Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Kutaisi

42°16′18″ şm. e. 42°42′20″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Kutaisi
ქუთაისი
Bayraq[d]Gerb
Bayraq[d]Gerb
42°16′18″ şm. e. 42°42′20″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulubtəq. III əsr
Sahəsi
  • 67,7 km²
Mərkəzin hündürlüyü120 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 129.305 nəf.(2022)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu+995 (431)
Poçt indeksi4600–4699[2]
Digər
kutaisi.gov.ge
Xəritəni göstər/gizlə
Kutaisi xəritədə
Kutaisi
Kutaisi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kutaisi (gürc.ქუთაისი) –Gürcüstanın ikinci ən böyük şəhəridir. Ölkənin qərbində,İmereti diyarında yerləşir və bu bölgənin ən böyük şəhəridir. Paytaxt Tbilisidən təxminən 221 km uzaqlıqdadır. Əhalisi 147.635 nəfərdir (2014). Kutaisi Sovet dövründə ağır metallurgiya sənayesi mərkəzi idi. O dönəmdə şəhərin əhalisi 300.000 nəfərdən çox idi. Ancaq bu gün bir çox əhalinin şəhəri tərk etməsindən sonra əhali azalmışdır.Qafqaz şəhərlərindən biridir.

Tarixi

[redaktə |vikimətni redaktə et]

Kutaisi qədimKolxida krallığının paytaxtı olmuşdur. Arxeoloji qazıntılar şəhərin əsasının hələ eramızdan 2000 il əvvəl qoyulduğunu göstərir. Eramızın 978-ci ilində Kutaisi yenicə müstəqil olmuş Gürcüstan krallığının paytaxtı seçilir. 1122-ci ildəTbilisinin gürcülər tərəfindən tutulmasından sonra, paytaxt həmin şəhərə köçürülür. 1508-ci ildə KutaisiOsmanlı İmperiyasının sultanıII Bəyazidin oğluI Səlimin başçılıq etdiyi ordu tərəfindən tutulur. Şəhər 1770-ci ilə qədər Osmanlı hakimiyyəti altında qalır. Həmin ilİmereti çarı I SolomonRusiya qoşunlarının köməyi ilə şəhəri tutur. Daha sonra Rusiya imperiyasından asılı halda olanİmereti çarlığı 1810-cu ildə Rusiyaya birləşdirilir. 1918-ci ildə Gürcüstanın müstəqilliyini elan edir. Lakin bu müstəqillik uzun çəkmir və 1921-ci ildə Qırmızı Ordu Gürcüstanın işğalına başlayır. Gürcülər inadla muqavimət göstərsələr də onlar məğlub olurlar. Kutaisi şəhəri 10 mart 1921-ci ildə ruslar tərəfindən işğal olunur. Sovet hakimiyyəti illərində mərkəzi hökumət Kutaisinin inkişaf etməsi üçün burada çoxlu sayda sənaye müəssisələri tikir. Həmin illərdə Kutaisi Gürcüstanın ikinci böyük şəhəri statusuna sahib olur. 1991-ci ildə Gürcüstanın müstəqilliyini əldə etməsindən sonra ölkədə iqtisadi tənəzzül başlayır. Bu Kutaisi şəhərinin iqtisadiyyatına da təsir göstərir, şəhərdəki sənaye müəssisələrinin demək olar ki, hamısı bağlanır. Şəhərin əhalisi azalır. 2009-cu ildə Kutaisidə Gürcüstan parlamentinin binasının tikintisi başlanır. Binaİkinci dünya müharibəsində öldürülmüş gürcülərin xatirəsi üçün tikilmiş abidənin yerində tikildi. Bu məqsədlə həmin abidə partladıldı, bu zaman təhlükəsizlik qaydalarına əməl olunmadığından 2 nəfər partlayış nəticəsində öldü, 4 nəfər isə yaralandı.[3]

Mədəniyyət

[redaktə |vikimətni redaktə et]
  • Kutaisidə Qriqori Maysuradze rəssam yaşamışdı.
  • 1902–1906 illərdə Kutaisi Liseyində Vladimir Mayakovski təhsil almişdı.
  • 1905–1911 illərdə Kutaisi, Gürcüstan Liseyində Konstantin Qamsaxurdiya təhsil almışdır.
  • Kutaisi (1910–1911) əbədi "Meşə Mahnısı" böyük Ukrayna şairi, tərcüməçi, mədəniyyət xadimi Lesya Ukrainkanın tərəfindən yazılmışdır.
  • Kutaisi öz xüsusi yumorı ile meşhurdur. Kutaisi tarixi "Qeyri-adi sərgi" (1968 Gürcüstan-Film), "Təsüfflənmə" (1969 Mosfilm), "Bardaq", "Feola" (1968 Gürcüstan-Film), "Mimino" (1977 Mosfilm), "Kindza-za" (1987 Mosfilm) və s. sehrbaz Revaz Qabriadze tərəfinden, kinolarda qeyri-adi atmosfer yaradır.
  • Kutaisidə yerləşən Baqrati kilsəsi və Qelati Manastırı — YUNESKO-nun Dünya İrs abidələrindəndir.
  • Şəhərdə XIX əsrin sonundan bu yana Dram teatrı, Opera evi var.
  • Burada Gürcüstanın Şöhrət və İdman Muzeyi Dövlət Tarix Muzeyi var.
  • Kutaisinin yaxınlığında, Sataplia qoruğusunda dinazavr izləri saxlanılır.

İqlim

[redaktə |vikimətni redaktə et]

Kutaisidə əsasən subtropik iqlim hökm sürür. Şəhərdə və ətrafında subtropik bitkilər yetişir. Parklar, çay plantasiyaları və sitrus önəmli yer tutur. Kutaisidə orta illik temperatur 14 °C-dir. Ən soyuq ay olan yanvarda orta temperatur göstəricisi 6 °C, ən isti aylar olan iyul və avqustda isə 22 °C-dir. Kutaisidə qeydə alınmış ən aşağı temperatur −7 °C, ən yüksək temperatur isə 40 °C-dir.

AylarYanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabrİllik
Orta istilik [°C]6781216202222201612814

İqtisadiyyatı

[redaktə |vikimətni redaktə et]

Şəhərdə 1945-ci ildə tikintisi başlamış və 1951-ci ildən istehsala başlayanKutaisi Avtomobil Zavodu yerləşir. Bundan başqa şəhərdə bir neçəmetallurgiya zavodları da var. Bu zavodların demək olar ki, heç biri işləmir. Şəhərdən 14 km qərbdə beynəlxalq ahava limanı fəaliyyət göstərir. Bu Gürcüstanda fəaliyyətdə olan 3 beynəlxalq aeroportdan biridir. 2009-cu ildən Kutaisidə azad ticarət zonası fəaliyyət göstərir. Bundan başqa şəhərdə turizm inkişaf etdirilir, şəhərdə bir çox qədim abidələr, həmçininGelati Monastırı yerləşir.

Əhalinin etnik tərkibi

[redaktə |vikimətni redaktə et]

Qardaşlaşmış şəhərlər

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. http://pop-stat.mashke.org/georgia-cities.htm.
  2. Georgian Post. 1805.
  3. "Saakaşvili Kutaisi faciəsinin günahkarını tapdı".2016-03-04 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:2011-04-09.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
⛭
Abxaziya
Sameqrelo və Yuxarı Svaneti
Quriya
Acarıstan
Raça-Leçxumi və Aşağı Svaneti
İmereti
Samtsxe-Cavaxeti
Yuxarı Kartli
Mtsxeta-Mtianeti
Kvemo-Kartli
Kaxeti
Tbilisi
1 şəhər qismən tanınmamışAbxaziya Respublikasının nəzarəti altındadır
2 şəhər qismən tanınmamışCənubi Osetiya Respublikasının nəzarəti altındadır.
 Bu şablona bax 
  Tematik saytlar
Lüğətlər və ensiklopediyalar
BNF166033148 ·GND4312404-5 ·LCCNn82024438 ·NKCge742512 ·SUDOC125310722 ·VIAF134885820 ·WorldCat VIAF134885820
Şəkil
Gürcüstan haqqında olan bu məqalə bu məqaləqaralama halındadır. Məqaləniredaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Kutaisi&oldid=7417629"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp