Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Lesoto

Vikipediya, azad ensiklopediya
Lesoto krallığı
sotoMuso oa Lesotho
ing.Kingdom of Lesotho
BayraqGerb
BayraqGerb
Khotso, Pula, Nala
Himn: Lesotho Fatse La Bontata Rona
Rəsmi dilisoto diliingilis dili
Etnik qruplarıbasuto-97%
PaytaxtMaseru(267 min nəfər,2014-cü il)
29°28′ c. e. 27°56′ ş. u.HGYO
Ən böyük şəhəripaytaxtı
İdarəetmə formasıKonsitutsiyalı monarxiya
kralIII Letsie [ 7.II.1996 ]
baş nazirMoeketsi Majoro [ 20.V.2020 ]
SahəsiDünyada 142-ci
  Ümumi30355 km²
Əhalisi
  Əhali (2015)2 120 min nəfər (144-cü)
  Siyahıyaalma (9.IV.2006)1 876 633 nəf.
  Sıxlıq69 nəf./km²
ÜDM(AQP)
  Ümumi4 265 mln. dollar (147-ci)
  Adambaşına2200 dollar (192-ci)
Valyutaloti (LSL)
İnternet domeni.ls
ISO koduLS
Telefon kodu266
Saat qurşaqları+2
Nəqliyyatın yönüsol
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Lesoto
Lesoto vilayətləri

Lesoto (soto.Lesotho;ing.Lesotho) və ya rəsmi adı iləLesoto Krallığı (soto.'Muso oa Lesotho;ing.Kingdom of Lesotho)Afrikanın cənubundaanklav dövlət. Lesoto dörd tərəfdənCənubi Afrika Respublikası ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəriMaseru şəhəri, ümumi sahəsi 30,355 kvadrat kilometrdir. Lesoto həm dəVatikanSan-Marino ilə yanaşı, ərazisi tamamilə başqa bir ölkənin ərazisi ilə əhatə olunmuş üç müstəqil dövlətdən biridir.

Etimologiya

[redaktə |vikimətni redaktə et]

Soto (suta) milləti etnonimindən yaranıb,soto dilində danışan insanların ölkəsi mənasını verir. Müstəqilliyin qazanıldığı 1966-ci ilə qədər istifadə edilən Basutoland isə Basotoluların yaşadığı ölkə mənasını verirdi

Tarixi

[redaktə |vikimətni redaktə et]

1868-1966-cı illərdəBöyük Britaniyanın protektoratı olmuşdur. Basutoland adlandırılan bu ərazi1965-ci ildə isə daxili özünüidarəni əldə edir.1966-cı ildə müstəqillik əldə etmişdir, o vaxtdan ölkədə müntəzəm olaraq hərbi çevrilişlər baş verir.1970-ci ildə dövlət çevrilişi nəticəsində hakimiyyət hərbçilərin əlinə keçir.1993-cü ildə hərbi rejim ölkəyə rəhbərliyi öz üzərindən atır. Ölkədə cəmi bir dəfə - 2002-ci ildə insidentsiz seçki keçirilib.

Dövlət quruluşu

[redaktə |vikimətni redaktə et]

Dövlət quruluşu konstitusiyalı monarxiyadır.

Coğrafiyası

[redaktə |vikimətni redaktə et]

Sahəsi 30 000 km²-dir. Cənubi Afrikada yerləşir. Paytaxtı Maseru şəhəridir. Lesotho Afrika qitəsində yerləşən kiçik ölkələrdən biridir. Ölkə sahəsinə görə 54 Afrika ölkəsi içində 42-ci yerdədir. Dünyada San Marino və Vatikan kimi hər tərəfdən ancaq bir ölkə ilə həmsərhəd olan Lesotho, qonşusu Cənubi Afrika Respublikası ilə 909 km-lik sərhədə malikdir. Bu xüsusiyyəti ilə dənizə də çıxışı olmayan ölkə torpaqlarının böyük hissəsinin yüksəklikdə yerləşdiyi üçün Səmadakı krallıq ( The Kingdom in the Sky ) olaraq da adlandırılmaqdadır.

Ölkənin ərazisi şərqdən və cənubdanƏjdaha dağları ilə əhatə olunumuş Basuto yaylasında yerləşir.

Əhalisi

[redaktə |vikimətni redaktə et]

Lesotho Afrikada olan müstəqil ölkələr içində əhalinin şəxsiyyət , mədəni və ənənə baxımından bir-birinə yaxın olduğu çox az ölkələrdən biridir. Ölkədə yaşayan iki milyona yaxın əhalinin 99% nisbətində özünüBantu etnik qrupunun cənub qrupu üzvü olanBasutho etnik qrupuna üzvdür. Bundan başqa çox az da olsaZulu,Xhosa etnik qrupları, Avropalılar və Asiyalılar yaşamaqdadır.

Ölkə əhalisi gənclərdən ibarət olub, 2013-cu ilin təxmini məlumatlarına görə 53,3%-i 0-24 yaş aralığındadır. Ölkənin yalnız5,4%-i 65 yaş və yuxarıdır.

0-14 yaş: 33.1% (kişi 322,189 / qadın 319,618)
15 -24 Yaş: 20.2% (kişi 185,931 / qadın 205,643)
25 -54 Yaş: 36.3% (kişi 344,120 / qadın 359,370)
55 -64 Yaş: 4.9% (kişi 50,781 / qadın 44,399)
65 Yaş və yuxarı: 5.4% (kişi 52,241 / qadın 51,889)

ÖlkəninSesothoİngilis olmaqla iki rəsmi dili var. Ölkə əhalisinin 99%-i Sesotho dilini ana dili olaraq qəbul etdiyi halda, İngilis dili Birləşmiş Krallıq müstəmləkə dövründən qalan bir miras olaraq rəsmi dilə əlavə edilmişdir. Bu iki dilidən başqa çox az da olsa bəzi yerlərdəDinka,Xhosaca və Sephuthi dilində danışırlar.

Lesotho əhalisinin 90%-lik çox böyük bir hissəsixristian dininə görə həyatını yaşayır. Xristian dininə mənsub icmaların yarısına yaxını katolik məzhəbinə, 40% -i protestant məzhəbinə görə dini tələblərini yerinə yetirərkən, 10%-i isə yerli Afrika hristiyanlığına inanır. Ölkədə geri qalan 10% əhali isə Afrika təbiət dinlərinə inanmaqda olub, çox az adam isəislamahinduizmə inanır.

İstinadlar

[redaktə |vikimətni redaktə et]

    Həmçinin bax

    [redaktə |vikimətni redaktə et]
    ⛭
    Lesoto mövzularda
    Lesoto
    ⛭
     Lesoto ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləniredaktə edərək Vikipediyanı zənginləşdirin.
    Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Lesoto&oldid=8022768"
    Kateqoriyalar:
    Gizli kateqoriya:

    [8]ページ先頭

    ©2009-2026 Movatter.jp