1878-ci ilə aid olan xəritədəKipr adasında yerləşən Larnaka şəhərinin planı təsvir edilmişdir. Xəritə eyni zamanda şəhərə gedən yolları göstərir.
Larnaka şəhəri eramızdan əvvəl XIV əsrdəQədim Yunanıstanda yaşayan yunanlar tərəfindənKition adı ilə salınmışdır. Həmin tarixdən bəri şəhər və ətrafında yaşayış mövcuddur. Müxtəlif zamanlarda baş verən zəlzələlər zamanı dağılan və sonralar yenidən inşa edilən şəhərin liman hissəsi Orta əsrlər zamanı zədələnmiş və nəticədə palçıqla dolmuşdur. Bundan sonra şəhərin cənub tərəfində qalan sahil hissəsində də şəhər salma işlərinlə başlanılmışdır. Günümzdə Larnakanın antik limanının və məşhur qalasının izləri itmişdir.1426-1489-cu illər aralığındaMəmlüklər tərəfindən idarə edilən şəhər,1489-cu ildəVenesiya Respublikasının nəzarəti altına keçmişdir.
Kipr adasınınOsmanlı İmperiyası tərəfindən fərh edilməsi zamanıLefkoşa şəhərinin ələ keçirilməsindən sonra Larnaka şəhəridə təslim olaraq Osmanlı nəzarəti altına keçmişdir. Şəhər XIX əsrdə adanın ən böyük və ən önəmli liman şəhəri hesab olunurdu.1894-cü ildə aparılan arexoloji qazınatılar zamanıKition şəhərinin qalıqlarında rastlanılmışdır.