Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Lokhid C-130 Herkules

Vikipediya, azad ensiklopediya
(Lockheed C-130 Hercules səhifəsindən istiqamətləndirilmişdir)
Lokhid C-130 Herkules
HazırlayanLockheed Corporation
İstehsalçıLockheed Martin
İlk uçuş23 avqust1954
İstismara verilmə tarixi1956
İstismarçılar
Buraxılış sayı2.600[3]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lockheed C-130 Hercules — dörd mühərrikliturbopərvanə mühərrikə malikhərbi nəqliyyat təyyarəsi. Lockheed (indiki Lockheed Martin) tərəfindən hazırlanıb və istehsal olunub. Hazır olmayan uçuş zolaqlarından qalxma və enmə qabiliyyətinə malik olan C-130 təyyarəsi əvvəlcə hərbi qulluqçuların, yaralıların və yükün daşınması üçün nəzərdə tutulmuşdu. Çoxfunksiyalı gövdə müxtəlif məqsədlərdə, silahlı təyyarə (AC-130), hava desantı, axtarış-xilasetmə, elmi tədqiqat dəstəyi, hava kəşfiyyatı, havadan yanacaq doldurma, dəniz patrulu və havadan yanğınsöndürmədə istifadə olunur. Hazırda bu təyyarə dünyanın bir çox orduları üçün əsas taktiki nəqliyyat vasitəsidir. Hercules-in 40-dan çox variantı, o cümlədən Lockheed L-100 adı ilə satılan mülki versiyalar, 60-dan çox ölkədə fəaliyyət göstərir.

C-130 1956-cı ildə ABŞ ordusunun arsenalına qəbul edilib, daha sonra Avstraliya və bir çox digər ölkələr tərəfindən də istifadə olunmağa başlayıb. Xidmət illəri ərzində Hercules çoxsaylı hərbi, mülki və humanitar əməliyyatlarda iştirak edib. 2007-ci ildə bu nəqliyyat təyyarəsi öz ilkin əsas müştərisi olan ABŞ Hərbi Hava Qüvvələri ilə fasiləsiz 50 illik xidmətini qeyd edən beşinci təyyarə olub. C-130, 2024-cü ildə istehsalının 70-ci ilini tamamlayaraq, fasiləsiz istehsal olunan ən uzunömürlü hərbi təyyarə olmuşdur.[4]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 12345678World Air Forces 2014. 2014.
  2. 123456World Air Forces 2008. 2008.
  3. https://web.archive.org/web/20150709115647/http://lockheedmartin.com/us/news/features/2015/C130FamilyTies.html.
  4. Roza, David."'Workhorse of the Air' C-130 Marks 70 Years Since First Flight". Air & Space Forces Magazine. 23 avqust 2024.İstifadə tarixi:25 avqust 2024.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Lokhid_C-130_Herkules&oldid=8379835"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp