Kristian Kostov 15 mart 2000-ci ildəRusiya FederasiyasınınMoskva şəhərində anadan olmuşdur. Kristianın atası milliyətcəBolqar, anası isəQazaxıstanlıdır. Onun bir qardaşı və bir bacısı var. Kristianın atası hələ uşaq ikən onabolqar vəingilis dillərini öyrətmişdir.
Kristian Kostov 2014-cü ildə Rusiyanın uşaqlar üçün təşkil etdiyiGolos Deti səs yarışmasında iştirak etmişdir.Dima Bilanın komandasında olan Kristian müsabiqədə finala qədər yüksələ bilmişdir. Rusiyada qazandığı uğurdan sonra Kristian Bolqarıstanda keçirilənX Factor musiqi yarışmasına qatılmış və bu müsabiqədə Kristian göstərdiyi yüksək səviyyəli ifalar sayəsində finalda 2-ci yerə layiq görülmüşdür.
2016-cı ilin oktyabr ayında Kristian Kostovun debüt sinqlı "Ne si za men" dinləyicilərə təqdim edilmişdir. Mahnı Bolqarıstan sinql siyahılarında 13-cü yerədək yüksələ bilmişdir.
2017-ci ilin mart ayında Bolqarıstanın BNT telekanalı Kristian Kostovun "Beautiful Mess" mahnısı ilə BolqarıstanıUkraynanın paytaxtıKiyevdə keçirilən Avroviziya 2017-də təmsil edəcəyini açıqlanmışdır.[1] Müsabiqə üçün uzun sürən hazırlıqlardan sonra Kristian 11 may tarixində baş tutan müsabiqənin ikinci yarımfinal mərhələsində 15-ci nömrə altında səhnə almışdır. Nəticədə ifaçı 403 xalla yarımfinalda birincilik əldə etmiş və Avroviziya 2017-nin finalına yüksəlməyə nail olmuşdur. Finalda mahnısını bir daha ifa edən Kristian ümumi nəticədə 26 ölkə təmsilçisi arasında 615 xal toplayaraq, Bolqarıstana 2-ci yeri qazandırmışdır.[2] Bu Bolqarıstanın Avroviziyadakı ən yüksək göstəricisidir.
2017-ci ilin noyabr ayında KristianÇinin Sanya şəhərində keçirilənMiss World 2017 gözəllik yarışmasında çıxış etmişdir.