Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Laklar

Vikipediya, azad ensiklopediya
(Lak səhifəsindən yönləndirilmişdir)
Laklar
Лак
Sayları və yaşadığı ərazilər
DiliLak dili
DiniSünni,İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Laklar (lak.лак, гъази-гъумучи[1]) —Şimali Qafqazda yaşayan xalq. Laklar tarixən Mərkəzi Dağlıq Dağıstan ərazisində yayılmışlar. Lakların etnik-mədəni ərazisiLakiya adlanır.

Etimologiya

[redaktə |vikimətni redaktə et]

Endomin

[redaktə |vikimətni redaktə et]
Lakların Dağıstanda yerləşmə ərazisi
Dağıstan bölgəsinin sxematik xəritəsi, (1895)

«Lak sözü lakların öz-özlərini adlandırmasıdır. «Ju lak buru» — biz laklarıq; «ju lakral xalk buru» — biz lak xalqıyıq; «lakssa» — lak, laklar; «lakkuçu» — lak kişi, laklı; «lakku maz» — lak dili; «lakku bilayət» — Lak ölkəsi; «Lakkuy» — Lakiya; «lakral rayon» — lak rayonu; «lakral kıanu» — lak yeri; «lak naççaxıluq» — lak dövləti. Laklar "lak" adınıetnonimtoponim kimi istifadə edirlər. Lak dilində «lak» sözü «laxsaa» (yüksək)[2] və «laq» (qala) sözlərinə yaxındır.[3]

Ekzomin

[redaktə |vikimətni redaktə et]

Lakları digər xalqlar müxtəlif adlarla adlandırırlar.Avarlar laklaratumal[4],qumeq[5];darginlərvuluquni, vuleqi,suluquni[6];ləzgiləryaxular, yaxulşu[7];qumuqlarqazıqumuqlar;çeçenlərqıazıumki;ruslarlaklar, qazıqumuxlar adlandırırlar.

İnqilaba qədərki Rusiyada bu xalq «qazıqumuq», XIX əsrin 60-cı illərindən etibarən isə «laklar» adlanmağa başlanılırlar.

Sayları

[redaktə |vikimətni redaktə et]
Dağıstanın rayonları və şəhərləri üzrə Lakların payı
inzibati rayon və şəhər dairəsiRF subyektləri% LAKLAR
Kuli rayonuDağıstan10, 886 nəf(97,4%)
Lak rayonuDağıstan11, 580 nəf(95,2%)
Novolak rayonuDağıstan13, 852 nəf(48,5%)
Aquşa rayonuDağıstan1, 720 nəf.(3,2%)
Qızılyar rayonuDağıstan2, 361 nəf(3,5%)
Qızılyurd rayonuDağıstan908 nəf(1,5%)
Rutul rayonuDağıstan865 nəf(3,7%)
Tarumovka rayonuDağıstan523 nəf(1,6%)
Qarabudaqkənd rayonuDağıstan658 nəf(0,9%)
Xasavyurd rayonuDağıstan322 nəf(0,2%)
Babayurd rayonuDağıstan351 nəf(0,8)
Dahadayev rayonuDağıstan300 nəf(0,8%)
Dərbənd rayonuDağıstan193 nəf(0,2%)
şəhərKaspiyskDağıstan14, 269 nəf(14,3%)
şəhərMaxaçqalaDağıstan86, 089 nəf.(12,4%)
şəhərYujno-SuxokumskDağıstan923 nəf(9,2%)
şəhərBuynakskDağıstan4, 263 nəf(6,8%)
şəhərQızılyurdDağıstan1, 760 nəf(5,3%)
şəhərQızılyarDağıstan1, 753 nəf(3,6%)
şəhərXasavyurdDağıstan4, 362 nəf(3,3%)
şəhərİzberbaşDağıstan1, 402 nəf(2,5%)
Ümum respublikada:Dağıstan161, 300 nəf(5,6%)

Dil

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:Lak dili

Lakların ana dili lak dilidir. Lak dili Qafqaz dillərininNax-Dağıstan dilləri qrupuna daxildir. Beş əsas şivəyə bölünür:qumuq (Qumuq və onun ətrafında olan kəndlər),visxin,vixlin (Vixlı aulu və Lak rayonunun şimal-şərq ərazilərindəki kəndlər),aştikulbalxar (Balxar aulu və Sulikana, Kuli aulları). XV əsrdən ərəb əlifbasından istifadə edirdilər. 1928-ci ildə əlifbaları latın, 1938-ci ildə isə kiril əlifbası ilə əvəzlənmişdir[8]. Laklar arasında rus dili də yayılmışdır. Lak dilinə dair ən erkən məlumatlar (sözlərin siyahısı və bəzi qrammatik məlumatlar) 18-ci əsrin sonu - 19-cu əsrin əvvəllərinə Yohann Quldenştedt və Yulius Klaprota aiddir.

Din

[redaktə |vikimətni redaktə et]

Laklar islam dinininsünni qolunda etiqat edirlər (Şafi məzhəbi)[9]. Qumuq cümə məscidi 777—778-ci illərdə laklar tərəfindən inşa edilmişdir[10]. arixçi Aleksandr Komarov (1869) yazırdı:«laklar, əsasəndə Qumuq kəndinin sakinləri, Dağıstan qəbilələri arasında ilk islamı qəbul edənlər olmuşdur… Əbu-Muslim özü də Qumuqa gələrək burada məscid inşa etdirdi. Bu məscidin kitabəsində öz əksini tapmışdır». Qumuqun şamxalları müsəlman adlarını XIII əsrin sonlarından istifadə etməyə başlayırlar. XIV əsr Qumuq Qazi mərkəzi oldu və Qazi-Qumuq adı verildi.

Sovet İttifaqı Qəhrəmanı

[redaktə |vikimətni redaktə et]

Ikinci dünya müharibəsi

Əhmədxan Sultan , iki dəfəSovet İttifaqı Qəhrəmanı

•Makayev Saxay

•Buganov Hacı

•Suleymanov Rizvan

•Suleymanov Yakov

•Həsən Kəmalov

•Huseyn Kuşayev


Kosmos

[redaktə |vikimətni redaktə et]

Mənbə

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. "Русско-Лакский словарь".2020-08-10 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2019-10-06.
  2. С. М. Хайдаков. Лакско-Русский словарь. Москва, 1962.
  3. "Arxivlənmiş surət".2021-06-13 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2019-10-06.
  4. Русско-Аварский разговорник. «Языки народов Дагестана». Выпуск 1. Махачкала 2007.
  5. "Arxivlənmiş surət"(PDF).2021-01-17 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:2019-10-06.
  6. "Arxivlənmiş surət"(PDF).2017-10-19 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:2019-10-06.
  7. Абдулмуталибов Н. Ш., Гаджимирзоев Ш. М. Русско-Лезгинский разговорник. «Языки народов Дагестана». Выпуск 1. Махачкала 2007. — 232 с.
  8. Л. И. Жирков. Лакский язык. — М., 1955;
  9. П.И. Пучков."РАЗДЕЛ II. РОССИЙСКИЙ ОПЫТ. СОВРЕМЕННЫЕ РЕАЛИИ"(PDF). www.isras.ru.2012-02-03 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:2012-01-04.
  10. Л. И. Лавров. Этнография Кавказа. Ленинград, 1982, с. 101.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Laklar&oldid=7645704"
Kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp