Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Layella sindromu

Vikipediya, azad ensiklopediya
Layella sindromu
XBT-10L51.2
XBT-10-KML51.2
XBT-9695.15
XBT-9-KM695.15[1]
OMIM608579
DiseasesDB4450
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Layella sindromu — nadir hallarda rast gəlinən, lakin çox ağır keçənallergikreaksiyasıdır.[2]

Xəstəliyin aparıcı əlaməti — II dərəcəliyanığın kliniki mənzərəsini xatırladan,dəri təbəqələrinin bir sırazədələnməsidir: hiperemik (qızarmış)dəri fonunda çox böyük şəffaf yaxudqanlı suluqların əmələ gəlməsi.[2]

Dəri dəyişikliklərindən başqa xəstə güclüintoksikasiya və ürək-damar,tənəffüs sistemi tərəfindən pozulmalara məruz qalır.[2]Belə ağırreaksiyalar müxtəlifdərman preparatlarının tətbiqindən sonra baş verə bilər, lakin ən çox Layellasindromunun inkişafısulfanilamid preparatlarının, yaxudantibiotiklərin qəbulundan sonra qeydə alınır.[2]

Layellasindromu zamanı xəstə mütləq xəstəxana şəraitində intensiv terapiya şöbəsində kompleks müalicə almalıdır (Diaqnoz təsdiqindən dərhal sonra).[3]Həkim yardımı mərhələsində xəstənin sorğu sual nəticəsində, Layellasindromu termikizədələnmədən ayırd edilərək, xəstənin təcili hospitallaşması həyata keçirilir.[3]

Həkimə qədər yardım

[redaktə |vikimətni redaktə et]

Həkimə qədər yardım:[4]

  1. Zədələnmişdəri üzərinə quru aseptiksarğı qoymaq.[4]
  2. Xəstəyə qoruyucu vəziyyət verib,zədələnmiş yerlərə güclü mexaniki təsiri istisna etmək.[4]
  3. Xəstəyə antihistamin preparatı vermək.[4]
  4. Dərin ürək-damar vətənəffüs çatışmazlığı zamanı ürək-ciyər reanimasiyası tədbirlərini tətbiq etmək.[4]

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
  2. 1234R.N.Soltanov, N.İ.Mirzəyev, S.H.Bəbirova, R.Ə.Atakişiyeva.Həyat Fəaliyyətinin Təhlükəsizliyi və Fövqəladə hallarda ilk yardımın xüsusiyyətləri. Bakı: 2017. 2020. səh. 129.
  3. 12R.N.Soltanov, N.İ.Mirzəyev, S.H.Bəbirova, R.Ə.Atakişiyeva.Həyat Fəaliyyətinin Təhlükəsizliyi və Fövqəladə hallarda ilk yardımın xüsusiyyətləri. Bakı: 2019. 2020. səh. 129.
  4. 12345R.N.Soltanov, N.İ.Mirzəyev, S.H.Bəbirova, R.Ə.Atakişiyeva.Həyat Fəaliyyətinin Təhlükəsizliyi və Fövqəladə hallarda ilk yardımın xüsusiyyətləri. Bakı: 2015. 2020. səh. 129.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Layella_sindromu&oldid=8006302"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2026 Movatter.jp