Ksar və yaqsar, cəmdəksour və yaqsour —ərəb dilindəkiqaṣar (قَصَر) (bu sözün özünün latın dilindəkicastrum (qala) sözündən törəndiyi düşünülür) sözündən götürülüb,Şimali Afrikada "istehkam tipli yaşayış
məskəni və ya kənd" mənasında işlədilən termindir. Bu termin ümumilikdəbərbərlərin istehkam tipli kəndlərinə aid edilir.
Məğrib ərəbcəsindəqsar sözünün qarşılığı standard ərəb dilindəki "qala" və ya "saray" mənasını verənqaṣar (قَصَر ) sözünə uyğun gəlir[1] və bu sözmüsəlman dünyasının başqa yerlərində də rast gəlinir.
Şimali AfrikadaBərbər dilli populyasiyalar tərəfindən ksar termini üçün istifadə olunan orijinal sözağrem (təkdə) və yaiğerman-dır (cəmdə).Məğrib-də bu termin "istehkam edilmiş kənd" və ya "qala" kimi daha ümumi bir məna daşıyır.
Məğribdəki ksar ümumilikdəməscid, hamam, soba və dükan kimi kollektiv binalar və digər quruluşlara sahib olan evlərdən ibarətdir. Ksar əsasənŞimali Afrikadakıvahələrdə yaşayan əhali arasında geniş yayılmışdır. Müdafiəni asanlaşdırmaq üçün ksarlar bəzən dağlıq ərazidə yerləşir. Yaşayış evlərinin hamısı əsasən tək bir davamlı divar daxilində yerləşir. Bütün tikililərin tikinti materialı adətən çiy kərpic və ya kəsilmiş daş və çiy kərpicdən ibarətdir. KsarlarBərbər memarlığının əsas təzahürlərindən birini təşkil edir.