Krilon burnu | |
---|---|
![]() | |
Yerləşməsi | |
45°54′00″ şm. e. 142°05′00″ ş. u.HGYO | |
Akvatoriya | Sakit okean |
Ölkə | ![]() |
Krilon burnu (rus.Мыс Крильон) —Saxalin adasının cənubunda yerləşənKrilon yarımadasının cənub qutaracağını təşkil edir.Burun Laperuz tərəfindən fransız hərbçisi Lui-Balbes de Krilonun şərəfinə adlandırılmışdır.
Burun şimaldan ensiz, qayalı bərzəxləKrilon yarımadası ilə birləşir. QərbdənYapon dənizi, şərqdən isəOxot dənizininAniva körfəzi suları ilə yuyulur. CənubdanLaperuz boğazı iləHokkaydo adasından ayrılır.Burunda meteoloji stansiya yerləşir[1]. Burada Sakit okean donanmasına aid mayak vardır. Burundan bir qədər aralıdaKamen Opasnosti adası yerləşir.