Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Luzinyanlar

Vikipediya, azad ensiklopediya
Luzinyanlar
ŞüarPour Loyauté Maintenir
Titul
ƏcdadıI Hüqo
Dövrorta əsrlər
Təbəəliyi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Luzinyanlar (fr.Lusignan) —fransız mənşəli kral sülaləsi. Sülaləorta əsrlər dövründə, XII–XV əsrlərdəYerusəlim,KiprKilikiya krallıqları da daxil olmaqla,AvropaLevantda bir neçə knyazlığı idarə etmişdir. LuzinyanlarınİngiltərəFransada da böyük nüfuzu mövcud idi.

Sülalə XX əsrin əvvəllərində Fransanın qərbində yerləşən Luzinyan şəhəri yaxınlığındakı Puatuda meydana gəlmişdir. XI əsrin sonunda sülalə artıq bölgədəki ən görkəmli kiçik qraflara çevrilmişdi. XII sonlarında evlilik və miras yolu ilə sülalənin bir qolu Yerusəlim və Kipr krallıqlarını idarə etməyə başlamışdır. XIII əsrin əvvəllərində sülalənin əsas qolu Marş və Anqumua bölgələrində hakimiyyətə gəlmişdir.

Latın şərqindəkisəlibçi krallar olaraq onlar qısa müddətdə Kilikiya çarlığınınHetumi hökmdarları ilə əlaqələr qurmuşdular. Onlar beləliklə, XIV əsrin ortalarında evlilik yolu ilə çarlığın hakimiyyətini ələ keçirmişdilər. Sülalənin Kilikiya qoluMəmlük işğalından sonra Fransaya qaçmışdır.[1][2]

Sülalənin iddiaları daha sonra Kipr qolu tərəfindən alınmışdır,[3][4] lakin onlar da bir müddət sonra uğursuz olmuşdur. Krallıq XV əsrdəVenesiya Respublikası tərəfindən ihlaq edilmişdir.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Basmadjian, K. J."Cilicia: Her Past and Future". The New Armenia. 12 (11–12). Nov–Dec 1920: 168–9.2022-05-17 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2021-07-25.
  2. The Advocate: America's Jewish Journal, Volume 44. 21 December 1921 p. 628
  3. Kurdoghlian, Mihran.Badmoutioun Hayots, Volume II(erməni). Athens, Greece: Hradaragoutioun Azkayin Oussoumnagan Khorhourti. 1996. 29–56.
  4. Hill, George.A History of Cyprus, Vol. 2 (1). Cambridge University Press. 2010. səh. 441.ISBN 978-1108020633.2016-04-07 tarixindəarxivləşdirilib.İstifadə tarixi:25 iyul 2021.

Əlavə oxu

[redaktə |vikimətni redaktə et]
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Luzinyanlar&oldid=7644405"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp