London körpüsü (ing.London Bridge) —İngiltərənin paytaxtıLondon şəhərində,Temza çayı üzərində yerləşən körpü. Körpünün əsası eramızın50-ci ilində qoyulsa da müasir London körpüsü1973-cü ildə istifadə verilmişdir.
Körpü şəhər mərkəzi ilə Soutvark səmti arasında yerləşir.1750-ci ilə qədərTemza çayı üzərində yeganə körpü olmuşdur. Körpünün şimalında Böyük London Yanğınınan həsr olunmuş abidə yerləşir.
Körpünün əsasını 2000 il əvvəl romalılar qoymuşdur.60-cı illərdə taxta körpü ilk dəfəTemza çayının iki sahilini birləşdirmişdir.
Bir çox dəfə yıxılıb tikilən körpü1000-ci ildən başlayaraq üzərində ev tikilmək üçün istifadə olunmağa başlanmışdır. Bu evlər əsasən varlılara mənsub olmuşdur.1212-ci ildə körpünün hər iki tərəfində eyni zamanda başlayan yanğında 3.000 nəfər ölmüşdür.1666-cı ildəki Böyük london Yanğınında körpü üzərindəki evlər ziyan görməsə də1750-ci illlərdə evlər sökülməyə başlamışdır.
İndiki müasir London körpüsü1967-1973-cü illərdə inşa edilmiş və kraliçaII Elizabet tərəfindən17 mart1973-cü il tarixində açılmışdır. 283 metr uzunluğundadır.