Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Məscidül-Nəbi

24°28′06″ şm. e. 39°36′39″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya

24°28′08″ şm. e. 39°36′41″ ş. u.HGYO

Məscidül-Nəbi
ərəb.المسجد النبوي
Ölkə Səudiyyə Ərəbistanı
ŞəhərMədinə
YerləşirMədinə
AidiyyətiMəhəmməd
Tikilmə tarixitəxm. 622
Üslubuİslam memarlığı
Hündürlüyü105 m
Minarələri10
Vəziyyətistabil
24°28′06″ şm. e. 39°36′39″ ş. u.HGYO
Xəritə
Məscidül-Nəbi (Səudiyyə Ərəbistanı)
Nöqtə
Məscidül-Nəbi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Peyğəmbər məscidi və yaMəscid ən-Nəbəvi (ərəb.المسجد النبوي) —Mədinədəməscid. Dünyanın ən böyük məscidlərindən biri.İslamdaMəkkədə yerləşənMəscidül-Həramdan sonra ikinci müqəddəs məscid hesab olunur. Məscidi-Nəbəvi Hicrətdən sonra Mədinədə Məhəmməd ibn Abdullah ilə əshabı tərəfindən inşa edilən, Məhəmmədin qəbrini ehtiva edən məsciddir. Məscid günümüzdə ətrafını əhatə edən mərmər örtülmüş avlusu daxil olmaqla 400.000 m² ümumi sahəyə malikdir. Məscidin 10 minarəsinin hər biri 105 metr hündürlükdədir.[1]

Nəbəvi sözü ərəbcədən "peyğəmbərə aid" anlamına gəlir. Beləliklə, mənası Peyğəmbər Məscidi'dir. Məkkədə olan Məscid-i Haramdan sonra Müsəlmanlara görə ikinci ən müqəddəs məsciddir. Məsciddə eyni anda 650.000 insan ibadət edə bilər. Məscid Səudiyyə Ərəbistanının Mədinə şəhərində yerləşir.

Yaranma tarixi

[redaktə |vikimətni redaktə et]

Məscid-i Nəbəvi ya da Məscidi-Nəbi ilk inşasında sadə tikildi. Xurma kötüklərindən sütunları, xurma budaqlarından çardağı, daşlardan divarları vardı. Tam yanındakı ev hissəsi də (bu gün qəbirdir) kərpicdən idi. Minbəri, mehrabı yox idi. PeyğəmbərCümə xütbələriniminbər olmadığı üçün bir ağac kötüyünün üstündən oxuyurdu. Buranın bir hissəsi Süffə deyilən kasıblara və tələbələrə ayrılmışdı. 654-cü ildəki zəlzələ və yanğında məscid yanır.Əməvilər,Abbasilər,MəmlüklərOsmanlılar dönəmlərində yenidən inşa olunur.Əbu BəkrÖmərin qəbirləri buradadır.

Hücrəyi-Səadət

[redaktə |vikimətni redaktə et]

Məscid-i Nəbəvinin ilk inşasında məscidin şərq divarına bitişik Məhəmməd və ailəsi üçün iki otaq inşa edildi. Bu otaqların sayı daha sonra doqquza qədər yüksəldildi. Daha sonra Məhəmməd, Əbu Bəkir və Ömər burada dəfn edilir. Bir neçə dəfə təmir edildikdən sonra II Mahmudun dövründə qübbə ucaldılır, üzərinə güllə tökülmüş daha sonra da bu qübbə yaşıla boyanır.

Rövzəyi-Mütəhharə

[redaktə |vikimətni redaktə et]

İslam Peyğəmbərinin içindənamaz qılmağı təşviq etdiyi Minbər və Hücrəyi-Səadət arasında qalan qisim Rövzəyi-Mütəhhatədir. Buranın cənnətdən bir hissə kimi olduğu hədislərdə bildirilib.

Minbər

[redaktə |vikimətni redaktə et]

Məhəmməd, məscidində camaata xitab edərkən dayanması üçün xurma ağacından olan böyük bir kötüyü istifadə etməkdə idi. Daha sonra camaatın Məhəmmədin üzünü görə biləyi səsini də eşidə bilməməsi səbəbindən hicri 7-ci əsr (628) və ya 8-ci əsrdə (629) ılğın ağacından 50x125 sm formasında və bir metr yüksəklikdə, arxasında 3 sütunu olan 3 pilləli ilk minbər inşa olunur. İlk xəlifələr Rəsulullaha hörmətindən dolayı üçüncü pilləni istifadə etməmiş və bu pilləni bir taxta parçasıyla örtmüşlər. Osmanlı dövründə minbərin üzərinə bir qübbə ucaldılaraq qarça ilə, nərdivanlar da abanoz ağacıyla örtülmüşdü. Əbu Sufiyanın dövründə isə minbər daha altı pillə yüksəldilir. Bu ilk minbər 654-cü ilə (1256) qədər istifadə olunur. Həmin il baş vermiş yanğında minbər yandığı üçün Yəmən hökmdarı əl-Məlikül-Müzəffər Şəmsəddin tərəfindən göndərilən minbər 656-da (1258) yerinə yerləşdirilmişdir. Bu tarixdən sonra 666-da (1268) SultanI Baybars, 797-də (1395) Məmlük sultanı Bərkük, 820-də (1417) bir başqa Məmlük sultanı Şeyx əl-Mahmudi tərəfindən minbər yenilənmiş və ya yenisi göndərilmişdir. 886-cı ildə (1481) minbər təkrar yandığı üçün Mədinəlilər tərəfindən kərpic və gipsdən yenidən düəzldilmiş, eyni minbər 888-ci ildə (1483) Sultan Kayıtbay tərəfindən göndərilən mərmər minbərlə dəyişdirilmişdir. 998-ci ildə (1590) Osmanlı sultanı III Muradın İstanbulda emal etdirib bəzətdiyi mərmər minbər, Mədinəyə göndərildiyində Kayıtbayın minbəri Kuba məscidinə aparılmışdı. Hələ də Sultan III Muradın minbəri Məscidi-Nəbəvidə istifadə olunmaqdadır.

Peyğəmbər məscidinin Bəqi qəbiristanlığından görünüşü
Peyğəmbər məscidi

İstinadlar

[redaktə |vikimətni redaktə et]
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Məscidül-Nəbi&oldid=7614372"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2026 Movatter.jp