Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

MacBook Air

Vikipediya, azad ensiklopediya
MacBook Air
Loqonun şəkli
İstehsalçıApple
NövüMac
Buraxılış tarixi29 yanvar2008
Əməliyyat sistemimacOS
Veb-saytıapple.com/macbook-air/
apple.com/jp/macbook-air/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bu məqalə aşağıdakıseriyaya aiddir
MacBook
Prosessor növünə görə Mac modellərinin siyahısı

MacBook Air — 2008-ci ildən etibarənApple tərəfindən istehsal edilənnotbuk seriyasıdır. Bu seriyaya aid olan notbuklar nazik və yüngülalüminium korpusa sahibdir. 2022-ci ildən etibarən 13 düym (2023-cü ildə yenilənib) və ya 15 düym (2023-cü ildə) ölçülü ekran ilə təchiz olunmuşdur. MacBook Air daha böyük və daha yüksək performanslıMacBook Pro ilə müqayisədə daha ucuzdur. 2011-ci ildə "orijinal MacBook seriyası" dövrünün başa çatması ilə MacBook Air Apple-ın ən münasib qiymətli notbuk modeli halına gəlib.[1][2]

MacBook Air 2008-ci ilin yanvarında təqdim olundu. O, 13,3 düym ekranı və tam ölçülüklaviaturası ilə premiumultraportativ kimi tanıdıldı. İncə dizaynı ilə diqqət çəkən bu notbuk o vaxtın ən incə notbuku kimi təqdim olundu və yeniultrabuk kateqoriyasını yaratdı.Optik disk sürücüsü olmaması və o zamanlar ümumiyyətlə notbuklar üçün xarakteristik olan portların sayının az olması ilə diqqət çəkirdi.

2010-cu ildə MacBook Air konusvari korpusla yenidən dizayn edildi və Apple daha kiçik 11,6 düym versiyasını təqdim etdi. Daimi yaddaşSSD (Solid-state storage; sərt vəziyyətdə olan) olaraq standartlaşdırıldı və daha sonraIntel Core i5 və ya i7prosessorları ilə Thunderbolt əlavə olundu.[3] Daha kiçik 11 düymlük modelin istehsalı 2016-cı ildə dayandırıldı. 2018-ci ildə Air daha kiçik bir ölçü halına gətirilərək, yüksək görüntü imkanı olanRetina ekranı ilə əvəz edildi. Məlumat ötürülməsi və enerji üçünUSB-C/Thunderbolt 3 portlarının kombinasiyası ilə təchiz olundu.

2020-ci ildə Apple MacBook Air-i özü tərəfindən hazırlanmış yeniM1 prosessoruna keçirdi (bax:Apple silisiumlu MacBook Air).

2022-ci ildə ən son MacBook Air MacBook Pro modelinə uyğun olaraq konusvari formada yenidən dizayn edildi vəM2 prosessoruna keçid edildi. Ekran ölçüsü genişləndirilərək 13,6 düymə çatdırıldı və Apple-ın maqnitli elektrik enerjisi alma portlarının üçüncü iterasiyası olanMagSafe-i yenidən geri qaytardı.

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. "13-inch MacBook Pro with Retina display review (2013)". The Verge. Vox Media. October 30, 2013.December 4, 2020 tarixindəarxivləşdirilib.İstifadə tarixi:September 4, 2017.
  2. Dan Ackerman."Apple MacBook Air review – CNET". CNET. CBS Interactive. January 25, 2008.December 28, 2013 tarixindəarxivləşdirilib.İstifadə tarixi:March 26, 2021.
  3. "MacBook Air".March 19, 2013 tarixindəarxivləşdirilib.İstifadə tarixi:March 16, 2013.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
⛭
Apple cihazları
Apple II ailəsi
Mac
Masaüstü
kompüterlər
Notbuklar
Serverlər
Cihazlar
iPhone
iPad
iPod
Buraxılmamış
Aksesuarlar
Audio
Monitorlar
Drayverlər
Daxiletmə
iPod
Şəbəkə
Printerlər
Təhlükəsizlik
Silicon
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=MacBook_Air&oldid=7211794"
Kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp