Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Manqa

Vikipediya, azad ensiklopediya
Manqa
"Manqa" sözününkanci ilə yazılışı.1798-ci ildəSanto KyodenKitao Şiqemasa tərəfindən yazılmış"Mövsümi gedən-gələnlər" kitabından.
NəşriyyatlarShueisha •Kodansha •Shogakukan •Square Enix •siyahı
NəşrlərWeekly Shōnen Jump •Weekly Shōnen Magazine •CoroCoro Comic •Monthly Shōnen Magazine •Weekly Young Magazine •Weekly Young Jump •Ciao •siyahı
SeriyalarDoraemon •One Piece •Dragon Ball •Naruto •Golgo 13 •Black Jack •Kochira Katsushika-ku Kameari Kōen-mae Hashutsujo •Case Closed •Crayon Shin-chan •Oishinbo •Slam Dunk •siyahılar
Dilləryapon
Əlaqəli məqalələr

Manqa (漫画, マンガ?) və yakommiku (コミック?)Yaponiyada və yayapon dilində istehsal olunankomikslər. Müasir manqaların stiliXIX əsrin sonlarında ortaya çıxmışdır.[1] Manqaların uzun və mürəkkəb tarixi var.[2]

Yaponiyada"manqa" termini (kanci:yap.漫画;hiraqana:yap.まんが;katakana:yap.マンガ;qulaq as) həmkomiksləri, həm dəkarikaturaları bildirmək üçün işlədilir.Yaponiyadan xaricdə isə bu termindənYaponiyada istehsal olunan komikslər üçün istifadə olunur.[3]

Yaponiyada hər yaşdan insan manqa oxuyur. Buna görə manqalar müxtəlif janrlarda və mövzularda ola bilər: döyüş-macəra,biznes və maliyyə,komediya,detektiv, tarixi, qorxu, romantika,elmi fantastikafentezi, cinsəllik,idman və s. Manqaların çoxu digər dillərə tərcümə olunur.1950-ci illərdən başlayaraq manqalar Yaponiya nəşriyyat sənayesinin başlıca sahəsinə çevrilmişdir.[4]2007-ci ilin məlumatına görəYaponiyada manqa bazarının həcmi 406 milyard¥, 2009-cu ildə isə 420 milyard¥ təşkil etmişdir.[5] Manqaların ancaqYaponiyada deyil, digər ölkələrdə də böyük oxuyucu kütləsi var.[6]2012-ci ildəAvropadaOrta Şərqdə manqa bazarının həcmi 250 milyon$ ilə ölçülmüşdür.[7]2008-ci ildəABŞKanadada manqa bazarının həcmi 175 milyon $ təşkil etmişdir. Manqalar əsasən ağ-qara nəşr olunur.[8] Lakin rəngli manqalar da mövcuddur (məsələn,"Colorful"). Manqalar adətən böyük manqa jurnallarında serializasiya olunur. Əgər manqa uğur qazanarsa, fəsilləri toplanaraqtankobon cildlər şəklində buraxılır.[9] Manqa üzərində işləyən sənətçiyəmanqaka deyilir. Manqaka əsasən bir neçə köməkçi ilə birlikdə işləyir və bir nəşriyyata bağlı olur.[10] Əgər manqa kifayət qədər populyarlıq əldə edərsə, əsasındaanime serialı çəkilə bilər. Bu hətta manqanın serializasiyası zamanı da baş verə bilər.[11] Manqalar əsasında bəzən bədii filmlər və anime filmləri də çəkilə bilər.[12]

ManqalarYaponiyaya yaxın ölkələrin komiks mədəniyyətlərinə də təsir etmişdir. Bu ölkələrəÇin,Honkonq,Tayvan ("manhua") vəCənubi Koreya ("manhva") aiddir.[13][14]

Etimologiya

[redaktə |vikimətni redaktə et]

"Manqa" sözünün yapon dilindəki qarşılığı 漫画 kanciləri ilə ifadə edilir.[15] Bu sözün birincikancisi 漫 (man) "şıltaq və ya hazırlıqsız" mənasını, ikinci kancisi 画 (ga) isə "şəkillər" mənasını verir.[16]

"Manqa" sözüSanto Kyodennin"Shiji no yukikai" şəkilli kitabının (1798) çap olunmasında sonra[17][18] XVIII əsrdə[19] və Aykava Minvanın"Manga hyakujo" (1814) əsərinin və məşhurukiyo-e rəssamıKatsuşika Hokusayın eskizlərindən ibarət məşhur"Hokusai Manga" kitablarının (1814–1834) nəşr olunmasından sonra XIX əsrin əvvəllərində geniş şəkildə istifadə olunmağa başlamışdır.[20] Sözdən müasir mənası ilə ilk dəfəRakuten Kitazava (1876–1955) istifadə etmişdir.[21]

İlk dəfə, bu sözü "karikatura" mənasında gecMeyci dövründə (1868-1912) iştətməyə başladılar.[22] Müasir yapon dilində "manqa" sözü bütün komiks, karikatura və animasiya növləri üçün istifadə olunur. Xarici ölkələrdə "manqa" sözü əsasən "Yaponiya komiksləri" mənasında işlədilir. Animasiya rəsmlərindən istifadə edilərək istehsal olunmuş komiksləri təsvir etmək üçün "ani-manqa" terminindən istifadə olunur.[23]

Tarix

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:Manqanın tarixi

Müasir manqaların tarixi Yaponiyanınişğal dövründə (1945-1952) və işğaldan sonrakı illərdə (1952-1960-cı illərin əvvəlləri) formalaşmışdır.

Manqa tarixçiləri müasir manqaların yaranması prosesində iki amili qeyd edirlər. Birinci amil ABŞ-nin Yaponiya işğalı illərində (1946-1952) ABŞ-nin mədəni təsirləridir. Bu dövrdə hərbçilər tərəfindən Yaponiyaya gətirilmiş ABŞ televiziya, film və karikatura şəkilləri və mövzuları (xüsusilə Disney) manqaların formalaşması prosesinə təsir etmişdir. Frederik Şodt, Kinko İto və Adam Kern kimi yazıçılar tərəfindən dəstəklənən baxış isə Yaponiyanın mədəni və estetik ənənələrinin (müharibədən öncə, Meyci dövrü və Meyci dövründən əvvəl mədəniyyət və incəsənət) təsirlərini vurğulayır.

Manqa sənətinin inkişafının ən sürətli inkişafı müharibədən sonrakı dövrə təsadüf edir. Xüsusilə,Osamu Tezuka ("Astro Boy") və Maçiko Haseqava ("Sazae-san") kimi manqakalar bu dövrün ən parlaq simalarıdır. "Astro Boy" Yaponiyada böyük populyarlıq əldə etmişdir. "Sazae-san" yonkomasının anime adaptasiyası isə 1969-cu ildən fasiləsiz yayımlanmaqdadır. Tezuka və Haseqava manqa stilində yeniliklər gətirmişdilər.

Xüsusiyyətlər

[redaktə |vikimətni redaktə et]

Yaponiyada hər yaşdan insan manqa oxuyur,[24] ona həm təsviri incəsənət, həm də bədiiədəbiyyat nümunəsi kimi ehtiram göstərirlər, buna görə də ən müxtəlif janrlarda və müxtəlif mövzulara aid çoxlu sayda manqalar mövcuddur: macəra, romantika, idman, tarix, yumor, elmi fantastika, dəhşət, erotika, biznes və s.[24] Demək olar ki, bütün manqalar ağ-qara çəkilir, hərçənd az miqdarda rəngli manqalar da var. Populyar manqalar, xüsusilə uzun manqa seriyaları (bəzən bitməyən) əsasında anime çəkilir.

Yaponiyada nəşriyyat məhsularının 1/4-ni manqalar təşkil edir. Demək olar ki bütün Yaponiya nəşriyyat evləri manqa dərc edir. Qərb komikslərinin təsiri altında inkişaf etməsinə baxmayaraq manqalar qrafik və bədii cəhətdən onlardan kəskin fərqlənir. İlk dəfə Osamu Tezukanın "böyük gözlər" stilində" çəkdiyi baş qız qəhrəmanlar, sonradan digər bütün manqalara təsirsiz ötüşməyib və böyük gözlər yapon manqasının fərqləndirici cəhətlərindən birinə çevrilmişdir.

Digər ən mühüm cəhət manqaların sağdan sola oxunmasıdır, səbəb isə yapon məktublarında heroqlif sütunlarının məhz belə yazılmasıdır.

Yerliləşdirmə

[redaktə |vikimətni redaktə et]
Əsas məqalələr:ManfraOrijinal ingilisdilli manqa

ABŞ-də bir çox rəssamlar manqa stilindəkomikskarikatura çəkmişdirlər. İlk belə komiks nümunələrini ABŞ komiksçisiVernon QrantYaponiyada yaşayarkən1960-cı illərin sonlarında və1970-ci illərin əvvəllərində yaratmışdır.[25] Manqa stilində çəkilmiş ən tanınmış ABŞ komiksləri Frank Millerin"Ronin" komiksi (1980-ci illərin ortaları), Adam Uorren və Toren Smitin"The Dirty Pair" komiksi (1988),[26] Ben Dunnun"Ninja High School" komiksi (1987) və Uilyam Tukkinin"Manga Shi 2000" (1997) komiksidir.

XXI əsrdəABŞ-də manqa istehsalı sürətlənmişdir.[27]2002-ci ildəI.C. Entertainment ABŞ rəssamları tərəfindən istehsal olunan amerimanqaları nəşr etməyə başlamışdır.[28]2004-cü ildəeigoMANGA"Rumble Pak""Sakura Pakk" antologiya seriyalarını nəşr etmişdir. Manqa stilində çəkilmiş bu cür ABŞ komiksləri əsasənorijinal ingilisdilli manqa (OİD manqa) adı ilə tanınır.[29][30]

Fransa komiksçiləri manqa stilində komikslərin bir neçə versiyası yaratmışdırlar (manfra). Bunlardan biri banisi Frederik Bale olan novella manqadır. BaleFransaYaponiyada işləmiş, Yaponiya manqakaları ilə əməkdaşlıq etmişdir.[31]

Mükafatlar

[redaktə |vikimətni redaktə et]

Yaponiya manqa sənayesində bir çox mükafatlar təsis olunub. Mükafatların böyük hissəsi nəşriyyatların sponsorluğu ilə verilir. Bu cür mükafatlara nümunələr:

2007-ci ilinmayından Yaponiya Xarici İşlər Nazirliyi tərəfindənBeynəlxalq Manqa Mükafatı verilir.[32]

Ədəbiyyat

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Lent, 2001. səh. 3–4,Gravett, 2004. səh. 8
  2. Kern, 2006,Ito, 2005,Schodt, 1986
  3. Merriam-Webster, 2009
  4. Kinsella, 2000,Schodt, 1996
  5. Saira Syed."Comic giants battle for readers".BBC News.BBC. 18 August 2011.22 September 2014 tarixindəarxivləşdirilib.İstifadə tarixi:11 sentyabr 2016.
  6. Wong, 2006,Patten, 2004
  7. Danica Davidson."Manga grows in the heart of Europe". Geek Out! CNN.Turner Broadcasting System, Inc. 26 January 2012.24 October 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:11 sentyabr 2016.
  8. Katzenstein, Shiraishi, 1997
  9. Gravett, 2004. səh. 8,Schodt, 1986
  10. Kinsella, 2000
  11. Kittelson, 1998
  12. Johnston-O'Neill, 2007
  13. Webb, 2006
  14. Wong, 2002
  15. Rousmaniere, 2001. səh. 54,Thompson, 2007. səh. xvi,Prohl, Nelson, 2012. səh. 596,Fukushima, 2013. səh. 19
  16. Webb, 2006,Thompson, 2007. səh. xvi,Onoda, 2009. səh. 10,Petersen, 2011. səh. 120
  17. "Santō Kyōden's picturebooks".2016-01-06 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2016-09-10.
  18. "Shiji no yukikai(Japanese National Diet Library)".2022-04-11 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2016-09-10.
  19. Prohl, Nelson, 2012. səh. 596,McCarthy, 2014. səh. 6
  20. Bouquillard, Marquet, 2007
  21. Shimizu, 1985. səh. 53–54, 102–103
  22. Rei Okamoto InouyeTheorizing Manga: Nationalism and Discourse on the Role of Wartime MangaArxivləşdirilib 2023-07-27 at theWayback Machine, Mechademia, Vol. 4, War/Time (2009), pp. 20-37 (p. 21)
  23. "Inu Yasha Ani-MangaGraphic Novels". Animecornerstore.com. 1999-11-01.4 December 2010 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2010-11-01.
  24. 12Gravett, Paul «Manga: Sixty Years of Japanese Comics». «Harper Design», 2004. — 8 s.ISBN 1-85669-391-0
  25. Stewart, 1984
  26. Crandol, 2002
  27. Tai, 2007
  28. ANN, 2002
  29. ANN, 10 May 2006
  30. ANN, 5 May 2006
  31. Boilet, 2001,Boilet, Takahama, 2004
  32. ANN, 2007,Ministry of Foreign Affairs of Japan, 2007

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
VikianbardaManqa ilə əlaqəli mediafayllar var.
⛭
Anime
Manqa
Məqsədli auditoriya
Mövzu
Video oyunlar
Otaku mədəniyyəti
⛭
Formatlar
Komiksçilər
Ölkələrinə görə
Tarix
Janrlar
Trop
Ölkələrinə görə
Afrika
Asiya
Avropa
Şimali Amerika
Okeaniya
Cənubi Amerika
Siyahılar
Növünə görə
Mənbələrinə görə
Digər siyahılar
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Manqa&oldid=7726240"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp