Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Maqnezit

Vikipediya, azad ensiklopediya
Maqnezit
Ümumi məlumatlar
KateqoriyaMineral
Formul
(təkrarlanan vahid)
MgCO₃
Strunz təsnifatıVb/A.02[1]
Xüsusiyyətləri
Zolaq rəngi
Sıxlıq2,96 ± 0,01 q/sm³[2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Maqnezit – Mg [CO3] — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.

Növ müxtəliflikləri

[redaktə |vikimətni redaktə et]

Ferromaqnezit (7,5%-dək FeO).

Xassələri

[redaktə |vikimətni redaktə et]

Rəng – ağ, bozumtul, sarımtıl, qəhvəyi, bəzən rəngsiz; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə; Şəffaflıq – şəffaf, bəzən qeyri-şəffaf; Sıxlıq – 2,9-3,1; Sərtlik – 4,0-4,5; Kövrəkdir; Ayrılma – romboedr {1011} üzrə mükəmməl; Sınıqlar – pilləli; sıx farforabənzər aqre-qatlarında – qabıqvari; Morfologiya – kristallar: nadir rast gələn romboedrik; Mineral aqreqatları: massiv, sıx, dənəvər, farforabənzər, torpaqvari.

Mənşəyi və yayılması

[redaktə |vikimətni redaktə et]

Hidrotermal maqnezit dolomit və dolomitləşmiş əhəngdaşlarının metasomatik əvəzlənməsi məhsuludur. Hiperbazitlərin hidrotermal dəyişilmə prosesində isti karbonat məhlullarının təsiri zamanı olivin və piroksenlərin hesabına əmələ gəlir. Mineralın infiltrasion yataqları ultraəsasi süxur massivlərinin kimyəvi aşınması zamanı formalaşır. Çökmə maqnezit duz- və gips saxlayan süxur qatlarında qeyd edilir. Mineralın metamorfik əmələgəlmələri kristallik magnezial şistlər üçün adidir. Birlikdə rast gəldiyi minerallar:dolomit,kalsit,kvars,xalsedon,opal,barit,talk,serpentin,gips,halit və b. Mineralın tapıldığı yerlər: Radenşteyn və Kraubat (Avstriya);İtaliya;İspaniya; Satkin və Xəlilov yataqları (Rusiya); Kvebek (Kanada);Kaliforniya,Nevada,Nyu-Meksiko ştatları (ABŞ); Salem (Hindistan) və b. AzərbaycandaKiçik Qafqazın ofiolit qurşağının hiperbazitləri içərisində yerləşən bir sıra kiçik maqnezit təzahürləri vardır.

Tətbiqi

[redaktə |vikimətni redaktə et]

Yandırılmış maqnezit 3000°C temperaturadək dayanıqlı olan yüksəkodadavamlı material kimi metallurgiyada, həmçinin abraziv sənayesində və tikintidə istifadə edilən Sorel sementinin istehsalında tətbiq edilir. Kimya, keramika, kağız, rezin, əczaçılıq və başqa sənaye sahələrində də istifadə edilir.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Strunz K. H.,Tennyson C.Mineralogische Tabellen : Eine Klassifizierung der Mineralien auf kristallchemischer Grundlage, mit einer Einfuhrung in die Kristallchemie. 8Leypsiq:Akademische Verlagsgesellschaft, 1982.
  2. http://www.cdc.gov/niosh/npg/npgd0373.html.

Mənbə

[redaktə |vikimətni redaktə et]
  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
 Bu şablona bax 
  Lüğətlər və ensiklopediyalar
Normativ yoxlama
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Maqnezit&oldid=6327144"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp