianbarda əlaqəli mediafayllar |
Mark Tven (ing.Mark Twain, əsl adıSemuel Lenqhorn Klemensing.Samuel Langhorne Clemens;30 noyabr1835[1][2][…] –21 aprel1910[1][2][…]) —Amerikayazıçısı,jurnalisti vəictimai xadimi.Oxuculara daha çox "Heklberri Finnin sərgüzəştləri" (Adventures of Huckleberry Finn) və "Tom Soyerin macəraları" (The Adventures of Tom Sawyer) adlıromanları ilə tanışdır. Mark Tven bir çox məşhuraforizmlərin müəllifi kimi də tanınır. Klemens dövrünün ən məşhur adamları-prezidentlər, dünya şöhrətli incəsənət xadimləri, sənayeçilər və Avropa kral ailələri ilə dostluq münasibətlərində olmuşdur. Tanınmış amerika yazıçılarıVilyam Folkner Tveni Amerikaədəbiyyatının "atası",Ernest Heminquey isə müasir Amerika ədəbiyyatının Tvenin sadəcə bir əsərindən – "Heklberri Finnin sərgüzəştləri" romanından "törədiyini" bildirmişdir.
Mark Tven 30noyabr 1835-ci ildəABŞ ınMissuri əyalətininFlorida bölgəsində dünyaya gəldi.Yeddi uşaqlı bir ailənin altıncı uşağı və sağ qalan üç qardaşdan biri idi. Ailəsi, o dörd yaşındaykənMissisipi çayı boylarındakı Hannibala şəhərinə daşındı. İrəlidə yaradacağı məşhur romanları bu bölgədəki müşahidələrinə söykənərək yazılmışdı.Biznesmenlik vəvəkillik edən atasını on bir yaşında ikənsətəlcəmdən itirincə məktəbini buraxıb köməkci olaraq birmətbəədə işə başladı. 1851-ci ildə böyük qardaşı Orionun sahibi olduğu yerliqəzetdə yazarlıq etməyə başladı; yazılara da kömək edir vəyumorlu məqalələr yazırdıOn səkkiz yaşına gəldiyində dünyanı kəşf etmə arzusunda bir gənc olaraqABŞ-nin müxtəlif əyalətlərini gəzməyə başladı, bu vaxt müxtəlif mətbəələrdə işlədi. Dörd il sonraMissuriyə döndüyündə Missisipi çayındakıbuxarlı gəmilərdəkapitanlıq etmək istədi. Kapitanlıq imtahanlarına hazırlıq üçün səylə calışırdı, çayın hər yerini öyrənməsi iki ilini almışdır.Özünə bu işdə Henry adındakı qardaşı yoldaşlıq edirdi. Bir gecə yuxusunda qardaşının çalışdığı gəminin yanmasını və ölümünü görməsi və bu hadisənin 1858-ci ildə eynilə yuxusundakı kimi reallaşması onu çox təsir etdi. Qardaşının ölümündən bir parça özünü günahkar saydı və bu hadisədən sonraparapsixologiya ilə maraqlandı.24 yaşında kapitanlıq səlahiyyətini öz üzərinə götürdü vəAmerikan Vətəndaş müharibəsi çıxıb çay gəzintiləri qadağan edilənə qədər çayda kapitanlıq etdi. Döyüşə könüllü olaraq qatıldı, ancaq 14 günlük əsgəri təhsildən sonra ordudan ayrılıbNevadadaqubernator olan böyük qardaşı Orionun yanına getdi. Qardaşı ilə birlikdə bir müddət zəngin olma xəyalıyla mədənçilik etdi. Mədənçilik işi müvəffəqiyyətsizliklə nəticələndiBəzi gəzinti yazıları və məqalələr yazaraq müxtəlif əyalətləri gəzdi. Mark Tven adıyla imzaladığı ilk məqaləsi "Carsondan Məktub" adlı məqaləsi idi. Mark Tven Missisipi gəmilərində "iki kulaç dərinlik" mənasını verən bir taxma addır.18 noyabr 1865 günü"New York Saturday Prcccvbbes" adlı qəzetdə nümayiş olunan "Claravasda Tullanan Qurbağa" adlıhekayə ilə ədəbiyyat sahəsində çıxış etdi. Birkömür şaxtası düşərgəsində mədənçilərdən dinlədiyi yerli bir əhvalatı öz ağızından izah edərək məşhurlaşdırmışdır tutmuşdu. Hekayəni, 1867-ci ildə nümayiş olunan ilk kitabında da yer aldı 1866-cı ildə bir qəzetin müxbürü olaraqHavaya adalarına gedərək oradan yazılar göndərdi. İki il sonra yenə yerli bir qəzetin istəyi üzərinəAralıq dənizidə bir gəmi dövrünə çıxdı və gəzinti yazılarını cəmləşdirib Xarici Ölkə adlı kitabında yığdı. Bu əsəri ilə ölkəsində çox məşhurkomediyan yazıcısı oldu.Tvenin göz bəbəyi özünün hazırladığı dəri üzlü dəftərlər imiş. Qələm seçimi isə "Conklin Csescent Filler" olub. Bu qələmin əsas üstünlüyü masaya qoyulanda yuvarlanıb düşməməyi imiş. Ancaq Tveninrevmatizması olduğundan sonradan əsərlərini diktə edib.Heklberi Finndən sonra 5 il boyunca kitab nümayiş etməyi buraxan Tven, zəngin olmaq ümidiylə biznes mühitünə atılmışdır. Pul qazanmaq üçün müxtəlif işlərə sərmayə qoyan Mark Tvenin cəhdləri həmişə pul itkisiylə nəticələndi. 1885-ci ildə qurduğu nəşriyyat isə müflisləşməsinə gətirib çıxardı. İlk olaraqvətəndaş müharibəsi qəhrəmanlarından və köhnə ABŞ başçılarından çox böyük heyranlıq duyduğuUlis Qrantın xatirələrini ardından Mark Tvenin öz kitabı Heklberi Finin Macəralarını nümayiş edən nəşriyyat, bu iki kitabla əldə etdiyi müvəffəqiyyəti bir daha əsla tuta bilmədi. Vətəndaş müharibəsi ilə əlaqədar müxtəlif xatirə kitablarının ardından dünyadakı bütünKatoliklərin bir dənə götürüb oxuyacağı düşüncəsiylə Papa XIII Leonun xatirələrini eyni anda 6 dildə nümayiş etdi ancaq nə döyüş xatirələri nə də Papanın xatirələri oxucuların maraqına səbəb olmamışdır. Bu müvəffəqiyyətsizliklərinin ardından Ceyms W. Paige adlı ixtiraçının inkişaf etdirdiyi bir növ maşını üçün xərclədiyi minlərlədollar da ona heç bir gəlir gətirə bilmədi.1891-ci ildən etibarən ailəsiylə həyat bahalılığının daha az olduğuAvropaya yerləşən Tven dolanışığını təmin etmək üçün yazılarını sıxlaşdırdı. 1894-cü ildə, çap maşını "Çikaqo Herald" qəzetində sınandı və müvəffəqiyyətsiz oldu. Borclarını ödəyə bilmək üçün yeni bir yol tapan Mark Tven bütün dünyanı əhatə edən bir danışıq dövrünə çıxdı.AvstraliyadanHindistana,Cənub Afrikadanİngiltərəyə qədər bir çox ölkəni gəzdi. Bu konfranslar silsilə aid gəzinti qeydləriniEkvatorun İzində adlı yazısıyla paylaşdı.Mark Tven 1896-cı ildə 23 yaşındakı qızı Susyunmeningit səbəbiylə ölümü üzərinədepressiyaya girdi və ruhi böhranları həyatı boyunca zaman zaman təkrar baş göstərdi. Borclarını ödəyib 1900-cü ildə ölkəsinə qayıdana qədər ailəsiylə birlikdə İsveçrə, Avstriya və İngiltərədə yaşadı. ABŞ a döndükdən sonra yoldaşı Olivianın sağlamlığı pozuldu, həkim tövsiyəsi üzərinə 1903-cü ilin sonundaİtaliyaya getdilər, nə var ki sağlamlığına qovuşa bilməyən Olivianı 1904-cü ildəFloransiyada həyata vəda etdi.Yaşlılıq illərində müstəmləkəçiliyi, irq düşmənliyi, qazanc ehtirası, dini ikiüzlülüyü sərt bir dillə tənqid edən yazılar yazdı. 1905-ci ildə yetmişinci yaşınıAğ EvdəTeodor Ruzveltin qüruruna verdiyi yeməkdə qeyd etdi. 1907-ci ildəOxford Universiteti özünə fəxri doktor rütbəsi verdi. 1909-cu ildə 29 yaşındakı kiçik qızı Jin infarkt nəticəsində həyatını itirdi. Mark Tven 1906-cı ildə yazmağa başladığıbioqrafiyasını tamamlayamadan keçirdiyi ürək narahatlığı nəticəsində 21 aprel 1910 günüKonnektikutda həyatını itirdi.
- "Kalaverasdan olan məşhur qurbağa" (1865)
- "Günahsızlar yadellərdə" (1869)
- "Mətinlər" (1875)
- "Qızılı əsr" (1873)
- "Köhnə və yeni oçerklər" (1875),
- "Missisipidə köhnə vaxtlar" (1876)
- "Tom Soyerin macəraları" (1876)
- "Şahzadə və dilənçi" (1881)
- "Missisipidə keçən həyat" (1883)
- "Heklberri Finnin macəraları" (1884)
- "Konnektikutdan olan yanki kral Arturun sarayında" (1889)
- "Fərsiz Vilson" (1894)
- "Janna d`Ark" (1896)
- "İnsan nədir?" (1906)
- "Müəmmalı yadelli" (1916) (1897-1908 arası üzərində işləmişdir)
- Milyon funt sterlinq dəyərində bank bileti (film, 1954) / The Million Pound Note
| |
---|
Lüğətlər və ensiklopediyalar | |
---|
Şəcərə və nekropolistika | |
---|
|
---|
BAV: ADV10188047, ADV11275910 · BIBSYS: 90056487 · BNC: a10166221 · BNE: XX945992, XX4931266 · BNF: 11927291n · CALIS: n2004340460 · CiNii: DA00300263 · CONOR: 7830883 · EGAXA: vtls000823270 · GND: 118624822 · GTAA: 160094 · ICCU: CFIV002662 · ISNI: 0000000368641704, 0000000077209145, 0000000121324854, 0000000108003124 · LCCN: n79021164, n93099439, n93099461 · LNB: 000002679, 000075960 · NDL: 00459304 · NLC: 000205309 · NKC: jn19981002263, jn20000701083 · NLA: 35028957 · NLG: 122385, 178278 · NLP: a0000001179912 · NSK: 000047578 · NTA: 227880145, 068242964 · NUKAT: n94200767 · PTBNP: 46269 · РГБ: 000083946 · LIBRIS: 98057 · SUDOC: 027171876 · VIAF: 50566653 · ULAN: 500020427 · WorldCat VIAF: 50566653 |
|
- ↑1234Bibliothèque nationale de FranceBnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑1234Mark Twain //Internet Broadway Database (ing.). 2000.