Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Leselidze

43°23′14″ şm. e. 40°01′16″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Leselidze
gürc.ლესელიძე,abx.Гьачрыҧшь, Гьечрыҧшь,
43°23′14″ şm. e. 40°01′16″ ş. u.HGYO
Ölkə Gürcüstan
RegionAbxaziya
Tarixi və coğrafiyası
Saat qurşağıUTC+3:00
Əhalisi
Əhalisi1.546 nəfər (2011)
Xəritəni göstər/gizlə
Leselidze xəritədə
Leselidze
Leselidze
Leselidze xəritədə
Leselidze
Leselidze
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Leselidze (abx.Гьачрыҧшь, Гьечрыҧшь,gürc.ლესელიძე) —Gürcüstanda,Abxaziyanın şimal-qərbində kənd. KəndQara dəniz sahilində, Qaqra şəhərinin 14 km-də yerləşir. Kənd daxilində Abxaziya Qyaçrıpş dəmir yol dayanacağı var.

Əhalisi

[redaktə |vikimətni redaktə et]

1959-cu ilin məlumatlarına görə Leselidze kəndində əsasənruslarestonlar olmaqla 646 nəfər yaşayırdı. Bütövlükdə kənd sovetində 2964 nəfər əhali yaşayırdı ki, əsasən rus-estonlar yaşayan Salme kəndi (1268 nəfər) vəgürcülər-estonlar yaşayan Sulevo (1050 nəfər, 1959).[1] 1989-cu ildə Leselidze kəndində 969 nəfər yaşayırdı[2]. Artıq kənddə gürcülər vəermənilər yaşayırdı.1990-cı illərdə baş verən müharibədən sonra Leselidzedə ermənilər və abxazlar, şimaldakı kəndlərdə isə ermənilər və estonlar üstünlük təşkil etməyə başladı.[3][4] 2011-ci il siyahıya alınmasına əsasən Leselidze kənd yaşayış məntəqəsinin (kənd idarəsinin) əhalisi 1546 nəfər olub, onlardan 980 nəfəri ermənilər (63,4%), 215 nəfəriabxazlar (13,9%), 146 nəfəri ruslar (9,4%) olub. 205 nəfər — digər millətlər (13,3%, o cümlədən estonlar).[5]

Tarixi

[redaktə |vikimətni redaktə et]

1864-cü ilə qədər kəndin yerində məşhur Ciget (Sadz) knyazlığının Geç nəslinin kəndi Geçkuaj yerləşirdi. Əhali Qafqaz müharibəsinin bitməsi və çərkəzlərin Türkiyəyə köçürülməsi ilə kəndi tərk ediblər.

19-cu əsrin sonlarına kimi kənd, 1894-cü ildə bu kəndə gələn Kənd Təsərrüfatı Naziri A.S. Ermolovun şərəfinə Ermolovsk adlandırıldı. Oikonimin Qafqaz müharibəsində baş komandan olmuş məşhur generalYermolovun adı ilə bağlılığı fikri yanılışdır.[6]

1944-cü ildən kəndiBöyük Vətən müharibəsi illərində Qafqazda gedən döyüşlərin iştirakçısı general K.N.Leselidzenin (1903–1944) şərəfinə adlandırılmışdır.

1975-ci ildə K.N.Leselidzenin abidəsi açılışı olmuş. Abidənin müəllifi Silovan Yakimoviç Kakabadzedir. General K.N.Leselidzenin abidəsinin təntənəli açılışı Böyük Qələbənin 30-cu ildönümünün qeyd olunduğu gün — 1975-ci il mayın 9-da baş tutdu.

1992-ci ilin sentyabrında Abxaziyada gedən müharibə zamanı Qaqra şəhəri süqut etdikdən sonra digər gürcü abidələri ilə birlikdə general-polkovnik Konstantin Nikolayeviç Leselidzenin abidəsi də sökülüb. Həmin il Abxaziya Respublikası Ali Sovetinin qərarı ilə Leselidze kəndinin adı dəyişdirilib.[7]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. "Гагрский район 1959 г. Сёла и преобладающая национальности".2014-01-03 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2021-10-29.
  2. "Перепись населения 1989. Абхазская АССР".2021-06-14 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2021-10-29.
  3. Коряков Ю. Б.Arxivləşdirilib 2012-06-20 at theWayback Machine Атлас кавказских языков / РАН. Ин-т языкознания. —М. : Пилигрим, 2006. — 76 с. : карты.
  4. "Этноязыковые карты Абхазии в 1989 и 2003 годах. Коряков Ю. Б."2014-01-03 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2021-10-29.
  5. "Перепись населения Абхазии 2011. Гагрский район".2013-09-29 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2021-10-29.
  6. [kavkaz_toponyms.academic.ru/1514/%D0%9B%D0%B5%D1%81%D0%B5%D0%BB%D0%B8%D0%B4%D0%B7%D0%B5 Топонимический словарь Кавказа. А. В. Твердый. 2011]
  7. "1.2.ПРИЛОЖЕНИЕ К ПИСЬМУ ПРЕДСТАВИТЕЛЕЙ АБХАЗСКОЙ ИНТЕЛЛИГЕНЦИИ ПРЕЗИДИУМУ XIX ВСЕСОЮЗНОЙ КОНФЕРЕНЦИИ КПСС (1988 г.) [V.L.1]".2015-04-02 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2021-10-29.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Leselidze&oldid=6666785"
Kateqoriya:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp