Mühərrik bloku —daxili yanma mühərriklərindəporşen-sürüngəc,dirsəkli val vəsilindrlərin daxili olduğu mühərrik hissəsidr.
Aşağı hissədən mühərrik bloku yağ vannası-karterlə örtülür. Mühərrik bloku yaxarı hissədənsilindr başlığı ilə qapanır. Mühərrik bloku mühərrikin böyük sayda hissələrini daşıdığına, yüksək temperaturda işləyən yanma kamerasına malik olduğuna, həmçinin enerji çevrilməsi üçün məsuliyyətli olan ötürməmexanizmlərinin yaratdıqları reaksiya qüvvələrini götürdüyünə görə, onun hazırlanmasına xüsusi tələbatlar qoyulur. Mühərrik blokları həmişətökmə yolu ilə hazırlanır. Material kimiçuqun və aluminiumdan (yüngül mühərriklər üçün) isifadə olunur. Hava ilə soyudulan mühərriklərdə adətən silindr bloku mühərrik blokunun üzərinə qoyulur. Dizel mühərriklərində isə bloku asan montaj və demontaj edəbilmək üçün onu bir neçə hissədən hazırlayırlar.