Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Labrador yarımadası

53°18′ şm. e. 72°33′ q. u.HGYO
Vikipediya, azad ensiklopediya
Labrador yarımadası
Labrador Peninsula
Ümumi məlumatlar
Sahəsi
  • 1.400.000 km²
Yerləşməsi
53°18′ şm. e. 72°33′ q. u.HGYO
AkvatoriyaHudzon körfəzi,Atlantik okean
Ölkə Kanada
Labrador yarımadası xəritədə
Labrador yarımadası
Labrador yarımadası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Labrador yarımadası (fr.péninsule du Labrador,ing.Labrador Peninsula) —Kanadanın şərqində yerləşən yarımada.

Coğrafiyası

[redaktə |vikimətni redaktə et]

Labrador vilayəti, Saqeney Sen-Jan gölü, Kot-Nor, ŞimaliKvebek regionları ərazisini özündə birləşdirir.

Yarımada şərqdənAtlantik okeanının suları (Müqəddəs Lavrentiya körfəzi) əhatələnir, şimaldaHudzon boğazı, qərbdə isəHudzon körfəzinin suları onun sahillərini yuyur. Yarımadanın şimal və qərb hissələri nisbətən alçaqdır və bəzi yerlərdə çox qirintili-çıxıntılıdlr. Şərq sahilləri hündürdür və fiordlarla zəngindir. Sahəsi 1,6 milyon km²-dən çoxdur. Ərazi müxtəlif növ suxurlara rast gəlinirqranit,Qneys,Qabbro. Şərq hissəsindən Tornqat dağları keçir, onu ən hündür zirvəsi D’İbеrvil (Kobvik 1652 m) dağıdır. Mərkəz hissədə geniş göl yaylası yerləşir və hündürlüyü 500 – 800 m arasında dəyişir. Bölgədən keçən çaylar gəmiçilik üçün yararsızdır. Ən iri çayı Çörçil çayıdır. Digər əhəmiyyətli çayları: Koksoak, Arno, Balen, Ptit-Balen, La-Qrand, Fey, Corc, Povunqkituk. Yarımadada çoxlu sayda göl və bataqlıqlar vardır.

İqlim

[redaktə |vikimətni redaktə et]

Subartik iqlim qurşağında yerləşir vəŞimal Buzlu okeanın təsirinə məruz qalır. Üstəlik ərazidən soyuqLabrador cərəyanı keçir. Yanvar ayında şimal-qərbdə orta temperatur -18° S, şimal-şərdə isə -12° S, iyulda şimalda 7°S — cənubda 18°S təşkil edir. İllik yağıntının miqdarı 250 mm-dən 1200 mm-ə qədərdir. Ərazinin böyük hissəsi çox illik qrunt buzlarla örtülüdür.

Təbiəti

[redaktə |vikimətni redaktə et]

Ərazi üzrə bitkilər əsasəntundra meşələrində cəmlənmişdir. Burada Ağ küknar, Qara küknar Pixta və s. bitkilərə rast gəlinir. Cənub hissədə iynə yarpaqlı meşələrlə zəngindir, bəzən tala şəkildə enli yarpaqlı ağaclara rast gəlinir. Əhəmiyyətli ehtiyatlarıDələ,Tülkü,Adı vaşaq,Ondatra kimi canlıların dəriləridir. Şimal-şərqdə Tornqat-Mauntian milli parkı yerləşir.

Əhali əsasən mədən sahəsində işləyir. Əsasən Dəmir filizi çıxarılır, üstəlik balıqçılıq inkişaf etmişdir.Əsas şəhərləri: Şeffervill, Set-İl və onları dəmiryolu vastəsi ilə Fort-Şimo, Labrador-Siti şəhərləri ilə birləşir[1].

Adlanması

[redaktə |vikimətni redaktə et]

Yarımada öz adını portuqal dənizçi Juan Fernandes Labradorun adından götürmüşdür. O1498-ci ildəQrenlandiyaŞimali Amerikanın şimal-şərq hissəsini tətqiq edərək məlumat vermişdir[2].

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. "Coğrafiya saytı. Labrador".16 oktyabr 2011 tarixindəarxivləşdirilib.İstifadə tarixi:12 iyun 2015.
  2. "The Portuguese Explorers".5 avqust 2011 tarixindəarxivləşdirilib.İstifadə tarixi:12 iyun 2015.
 Bu şablona bax 
  Lüğətlər və ensiklopediyalar
Normativ yoxlama
GND4033939-7 ·NKCge384810 ·VIAF246514375 ·WorldCat VIAF246514375
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Labrador_yarımadası&oldid=7293699"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp