Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Levon Turyan

Vikipediya, azad ensiklopediya
Bu məqalənivikiləşdirmək lazımdır.
Lütfən, məqaləniümumvikipediyaredaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Levon Turyan
Doğum tarixi1879[1][2]
Doğum yeri
Vəfat tarixi24 dekabr1933(1933-12-24)[1][2]
Vəfat yeri
Fəaliyyətixristian din xadimi[d], Arxiyepiskop
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

ArxiyepiskopLeon Turyan (ing.Leon Tourian;1879[1][2],Konstantinopol[2]24 dekabr1933[1][2],Nyu-York,Nyu-York ştatı[1][2]) ABŞ-dəkiErməni Apostol kilsəsinin Şərgi Yeparxiyasının Priması (Primate (bishop) olub, 24 dekabr 1933-cü ildə Nyu-Yorkda siyasi rəqibləri tərəfindən qətlə yetirilib.

Bioqrafiyası

[redaktə |vikimətni redaktə et]

Qevont Turyan 1879-cu il yanvarın 1-iİstanbulda anadan olub. 1931-ci ildə Nyu-Yorka təyinat almamışdan əvvəl Turyanİzmirin arxiyepiskopu olub, həmçinin İstanbulda,Yunanıstanda,BolqarıstandaBritaniyada erməni kilsələrində çalışıb. Arxiyepiskopun öldürülməsinə səbəb olan insident iyulun 1-i 1933-cü ildəÇikaqoda (ABŞ) keçirilən "Təkamül əsri" sərgisində erməni pavilyonunda baş verib. Belə ki, səhnədə duaya başlamamışdan əvvəl Turyan səhnədə olanErmənistan Demokratik Respublikasının üç rəngli bayrağının yığışdırılmasına göstəriş verib. Arxiyepiskopun fikrincə onun bu bayrağın yanında durması Sovet Ermənistanının hakimiyyəti ilə erməni kilsəsinin münasibətlərini korlaya bilərdi. Çünki erməni kilsəsinin mənəvi mərkəzi olanEçmiadzin (Üç Kilsə) məhz Sovet Ermənistanında yerləşir və qərbdəki erməni kilsəsi Sovet hakimiyyəti ilə dostluq münasibətlərini qoruyub saxlamalıdır. Lakin Daşnaksütunun aktiv üzvləri arxiyepiskopun bu hərəkətini satqınlıq kimi gəbul ediblər. Bir müddət sonra Turyan Vuster şəhərində (Massaçusets ştatı) 5 nəfər daşnakın hücumuna məruz qalır. Hücum edənlərdən ikisi tapılıb məhkum edilir, bu hadisədən sonra Turyan özünə cangüdən tutur[3].

Qətl

[redaktə |vikimətni redaktə et]

Daşnaklarla arxiyepiskopun konflikti 24 dekabr 1933-cü ildə baş verən insident nəticəsində daha da kəskinləşir. Belə ki, Manhattandakı "Müqəddəs Xaç" kilsəsində ibadət zamanı Daşnaksütunun üzvləri Turyana hücum edir, onun cangüdəni olan Kossof Qarqodian bu zaman kilsənin arxa tərəfində əyləşibmiş o, Turyana hucumun müqəddəs yerdə ola biləcəyinə inanmayıb. İbadət zamanı Turyan kilsədəki adamların yanından keçərkən bir qrup insan onu əhatə edir, bu zaman onlardan ikisi əllərində olan iri qəssab bıçaqları ilə arxiyepiskopa zərbələr endirir Turyan yerə yıxılandan sonra qatillər kütləyə qarışaraq aradan çıxmağa cəhd göstərirlər lakin, onlardan iki nəfəri kilsədəki adamlar tərəfindən saxlanılır və döyülür daha sonra onları polisə təhvil verirlər[4]. Bir qədər sonra polis sui qəsddə iştirak edən digər 7 nəfəri də həbs edir, onların hamısı Daşnaksütunun aktiv üzvləri idi. 5 həftə davam edən məhkəmə prosesindən sonra məhkəmənin hökmü oxunur, məhkəmə müttəhimlərdən iki nəfərini Madteos Leyleqyan və Nişan Sarkisyanı arxiyepiskopun qətlində təqsirli bilərək ölüm hökmünə məhkum edir. Lakin Nyu-York ştatının qubernatoru Herbert Leman ölüm hökmünü ömürlük həbslə əvəz edir. Sui qəsdin digər iştirakçıları 10 ildən 20 ilə kimi müxtəlif həbs cəzaları alırlar[5][6].

Nəticəsi

[redaktə |vikimətni redaktə et]

Bu qətldən sonra erməni kilsəsində parçalanma baş verdi, dindarların bir hissəi ibadətlərini Eçmiadzinə bağlı olan kilsələrdə bir hissəsi isə Kilikiya Katalikosatlığına (Livan) bağlı kilsələrdə edirdi. Həmçinin erməni dindarları arasında siyasi baxışlarına görə də parçalanma baş verdi. Bir qrup dindar daşnak tərəfdarı olduğu halda digərləri Daşnaksütunun əleyhdarı idilər. Kilikiya katolikosatlığı demək olar ki, daşnakların tam təsiri altında idi. Bir çox erməni Turyanı qətlə yetirmiş şəxsləri qəhrəman, Turyanın özünü isə satqın hesab edirdi.Hal-hazırda ABŞ-də erməni kilsəsinin iki qolu fəaliyyət göstərir.Eçmiadzindəki erməni katalikosuna tabe olan kilsələr və Kilikiyadakı katalikosatlığa tabe olan kilsələr.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 123456Հայկական սովետական հանրագիտարան (erm.). / red.Վ. Համբարձումյան,Կ. ԽուդավերդյանՀայկական հանրագիտարան հրատարակչություն, 2000.
  2. 12345678Ով ով է. հայեր (erm.). / red.Հ. ԱյվազյանԵրևան:Հայկական հանրագիտարան հրատարակչություն, 2005. C. 1.
  3. http://select.nytimes.com/gst/abstract.html?res=F50F10FB3E5516738DDDAC0A94DA415B838FF1D3&scp=1&sq=tourian%20westboro&st=cseArxivləşdirilib 2012-10-22 at theWayback Machine BEATEN AT CHURCH PICNIC.; Archbishop Was Attacked by Gang in Westboro, Mass.
  4. http://select.nytimes.com/gst/abstract.html?res=F40813FB3E5516738DDDAC0A94DA415B838FF1D3&scp=1&sq=SLAIN%20IN%20187TH%20ST.%20CHURCH&st=cseArxivləşdirilib 2012-10-22 at theWayback Machine Assassins Swarm About Armenian Prelate and Stab Him. HE FALLS WITH CRUCIFIX Two Men Seized and Beaten by Enraged Congregation — Two Others Held. LINKED TO POLITICAL FEUD
  5. http://select.nytimes.com/gst/abstract.html?res=F00913FE3858177A93C6A8178CD85F408385F9Arxivləşdirilib 2012-10-22 at theWayback Machine Two Convicted of Murder and Seven of Manslaughter in Armenian Prelate's Death
  6. http://select.nytimes.com/gst/abstract.html?res=F30E10FF385D167A93C7AB178CD85F408385F92Arxivləşdirilib 2012-10-22 at theWayback Machine 2 TOURIAN SLAYERS CONDEMNED TO DIE; Seven Others, Convicted in the Killing of Archbishop

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
BNF15598692n ·GND1160511101 ·ISNI0000000002021025 ·LCCNn99015573 ·VIAF70718322 ·WorldCat VIAF70718322
⛭
Dünya erməniləri
Yaşayış mərkəzləri
Erməni abidələri
Erməni kilsələri
Şəxslər
Qəzetlər
Jamanak  •Aqos  •Nor Marmara  •Housaper  •Arev  •Massis  •Azdarar
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Levon_Turyan&oldid=8010941"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp