Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Lebron Ceyms

Vikipediya, azad ensiklopediya
Lebron Ceyms
ing.LeBron James
MövqeyiUzun hücumçu, qısa hücumçu[d], Oyun qurucu
Boyu206 sm
Çəkisi113 kq
Vətəndaşlığı
Doğum tarixi30 dekabr1984(1984-12-30)[1][2](40 yaş)
Doğum yeri
Oyunçu seçimiKlivlend Kavalers
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lebron Reymon Ceyms (ing.LeBron Raymone James;30 dekabr1984[1][2],Akron[d],Ohayo) — peşəkar ABŞ basketbolçusu.NBA-nın basketbol komandası olanLos-Anceles Leykersin heyətində çıxış edir. "Kral Ceyms" (ing.King James) ləqəbini daşıyan Lebron, bütün zamanların ən yaxşı basketbolçularından biri hesab olunur. O, 10NBA çempionat seriyasında iştirak edib və onlardan4-də qalib gəlib. Lebron Ceyms 2023-cü ildə Leykers ilə NBA turnirini qazanıb. O, həmçinin20082012 Yay Olimpiya Oyunlarının qızıl medalçısıdır.

Lebron Ceyms NBA tarixində bütün zamanların ən yaxşı bombardirləri arasında dördüncü yerdədir. MVP və Finalların MVP-si də daxil olmaqla bir çox mükafatlara sahib olub. James gələcəkdə NBA super ulduzu kimi milli mediada yüksək təbliğ ediləcəyiAkron şəhərindəSt. Vinsent-St. Mariya Məktəbində basketbol oynayırdı. Buranı bitirdikdən sonra, o, Cavaliers tərəfindən2003 NBA seçməsində birinci tam yığmaya seçilib. 2007-ci ildə LeBron James komandanın kapitanı kimiCavaliers tarixində birinci dəfəNBA finalına gətirib çıxardı, finalda isəSan-Antonio Spurs-ə məğlub oldular. 2010-cu ildə James Cavaliers-dən ayrıldı vəMiami Heat-in heyətinə qoşuldu. James dörd mövsüm Miami Heat-in heyətində çıxış etdi və bu dörd ilin hər birində finala qədər irəliləməyi bacaran komanda ard-arda 2012 və 2013-cü illərdə çempionluğu qazandı. 2013-cü ildə o, liqa tarixində üçüncü ən uzun 27 oyunluq qələbələr seriyasında Miami Heat-in kapitanı olub. Heatlə sonuncu mövsümün ardınca James müqaviləni uzatmayıb və yenidən Cavaliers-in heyətinə qoşulub. Onun kapitanlığı ilə Cleveland 2015 NBA Finalına kimi irəliləsə də,Qərb Konfransının qalibi olanGolden State Warriors-a məğlub oldu.2016-cı ildə isə finallar seriyasında komandası,Golden state warriorsa qarşı 3–1 geriyə düşməsinə baxmayaram, geri dönüş edərək bu seriyanın qalibi olur və Klivlen Kavaliers tarixindəki ilk çempiyonluğunu yaşayır.

2018-ci ildə o, Los Angeles Lakers komandası ilə müqavilə imzalayıb və hazırda bu komandanın şərəfini qoruyur.

Onun ictimai həyatı çox diqqətlə öyrənilən mövzu olmuşdur və o, Amerikanın ən nüfuzlu və məşhur idmançılarından biri kimi qiymətləndirilir. O, kitablarda, sənədli filmlərdə və televiziya reklamlarında nümayiş olunub. O həmçininESPY mükafatıSaturday Night Live televiziya proqramlarında aparıcı olub və 2015-ci ildə çəkilmişKompleksləri olmayan qız filmində baş rollardan birini canlandırıb.

18 avqust 2022-ci ildə CeymsLos-Anceles Leykers ilə iki illik 97,1 milyon dollarlıq müqavilə bağladı.[3][4] Müqavilənin uzadılması Ceymsi 528,9 milyon dollarla NBA tarixində ən çox qazanan idmançı etdi və bütün zamanların qazancına görəKevin Durant geridə qoydu.[5]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 12http://espn.go.com/nba/player/stats/_/id/1966/lebron-james.
  2. 12Augustyn A. LeBron James //Encyclopædia Britannica (ing.).
  3. "Lakers Sign LeBron James to Contract Extension". www.nba.com(ingilis).2022-09-20 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2022-08-20.
  4. "LeBron lands 2-year, $97.1M deal with Lakers"(ingilis). 2022-08-17.2022-10-22 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2022-08-20.
  5. Winters, Mike."Already a billionaire, LeBron James' 2-year contract extension makes him the NBA's all-time highest-paid player". CNBC(ingilis).2022-08-31 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2022-08-20.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Lebron_Ceyms&oldid=7843397"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp