Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Litium

Vikipediya, azad ensiklopediya
3heliumlitiumberillium
H

Li

Na
Ümumi
Ad,İşarə,Nömrəlitium, Li, 3
Qrup,Dövr,Blok1, 2, s
Xarici görünüşügümüşü ağ metal
Atom kütləsi6.941 q/mol
Elektron formulu1s22s1
Fiziki xassələr
Halı
Sıxlığı(0 °C, 101.325 kPa)
0.534 q/L
Ərimə temperaturu180.54 °C
(453.69K, 356.97 °F)
Qaynama temperaturu1342 °C
(1615K, 2448 °F)
Elektromənfiliyi
Oksidləşmə dərəcəsi
Spektr =
İonlaşma enerjisikCmol-1


Litium (Li) – D.İ. Mendeleyevinelementlərin dövri sistemində 3-cü element.

Kəşf olunması

[redaktə |vikimətni redaktə et]

Litium 1817-ci ildə isveç kimyaçısı İ.Arfedson tərəfindən, pentalit mineralının analizi zamanı kəşf olunub. Bu mineral ən adi daş kimi görünür və odur ki, metal litium (yunan sözü “lithos” – daş deməkdir) adlandırılmışdır.

Xassələri

[redaktə |vikimətni redaktə et]
lithium battery

Litium gümüşü-ağ rəngli yumuşaq metaldır. O, bütün metalların ən yüngülüdür. Qələvi metalların digər nümayəndələrinə nisbətən litiumun kimyəvi aktivliyi xeyli aşağıdır. Məsələn, onun su ilə reaksiyası başqa qələvi metallarda olduğu kimi şiddətli getmir. Litiumun yalnız təzə kəsilmiş səthi adi temperaturda havanın oksigeni ilə birləşərək Li2O əmələ gətirir. LiOH yüksək temperaturda parçalanaraq, (Mg(OH)2-də olduğu kimi) Li2O əmələ gətirir. NaOH, KOH və s. isə parçalanmadan sublimə edilir. LiOH-in suda həll olması NaOH-ın həll olmasına nisbətən zəifdir. Litium duzları həll olmalarına görə qələvi metalların başqa nümayəndələrinin oxşar duzlarından fərqlənir və maqnezium duzlarını xatırladır. Məsələn, LiCl, LiBr suda və tərkibində oksigen olan üzvi həlledicilərdə, maqneziumun analoji duzları kimi yaxşı həll olur.

İstifadəsi

[redaktə |vikimətni redaktə et]

Keramik və şüşə istehsalında, ‪batareya‬ istehsalında, sürtkü və ərinti sərtləşdirici ‪maddə‬lərin tərkibində,A vitamini sintezində, ‪nüvə‬ stansiyalarında soyuducu mexaniklərdə və ‪raket‬ itələyici qüvvə təmin edilməsində istifadə edilir. Qatı ‪ elementlər‬ içində ən yüksək spesifik istilik tutumuna sahib olması səbəbiylə, istilik çatdırılmasında istifadə edilən‪maye‬lərin tərkibində yer alır. Ancaq,su ya da asid kimi həll edicilərlə qarışıldığında yüksək bir partlama və ya parlama xüsusiyyətinə sahib olması və xüsusilə sinir sistemi üçün zəhərli təsir göstərməsi səbəbiylə, diqqətli istifadə edilməsi lazımdır. Bəzi litium birləşmələri,beyinxəstəlikləri və‪psixoloji xəstəliklər‬in müalicəsində istifadə ediləndərmanların tərkibində də var.

Litium təbiətdə

[redaktə |vikimətni redaktə et]

Yüksək reaksiya qabiliyyəti iləəlaqədar olaraq, təbiətdə litiuma yalnız birləşmələr şəklində rast gəlinir. Litium nadir elementdir. Litium yer qabığında nisbətən az (0,006%) yayılan element olduğuna baxmayaraq, indiyə kimi onun 150-dən çox mineralda (xüsusilə natrium və kaliumla bir yerdə olmaqla, alümosilikatlarda) varlığı müəyyən edilmişdir. Litiumun əsas mineralları lepidolit KLi2Al(S4O10), spodumen - LiAl(SiO3)2, litiofilit- Li(Mn,Fe)PO4, ambliqonit AlLi[(F,OH)]PO4 və s.-dir. Litium , həmçinin bir sıra mineral sularda rast gəlinir. Belə suların bəzilərindən hətta litium istehsalında bir mənbə kimi istifadə edilir.

Bitkilərdə mövcudluğu

[redaktə |vikimətni redaktə et]

Bitkilərdə litiumun miqdarı təxminən 0,0001% (kütlə ilə) miqdardadır. Litium bitkilərdə su-duz mübadiləsinə təsir edir. On səkkiz dərman bitkisi litium toplayıcısıdır ki, onların 6-sı dah çox toplayıcıdır: qara bəng otu, yaşıl yarpaqlı kassiya, hind tatlası, bataqlıq gözdəvəri və ağacabənzər aloye (əzvay). Torpaqda litium çox olduqda sitrus bitkilərinin yarpaqları ləkəli olur.

Heyvan orqanizmində mövcudluğu

[redaktə |vikimətni redaktə et]

Heyvan orqanizmində litium miqdar kütlə ilə 0,001% təşkil edir, insanın çəkisi 70 kq olduqda isə onun bədənində 0,67 mq litium olur.

İnsan orqanizmində

[redaktə |vikimətni redaktə et]

Litium ultramikroelmentdir, ali sinir fəaliyyətində iştirak edir, həmçinin immunitetə və su-duz mübadiləsinə təsir edir. İnsan orqanizmində litium skeletdə və qalxanabənzər vəzdə toplanır.

Litium tibbdə

[redaktə |vikimətni redaktə et]

Litium psixoterapiya praktikasında da istifadə olunur. Həkimlər dəfələrlə müşahidə etmişlər ki, litiumun bəzi birləşmələri (əlbəttə ki, uyğun dozalarda) maniakal depressiyada olan xəstələrə müsbət təsir edir. Bir tərəfdən müəyyən edilmişdir ki, litium beyinin hüceyrələr arası mayesindən hüceyrələrə natrium və kalium ionlarını daşımaqda iştirak edən bəzi fermentləri aktivləşdirə bilir. Digər tərəfdən müşahidə olunmuşdur ki, litium ionları hüceyrənin ion balansına bir başa təsir edir. Natrium və kalium balansından isə xəstənin vəziyyəti xeyli dərəcədə asılı olur. Hüceyrələrdə natrium ionlarının artıqlığı depressiv pasientlər, çatışmazlığı isə maniyadan əziyyət çəkənlər üçün xarakterikdir. Natrium-kalium balansını bərabərləşdirərək litium duzu hər iki tip xəstəyə müsbət təsir edir. Nadir hallarda litium immun çatışmazlığı vəziyyətinin müalicəsində istifadə olunur.

Əsəbi pozğunluğu olan, böyrək xəstəlikləri olan, həm də alkoholizmə tutulmuş insanların nəvələrində, immun çatışmazlığı olan xəstələrdə litiumun miqdarı az olur.

Böyrəklərin ayırıcı funksiyası, natrium mübadiləsi pozulduqda, litiumlu preparatlar dozadan artıq istifadə edildikdə saçlarda litiumun yüksək qatılığı müşahidə olunur.

Litiumlu birləşmələr orqanizmə əsasən yaşıl bitkilər vasitəsi ilə daxil olur.

Litiumun daha geniş məlum olan və insan tərəfindən geniş istifadə olunan birləşmələri aşağıdakılardır:

Li2CO3 litium karbonat, litonit

[Li, Al] Si2O6 – spodumen, kunsit

LiAl [Si4O10] – petalit

Qida məhsulları ilə litiumun orqanizmə sutka ərzində daxil olan miqdarı təxminən 2 mq-dır.

Litiumun tibbi tətbiqi məhduddur litium duzları (Li2CO3, litonit) manikal – depressiv psixozların müalicəsində istifadə olunur. Litium preparatları şişlərin, alkoholizmin müalicəsində səmərəli ola bilər.

Orqanizm üçün litiumun toksiki dozası 92-200 mq həddindədir.

Pirotexnikada istifadəsi

[redaktə |vikimətni redaktə et]

Litium duzları alovu al qırmızı rəngə boyadığından onda atəşfəşanlıq üçün pirotexniki tərkiblərdə istifadə olunur.

İstinadlar

[redaktə |vikimətni redaktə et]

Mənbə

[redaktə |vikimətni redaktə et]
  • Плющев В. Е., Степин Б. Д. Химия и технология соединений лития, рубидия и цезия. — М.-Л.: Химия, 1970. — 407 с.
  • Литий — статья из Большой советской энциклопедии.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
 Bu şablona bax 
  Lüğətlər və ensiklopediyalar

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]
⛭
Qrup123456789101112131415161718
Dövr
11
H

2
He
23
Li
4
Be

5
B
6
C
7
N
8
O
9
F
10
Ne
311
Na
12
Mg

13
Al
14
Si
15
P
16
S
17
Cl
18
Ar
419
K
20
Ca
21
Sc
22
Ti
23
V
24
Cr
25
Mn
26
Fe
27
Co
28
Ni
29
Cu
30
Zn
31
Ga
32
Ge
33
As
34
Se
35
Br
36
Kr
537
Rb
38
Sr
39
Y
40
Zr
41
Nb
42
Mo
43
Tc
44
Ru
45
Rh
46
Pd
47
Ag
48
Cd
49
In
50
Sn
51
Sb
52
Te
53
I
54
Xe
655
Cs
56
Ba
57
La
72
Hf
73
Ta
74
W
75
Re
76
Os
77
Ir
78
Pt
79
Au
80
Hg
81
Tl
82
Pb
83
Bi
84
Po
85
At
86
Rn
787
 Fr 
88
Ra
89
Ac
104
Rf
105
Db
106
Sg
107
Bh
108
Hs
109
Mt
110
Ds
111
Rg
112
Cn
113
Nh
114
Fl
115
Mc
116
Lv
117
Ts
118
Og

58
Ce
59
Pr
60
Nd
61
Pm
62
Sm
63
Eu
64
Gd
65
Tb
66
Dy
67
Ho
68
Er
69
Tm
70
Yb
71
Lu
90
Th
91
Pa
92
U
93
Np
94
Pu
95
Am
96
Cm
97
Bk
98
Cf
99
Es
100
Fm
101
Md
102
No
103
Lr
Açar
MetallarMetalloidlərQeyri-metallarTəsirsiz qazlarLantanoidlərAktinoidlər
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Litium&oldid=7998268"
Kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp