Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Leon Valras

Vikipediya, azad ensiklopediya
Leon Valras
fr.Léon Walras
Doğum adıLéon Walras
Doğum tarixi16 dekabr1834(1834-12-16)[1][2][…]
Vəfat tarixi5 yanvar1910(1910-01-05)[1][2][…](75 yaşında)
Vəfat yeri
AtasıOgüst Valras
İş yeri
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Leon Valras (16 dekabr1834[1][2][…]5 yanvar1910[1][2][…],Klarans[d],Montrö[d]) — isveçrəli iqtisadçı, Lozanna Universitetininprofessoru, Lozanna məktəbinin yaradıcısı.

Həyat və fəaliyyəti

[redaktə |vikimətni redaktə et]

Leon Valras1834-cü ildə dünyaya gəlmişdir. Onun dahiliyi ondadır ki, Kurno mümkünsüz hesab etdiyi yetkin və geniş formada ümumi iqtisadi tarazlığın riyazi nəzəriyyəsini yaratmışdır. Onun məqsədi abstrakt səviyyədə mükəmməl rəqabət şəraitində bazarın fəaliyyətini tədqiq etmək və bazarın həqiqətdə tarazlığa doğru necə irəlilədiyini göstərmək olmuşdur. Onun iqtisad elminə olan töhfəsi istehlakçı davranışı nəzəriyyəsidir. O, müasirlərindən fərqli olaraq bu nəzəriyyəni dərindən və cəsarətlə təhlil etmişdir. Onun modeli məhsuldar xidmətlər və istehlak malları bazarlarının qarşılıqlı fəaliyyət sistemidir. Bu sistemdə iqtisadiyyatda tarazlıq üç şərt gözlənildikdə təmin olunur; 1) məhsuldar xidmətlərə səmərəli tələb bu xidmətlərə bərabər olur, 2) məhsullar bazarında qiymətlər dəyişməzdir; 3) məhsulların satış qiyməti məhsuldar xidmətlərdə ifadə olunan məsrəflərə bərabərdir. İlk iki şərt mübadilənin tarazlığına, üçüncü şərt isə istehsaln tarazlığına aiddir. Tarazlığın bu şərtlərini Valras 4 qarşılıqlı bərabərlik sistemi vasitəsilə ifadə etmişdir. Birinci sistem məhsuldar xidmətlərin təklifini xarakterizə edir. Məhsuldar xidmətlərin hər birinin(Torpaq, əmək, kapital) təklifinə bu xidmətlərin və bütün hazır məhsulların bazar qiymətlərinin funksiyası kimi baxılır. İkinci sistemdə hazır məhsullara tələbi xarakterizə edir və hər bir məhsullara tələb bütün məhsuldar xidmətlərin və bütün məhsulların qiymət funksiyası kimi baxılır. Üçüncü sistem məhsuldar xidmətlərin istehlakını əks etdirir. Bütün hazır məhsulların istehsalına hər bir məhsuldar xidmət məsrəfinin məbləği bu cür xidmətə məcmu təklifə bərabər olmalıdır. Dördüncü sistem məhsuldar xidmətlərin və hazır məhsulların qiymət nisbətini göstərir. Hər bir hazır məhsulun qiyməti onun istehsalına çəkilən bütün istehsal xidmətlərinin qiymət məbləğinə bərabərdir. Valrasın modelində naməlum kəmiyyətlərin sayı bərabərliklərin sayına bərabərdir.[3]

Əsərləri

[redaktə |vikimətni redaktə et]
  • Xalis iqtisad elminin elementləri (1874)

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 1234Bibliothèque nationale de FranceBnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1234Marie Esprit Léon Walras //Brockhauz Ensiklopediyası (alm.).
  3. "Léon Walras".24 oktyabr 2013 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:29 aprel 2014.
 Bu şablona bax 
  Tematik saytlar
Lüğətlər və ensiklopediyalar
Şəcərə və nekropolistika
BIBSYS90126579 ·BNCa10177589 ·BNEXX1161075 ·BNF11928836d ·CiNiiDA00370269 ·CONOR77534051 ·GND118806068 ·ICCUCFIV034909 ·ISNI0000000121400589 ·LCCNn50024510 ·NDL00460122 ·NKCjn20000701929 ·NLA35589236 ·NLG141492 ·NLPa0000001919016 ·NSK000695283 ·NTA068989504 ·NUKATn2005136436 ·PTBNP40958 ·LIBRIS250058 ·SUDOC027333043 ·VIAF76324284 ·WorldCat VIAF76324284
⛭
Metodologiya
Mikroiqtisadiyyat
Makroiqtisadiyyat
Riyazi
iqtisadiyyat
Tətbiq sahələri
Beynəlxalq
təşkilatlar
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Leon_Valras&oldid=6921935"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp