Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

M16

Vikipediya, azad ensiklopediya
M16
avtomat rejimli döyüş silahı
avtomat rejimli döyüş silahı
TipiAvtomat
Ölkə
İstismar tarixçəsi
İstismar illəri1961-Davam edir
İstismara başlanması1962
İstifadə edilən döyüşlərVyetnam müharibəsindən sonra ABŞ-nin iştirak etdiyi bütün müharibələrdə
İstehsal tarixçəsi
KonstruktorYucin Strouner,
Robert Fremont
Ceyms Sallivan
Konstruksiya tarixi1960
İstehsalçıColt’s Patent Firearms Manufacturing Company
GMC Hidramatic Div
Harrington & Richardson
VariantlarıM16A1, M16A2, M16A3/A4, M4, CAR-15
Xüsusiyyətləri
Ağırlığı2,88 kq (boş sandıqla)
Uzunluğu986 mm (taxta qundaqla)
Kalibr5,56
Mərminin başlanğıc sürəti700-900/dəqiqə (M16A2), 700-950/dəqiqə (M16A4)
NişangahDioptrik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

M16 (Rəsmi adı:Rifle, Caliber 5.56 mm, M16) —ABŞ istehsalı olan, avtomat rejimli döyüş silahı. AR-10 tüfəngi bazasında 1960-cı ildə yaradılmışdır.

M16AK-47 kimi dünyada ən çox yayılmış döyüş silahlarından biridir. 8 milyon ədəd istehsal olunmuşdur. ABŞ Quru Qoşunlarının əsas silahıdır.

İstehsal tarixi

[redaktə |vikimətni redaktə et]

ABŞ Müdafiə Nazirliyinin 1940–1950-ci illərdə keçirdiyi yoxlamadan sonra qərar qəbul edildi ki, Silahlı qüvvələr 7,62 mm kalibrli silahdan 5,56 mm kalibrli silaha keçsinlər.AR-10 tüfənginin bazasında yeni silahın yaradılmasınaArmalite Division of the Fairchild Aircraft Corp şirkəti başlayır. 1959-cu ildə bu şirkət AR-15 silahının istehsal hüququnuColt’s Patent Firearms Manufacturing Company şirkətinə satır. Şirkət yeni silahıHindistanMalayziyaya satmağı planlaşdıraraq konstruksiya işlərinə başlayır.

1961-ci ildəABŞ 8500 ədəd AR-15 silahını alır və yoxlamaq üçünVyetnamdakı Hərbi Desant Qüvvələrini bu silahla silahlandırır. Yoxlama uğurla bitdikdən sonra 1962-ci ilin may ayındaABŞ daha 20000 ədəd AR-15 alır və onları artıq Hərbi Hava Qüvvələrinə və SEAL hərbi bölməsinin istifadəsinə verir. 1963-cü ildəColt şirkəti ilə 104000 silahın alınması üçün müqavilə imzalanır.

1964-cü ildə M16 avtomatik tüfəngi M14 avtomatlarını əvəz edərək rəsmi şəkildəABŞ Silahlı Qüvvələrinin istifadəsinə verilir. 1966-cı ildə M16 iləABŞ-ninVyetnamdakı bütün hərbi bölmələri silahlanır. 28 fevral 1967-ci ildə Silahlanmaya M16-nın inkişaf etdirilmiş variantı olan M16A1 qəbul olunur.

1968-ci ildəABŞ-də ARSAP proqramı qəbul olunur. Proqrama əsasən bir sıra yeni prespektivli silahlar yaranmalı idi. Buna uyğun olaraq "Colt" şirkəti silahların bir sıra yeni variantlarını yaradır.

İlk istifadəsi

[redaktə |vikimətni redaktə et]

M16 ilk dəfəİndoneziya-Malayziya konfliktindəBritaniya ordsunun xüsusi bölmələri tərəfindən istifadə olunurdu, amma bu silah məşhurluğuVyetnam müharibəsində qazandı. M16-nıABŞCənubi Vyetnam hərbi bölmələri istifadə edirdi.

Variantlar

[redaktə |vikimətni redaktə et]
  • M16 — silahın ilk modeli. Silahlanmadan çıxarılandan sonra istehsalçı "Colt" şirkəti istehsalı davam etdirdi, amma artıq ordu üçün deyil, vətəndaşlar və polislər üçün.
  • M16A1 — M16-nın inkişaf etdirilmiş variantı. Bu avtomat üçün 30 gülləli sandıq və səs boğucu yaradılmışdır. 1967–1985-ci illərdə ABŞ ordusunda istifadə olunmuşdur.
  • M16A2 — M16A1 avtomatının variantı. SS109/M855 gilizinə adaptasiya olunmuşdur, yeni silah yüngül plastik sandıqla istifadə olunurdu.
  • M16A3 — M16A2-nin variantı. Fasiləsiz atəş rejimli bu silah ABŞ Hərbi Dəniz qüvvələri tərəfindən istifadə edilir.
  • M16A4 — M16A2-nin variantı.
  • M4 — M16A2-nin qısaldılmış variantı.
  • M4A1 — M4-ün fasiləsiz atəş rejimli variantı.

Xarici varinatlar

[redaktə |vikimətni redaktə et]
  • Diemaco C7/C8 — M16A1 və M4-ünKanada tərəfindən konstruksiya edilmiş variantı.
  • Daewoo K1/Daewoo K2 — M16A1-inCənubi Koreya tərəfindən konstruksiya edilmiş variantı.
  • CQ 5,56 və DIO S-5,56 — M16A1-in lisenziyasız variantı.İranÇinə satış üçün nəzərdə tutulmuşdur.
  • HK 416 — M4-ün Alman varinatı.
  • Khaybar KH 2002 — M16-nınİran variantı.
  • Type 65 və Type 86/91 — M16 və M4-ünTayvan variantı.

İstifadə edən ölkələr

[redaktə |vikimətni redaktə et]
Dünya xəritəsində M16 istifadə edən ölkələr

İstinadlar

[redaktə |vikimətni redaktə et]

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=M16&oldid=7858855"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp