Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Marağa

37°23′31″ şm. e. 46°14′21″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Bu adın digər istifadə formaları üçün bax:Marağa (dəqiqləşdirmə).
Marağa
مراغه
37°23′31″ şm. e. 46°14′21″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü1.456 m
Əhalisi
Əhalisi
Rəqəmsal identifikatorlar
Telefon kodu+98 41
Digər
maraghe.com
Xəritəni göstər/gizlə
Marağa xəritədə
Marağa
Marağa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Marağa rəsədxanası (XIII əsr)
Sufiçay

MarağaİranınŞərqi Azərbaycan ostanında şəhər.Təbrizdən 130 kilometr cənub-şərqdə yerləşir.

Marağa bağ-bağatı,meyvəsi, xüsusiləüzüm,doşabkişmişi ilə məşhurdur. Şəhər, meyvəsindən əlavə,taxılı və gözəlmərməri ilə də böyük şöhrət qazanmışdır.[3]

Həmçinin Marağa öz qədimMarağa rəsədxanası və bütün Azərbaycanda tanınanMarağa sabunuyla məşhurdur.

Etimologiyası

[redaktə |vikimətni redaktə et]

Bir çox mütəxəssis indiki Marağanı qədim tarixi qaynaqlarda adı çəkilmiş, Atropatenada yerləşənVera şəhəriylə, habeləFraata,Prasana,Fraaspa,Fraspa,Əfrahrud (rudfarscaçay deməkdir) kimi toponimlərlə əlaqələndirir.

Bəzi qaynaqlara görə, "Marağa" sözünün mənası "otlaq yeri" deməkdir.[3] Marağa şəhərinin adınıərəb dilində "otlamaq" mənasındakı "mərəğə" sözüylə əlaqələndirib, bu adın "otlaq, at bəslənən yer" demək olduğunu qeyd edirlər. Lakin çox güman ki indiki Marağa toponimi ilə bağlı olan qədim toponimlərin (Fraata, Fraaspa və s.) Azərbaycan ərazisinəərəb xilafətinin axınlarının başlamasından xeyli əvvəl mövcud olduqları nəzərə alındıqda, bunun gerçək olması ehtimalı az olur.

Tarixi

[redaktə |vikimətni redaktə et]

Strabonun yazdığına görə,Atropatena hökmdarlarının yay iqamətgahı olanQazaka və qış iqamətgahı olanVera adlı iki paytaxt şəhərləri olmuşdur.Strabon qeyd edir ki,Araz çayından Vera şəhərinə məsafə 2400 stad (1 stad 184 metrə bərabərdir) olmuşdur.Plutarxa görə Fraata, Dion Kassidə bu şəhər Prasana və yaxud Fraaspa,Ptolomeydə isə Fraspa kimi verilmişdir.Bəlazuri, İbn Fəqih vəYaqut Həməvi də bu şəhərin Əfrahrud adlandığını qeyd etmişlər.

Yaqut Həməvi Əfrahrudu Marağadan axanSufiçay ilə eyniləşdirir. Minorski də Plutarxın Fraatasının, ərəb müəlliflərinin qeyd etmiş olduqları Əfrahrudun müasir Marağa ilə eyni olduğunu yazmışdır. O, öz fikrini sübut etmək üçün Marağanın şimaldan müdafiə olunmasına şərait yaradanSəhənd dağının strateji əhəmiyyətindən, Sufiçayın hazırda da bu şəhərdən axmasından, ərəb və habelə XII–XIII əsrlərdəmonqolların dövründə də Marağanın paytaxt şəhər olmasından bəhs edir. Qeyd edilməlidir ki, müasir Marağanın keçmişdəAtropatena hökmdarları tərəfindən paytaxt seçilməsi oranın iqtisadi, strateji, təbii, coğrafi şəraiti ilə bilavasitə əlaqədar olmuşdur. Marağa şəhərindən 16 km şimalda yerləşən möhkəm Ruyinqala adlı qala da şəhərin qədim tarixə malik olmasını sübut edir.

Eramızdan əvvəl 36-cı ildə Roma sərkərdəsiAntoni yüz min nəfərlik ordu iləAtropatenaya hücum edərkən şəhəri mühasirəyə almış, lakin tezlikləŞiz qalası (Qazaka) ətrafında məğlubiyyətə uğradıqdan sonra böyük tələfat verərək mühasirəni dayandıraraq geri çəkilməyə məcbur olmuşdur. Qədimdə Fraata adlanan bu şəhər ərəb işğalları dövründən etibarən Marağa adlandırılmışdır.

PtolomeyinUrmiya gölü ətrafında qeyd etdiyi Margiananı Markvart Martiana formasında vermişdir. Bəzi alimlər Marağa sözünün həmin vilayətin adı ilə əlaqədar yarandığını qeyd edirlər. Hər halda istər Fraata olsun, istər sə də Margiana olsun öz növbəsində Marağa şəhərinin qədim tarixə malik şəhər olduğunu göstərən amildir.

Tarixçilərin yazdığına görə Marağa şəhəri (642–643-cü illərdə)Azərbaycanda olan ərəb sərkərdəsi Müqeyrət ibn Şüeybə tərəfindən fəth edilmişdir.

Bir məlumata görə Mərvan ibn Məhəmməd 740-cı ildəMuğanGilan müharibələrindən qayıdan zaman Marağada düşərgə salmış və burada təzəyin bol olması ilə əlaqədar olaraq Marağa adlandırmışdır. Qeyd edilməlidir ki, əksər tarixçilər Marağa adının etimologiyası haqqında olan bu məlumatı ciddi qəbul etmirlər. Çünki, Mərvan burada bir sıra binalar tikdirib, abadlıq işləri aparmışdır. Lakin sonralar şəhərHarun ər-Rəşidin qızlarına məxsus olmuşdur.

Xəzimət ibn XazimAzərbaycanErmənistan hakimi olan zamanTəbriz hakimi Vəcna ibn Rəvvadərəblərə qarşı üsyan qaldıraraq (təqribən 802–803-cü illərdə) Marağa şəhəri ətrafına hasar çəkmiş və ordu qərargahına çevirmişdir.

Beləliklə, yuxarıda deyilənlərdən görünür ki, Marağa şəhəri Sasani və habelə ərəb işğalları dövründəAzərbaycanın iqtisadi, ictimai cəhətdən inkişaf etmiş şəhərlərindən biri olmuşdur.

Coğrafiyası

[redaktə |vikimətni redaktə et]

Marağa Azərbaycanın ən qədim və ən böyük şəhərlərindən biridir. Şəhərin şimalında dəniz səviyyəsindən 3547 m hündürlükdəSəhənd dağı ucalır. Bu dağ MarağanıTəbrizdən ayırır. Dəniz səviyyəsindən 1400 metr yüksəklikdə olan Marağa şəhəriSufiçayın sol sahilində, Təbrizdən müstəqim yol ilə 76 km, şose yolu ilə isə 130 km aralıda yerləşir. Mənbəyini Səhənd dağından alan bir sıra dağ çayları Marağa və onun ətrafını su ilə təmin edərəkUrmiya gölünə tökülür.

Marağa şəhərinin əlverişli təbii və coğrafi şəraitə malik olması qədim ticarət yollarının vaxtı ilə buradan keçməsi, onu qədim dövrlərdən etibarən bütün Şərqdə şöhrətləndirmişdir. Marağa şəhərində indiyədək əsaslı arxeoloji qazıntı işləri aparılmamışdır. Lakin şəhərin adına bir sıra qədim mənbələrdə təsadüf edilir.

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. http://fna.ir/3gi6bf (fars.).
  2. https://borna.news/008VHI (fars.).
  3. 12"Arxivlənmiş surət"(PDF).27 mart 2022 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:5 iyun 2018.

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]
⛭
Şəhərlər
Dehistanlar (qəsəbələr)
MƏRKƏZİ BƏXŞİ: Qaranaz • Saracu-i Qərbi • Saracu-i ŞimaliSARACU BƏXŞİ: Quruçay-i Qərbi • Saracu-i Cənubi • Saracu-i Şərqi
Kəndlər
AğacəriAğbulaq-i Ələmdar • Ağbulaq-i Fütuhi • Ağbulaq-i Süfla • Ağbulaq-i Ülya •Ağcadüzəc • Ağcaköhül • Ağcaməşhəd • Ağkənd-i Səmərəq • Alılı •AlmaçovanAlovkəndi • Arqun • Aşan •BadamlıBağyeriBalaqaya • Bayanlıca •Behnaq • Bölükabad / Bilgəova •BülbülCahangir kəndiCamalabad • Ceyran-i Süfla • Ceyran-i Ülya • Cuki-i Bijan • Cuki-i Məhəmmədrza • Cuki-i Vusta •Çalılıbadiyanlı • Çalılıçələbiyanlı • Çanaqbulaq-i Süfla • Çanaqbulaq-i Ülya • Çavan-i Ələmdar • Çavan-i Süfla • Çavan-i Ülya •ÇavanbağÇaybağı • Çikan • Çilan-i Süfla • Çilan-i Ülya •ÇəbinliDaşatan • Daşbulaqbazar •Dəvəboynu • Divrəzm • Dürrac-i Süfla • Dürrac-i Ülya • Eydli • Əhəq • Əhmədabad • Əkiz • Ələviyan • Əliabad • Əmir • Fətullahbulağı • Gənci • Göl • Göşayış • Göycəqala-i Süfla • Göycəqala-i Ülya • Göycəqamalaq • Gülçavan • Gültəpə • Gülüstan-i Süfla • Gülüstan-i Ülya •Günəbaxan • Hacıbağırkəndi • Hacıkürd •Hacıkənd • Heris •Hirəq • Xanəgah • Xatab-i Süfla • Xəlifəkəndi • Xurmazərd •İsfahancıq • İsfəstanəc •KahaqKahcıq • Kamilabad • Kargərtan • Kəracabad • Kərəmcavan • Kosasəfər • Köhlan • Kürdədeh • Kütb • Qalaxaləsə • Qaraburğa •Qaracaqaya • Qarakənd • Qaraköhnə-i Musəvi • Qaranaz-i Süfla • Qaranaz-i Ülya • Qaratlı • Qartavul • Qavaqlı •QayabulağıQışlaq • Qışlaq-i Əmir • Qızca • Qoşabulaq • Qotan • Qovudərə-i Süfla • Qovudərə-i Ülya • Qoyunqışlaq •Qozluca • Qulukənd • Qumtəpə • Quşqayası • Laləzər • Mavalı-i Süfla • Mavalı-i Ülya •Meymunəq • Məməşir • Minbaş-i Hisarlı • Mollaqasım • Möhsünabad • Muğancıq • Mulu • Musadərə • Mürdüq • Narcabad •Nasirkəndi • Nova • Ortaqışlaq-i Ülya • Oxçu • Özbək • Padegan-i İslami İmam Rza [İslami İmam Rza (hərbi) qarnizonu] (Eslami Emam Reza Garrison) • Palçıqlı • Sarıca • Sarıqaya • Sarıqışlaq-i Süfla • Sarıqışlaq-i Ülya • Seyidkəndi • Səidabad • Sərgizə •Sərkərabad • Sırıc • Sinovkeş • Sövməə • Sövməəyi-Süfla • Sövməəyi-Ülya • Şahverdikəndi • Şaxtalı • Şeyxcan • Şeyxlər-i Süfla • Şəlilvənd •ŞirinkəndTalıbxan • Təzəkənd • Təzəkənd-i Əliabad • Təzəkənd-i Gülçavan • Təzəkənd-i Qaranaz • Təzəkənd-i Qışlaq • Təzəkənd-i Nasirpur • Təzəkənd-i Süfla • Təzəkənd-i Ülya • Uzunoba • Vərcəvi • Yagürg • Yayşəhr • Yeləqarşı-i Süfla • Yengicə •YoncalıZəniq
⛭
Mərkəz
Şəhristanlar
Şəhərlər
AbışəhmədAçaçıAğkəndAzərşəhr (Tufarqan)BasmıncBəxşayışBostanabad (Ucan)BünabBünab Mərənd / Bünab Cədid (Yeni Bünab)CavanqalaCulfaDuzduzanƏcəbşirƏhərGöganHadişəhr (Gərgər-Ələmdar)XarvanaXamənəHerisHərgəlanHəştrud (Sərəskənd)HurandXızırlıXocaXodacu / Xərəci / XəraclıXosrovşahXumarlıİlxıçıKəleybərKöşksarayKuzəkonanKülvanəqLeylanMarağaMamağanMehrabanMəlikan (Məlikkəndi)MəlikkiyanMərəndMiyanə / MiyanıcMübarəkşəhrNəzərkəhriziQaraağac / QaraağacbazarSəhəndSərabSərdrud / SərdəriSisSiəh RudSufiyanŞəbüstərŞəhriyar (hazırda tikilən yeni bir şəhərdir)ŞərəbiyanŞərəfxanaŞindabad / ŞindavarTeymurluTəbrizTərkTəsucTikmədaşTürkmənçayÜsküVayqanVərziqanYamçıZərnəqZunuz
İran ostanlarıQeyd: Bəzi şəhərlərinadlarının altından xətt çəkilməsi onların müvafiq olduqları şəhristanın inzibati mərkəzi olmalarını əks edir;adı qalın yazılan şəhər isə bütün ostanın inzibati mərkəzidir
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Marağa&oldid=8286499"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp