Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Livan sidri

Vikipediya, azad ensiklopediya
Livan sidri
Elmi təsnifat
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  183406
NCBI  93692
EOL  1061705

Livan sidri (lat.Cedrus libani) —bitkilər aləminini̇ynəyarpaqlılar şöbəsinini̇ynəyarpaqlılar sinfinini̇ynəyarpaqlılar dəstəsininşamkimilər fəsiləsininsidr cinsinə aid bitki növü.

Vətəni kiçikAsiyadır. Hündürlüyü 40 m-ə çatan ağacdır, çətiri dağınıq, yaşlı ağaclarda çətirvarıdır, budaqları yaruslarla yerləşir. İynəyarpaqları tünd-yaşıl olub, 15-35 mm uzunluqdadır, qozaları iridir, uzunluğu 10 sm, eni 6 sm-ə çatır.

Sidrin digər növlərinə nisbətən şaxtaya, quraqlığa, qaza, tüstüyə davamlıdır və daha çox istisevəndir. Vətənində 5 aya yaxın davam edən qar örütyünə davam gətirir.

Livan sidrinin sallaq, qızılı, gümüşü və s. bir neçə dekorativ forması vardır.

Üfüqi böyüyən budaqları yaxşı kölgə verir. Oduncağı çox möhkəmdir, ona görə də qədimdə bu ağac sarayların tikintisində istifadə edilirdi. Onun oduncağında qatran yolları yoxdur, möhkəm, ətirli, yüngül və çox yumşaqdır. Bu xüsusiyyətlərinə görə o, gəmi tikintisində və mebel düzəldilməsində istifadə edilir. Yavaş böyüyür, ancaq uzunömürlüdür. Mədəni şəraitdə bu növ 1683-cü ildən yetişdirilir. Çoxlu sayda dekorativ formaları vardır. Bağ-park salınmasında qiymətli material hesab olunur. Tək və kiçik qruplar da əkilmək üçün məsləhət görülür.Azərbaycanda bəzi yerlərdə rast gəlinir. Mərkəzi Nəbatat Bağında introduksiya edilmişdir. Abşeronun yaşıllaşdırılmasında böyük əhəmiyyət kəsb edir.

İstinadlar

[redaktə |vikimətni redaktə et]

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]
Takson
eyniləşdirmələri
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Livan_sidri&oldid=6930560"
Kateqoriya:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp