Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Maqmatizm

Vikipediya, azad ensiklopediya

Maqmatizm (rus.магматизм,ing.magmatism) — hərəkətverici qüvvəsimaqma və onun törətdiyi bütün geoloji proseslərin məcmusu; əsasəneffuziv (vulkanizm) vəintruziv (plutonizm) formada təzahür edir.[1]

Başlanğıc maqmatizm

[redaktə |vikimətni redaktə et]

Başlanğıc maqmatizm, Stille, 1940- qalın sualtı vulkanogensüxur qatları (spilit-diabaz,andezit,kvars-keratofir formasiyaları) və intruziv formasiya seriyaları (hiperbazit, qabbro-plaqioqranit, qabbro-sienit formasiyaları) ilə səciyyələnən maqmatizm. Başlanğıc maqmatizm əsasi, ultraəsasi tərkiblimaqma və onun turş diferensiatları xasdır.Evgeosinklinallar və qırışıqlıq vilayətlərin tipik zonalarının ilkin yaranma mərhələlərində geniş inkişaf etmişdir. Sinonim:İnsial maqmatizm.[2]

Maqmatik fəallaşma sahələrinin geokimyəvi əlamətləri

[redaktə |vikimətni redaktə et]

Maqmatik fəallaşma sahələrində təbii hadisələrdən daha çox vulkanlara, zəlzələlərə və iqlim dəyişmələrinə rast gəlinir. Belə sahələrdəki sularda, xüsusən yeraltı suların yuvenil növlərində Cl elementinin miqdarının yüksəlməsi müşahidə edilir. Maqmatik fəallaşma mərhələləri yer qabığında vulkanların fəaliyyəti ilə də müşayiət oluna bilər. Bu zaman ən çox müşahidə olunan geoloji-geokimyəvi proseslər diffuziya və adsorbsiya hadisələri ilə əlaqədar baş verir. Diffuziya (F, Br, J, K, Na) və adsorbsiya (Fe, Mn, S, P, C) hadisələri bir sıra kimyəvi elementlərin miqrasiyası vasitəsilə endogen və ekzogen proseslərə öz təsirini göstərir. Yeraltı sular və bitki örtüyündə Fe, K, P elementlərinin miqdarlarının artması da maqmatik fəallaşmaları göstərən əlamətlərdən hesab edilir.[3]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Maqmatizm //Geomorfoloji terminlərin izahlı lüğəti.Bakı:"Elm".2012. səh. 177.ISBN 978-9952-453-14-0.
  2. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
  3. H.L.Mustafabəyli.Geokimya terminlərinin izahlı lüğəti(azərbaycan). Şəki: Kaskad. 2017. səh. 112.ISBN 978-9952-8330-0-3.2023-07-08 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2023-07-08.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Maqmatizm&oldid=7138105"
Kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp