| Məmməd Nağıyev | |
|---|---|
Ağsu Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri | |
| 1980 –1990 | |
| Əvvəlki | Məhəmməd Əsədov |
| ? –1980 | |
| Sonrakı | Ramiz Zeynalov |
| 1974 –? | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1939(1939)(85–86 yaş) |
| Partiya | |
| Təhsili | |
| Fəaliyyəti | siyasətçi |
| Təltifləri | |
Məmməd Mahmud oğlu Nağıyev (1939) —Azərbaycan Kommunist PartiyasıKəlbəcər Rayon vəPuşkin Rayon Komitəsinin birinci katibi, Ağsu Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri.
Məmməd Nağıyev 1939-cu ildə anadan olmuşdur. Əvvəlcə Azərbaycan Kənd Təsərrüfatı İnstitunu, 1967-ci ildə isə Moskvada, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında İctimai Elmlər Akademiyasını fərqlənmə diplomu ilə qurtarmışdır. 1961-ci ildə sovxozda xronometrajçı və iqtisadçı işləmişdir.
Məmməd Nağıyev 1966-cı ildən Şamaxı rayon Komsomol Komitəsinin katibi və I katibi seçilmişdir. 1970-ci ildə Şamaxı Rayon Partiya Komitəsinin ikinci katibi vəzifəsinə təyin edilmişdir.
Məmməd Nağıyev 1974-cü ildəAzərbaycan Kommunist PartiyasıKəlbəcər Rayon Komitəsinin birinci katibi vəzifəsinə təyin edilmişdir. Daha sonra isə ildəAzərbaycan Kommunist PartiyasıPuşkin Rayon Komitəsinin birinci katibi seçilmişdir. 1980-cinildə Məmməd Nağıyev Ağsu Rayon Xalq Deputatları Soveti İcrayyə Komitəsinin sədri seçilmişdir.
IX və X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
Müstəqillik dövründə Məmməd Nağıyev Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının Biləsuvar rayon üzrə inspektoru işləmişdir. 1993-cü ildə Şamaxı rayon İcra Hakimiyyəti Başçısının şəhər üzrə nümayəndəsi və 10 il Şamaxı rayon İcra Hakimiyyətində aparıcı məsləhətçi işləmişdir.
1973-cü ildə "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olunmuşdur.