Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Krım

45°24′ şm. e. 34°00′ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Krım
krımtat.Qırım
ukr.Крим
rus.Крым
Krım yarımadasının Kosmosdan görünüşü
Krım yarımadasının Kosmosdan görünüşü
Ümumi məlumatlar
Sahəsi26 860 km²
Ən yüksək nöqtəsi1545 m (Roman-Koş dağı) m
Yerləşməsi
45°24′ şm. e. 34°00′ ş. u.HGYO
AkvatoriyaQara dəniz,
Azov dənizi (Sivaş körfəzi)
ÖlkəUkrayna(de-yure)
Rusiya(de-fakto)
Krım xəritədə
Krım
Krım
Krım xəritədə
Krım
Krım
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Krım, Krım yarımadası (ukr.Крим,rus.Крым) və yaQırım,Qırım yarımadası[1] (krımtat.Qırım,türk.Kırım,osman.قريم,azərb-əbcəd. قريم) —Ukraynanın tərkibindəyarımada.YarımadadaKrım Respublikası yerləşir.YarımadaOr bərzəxi vasitəsiləmaterikə birləşir. 2014-cü ildənRusiya Federasiyasının işğalı altındadır.

Tarixi

[redaktə |vikimətni redaktə et]

Tarix boyu Krım müxtəlif xalqlar tərəfindən idarə edilmişdir.Kimmerlər bu yarımadanı e.ə. VII əsrdə məskun etdi, kimmerlərdən sonraskiflər Krımı aldı. Yerli kimmerlər bu səbəbdən dağlara köçürülüb təcridə uğradılar. Qədimyunanlara bu tavr tayfaları adı ilə məlum olublar və yarımada ta XX əsrin əvvələrinəcən həm inzibatlıqda, həm də ədəbiyyatda Tavrika və ya Tavrida kimi də tanınırdı.

E.ə. V əsrdə yunanlar burada ilk koloniyalarını saldılar. Sonralar buradaellinistikBosfor dövləti əmələ gəldi. DövlətRoma imperiyasının tabeliyində idi. Sonralarqotlar,hunlar,bulqarlar,xəzərlər,Kiyev rusları,Bizanslılar,qıpçaqlarmonqollar buranı bir-birinin ardınca işğal etmişdilər. Eramızın XIII əsrindəCenovalıVenesiyalı tacirlər Krımda bir neçə sahilyanı ticarət şəhər və qəsəbələr salmışdılar.

1441-ci ildə Girəy nəslindən Hacı xan Krımda xanlıq qurdu. Lakin 1475-də xanI Məngli Gərayınİstanbulda girov saxlanmasından sonra xanlıqOsmanlı imperiyasından asıllığa düşdü. 1783-dəRusiya Krımı istila edir və xanlığın mövcudluğuna son qoyur. Yüz minlərləKrım tatarı yarımadanı tərk edibTürkiyəyə köçdü. Beləliklə, bu xalq Krımda etnik çoxluqdan etnik azlığa döndü.

İlkSovet illərində Krım muxtariyyət əldə etdi. 1941-ci ildə Krım nasist hücumuna məruz qaldı və 1944-də işğalçılardan azad edildi. Muxtariyyət statusuna baxmayaraq, 1944-cü ildə yarımadanın demək olar ki, bütün Krım tatarı, həmçinin yunan, bolqar, türk, erməni, italyan, azərbaycanlı, çərkəz əhalisi hakimiyyət tərəfindənMərkəzi Asiyaya sürgün edildi. 1945-də Krımın muxtariyyəti ləğv olundu.

19 fevral, 1954-cü ildəNikita Xruşşovun təşəbbüsü ilə 27 min kvadrat kilometr ərazisi olan Krım vilayətiRusiyanın tərkibindən çıxarılaraqUkraynaya verilir. Xruşşovun Ukraynanın Rusiyaya birləşdirilməsinin (1654) 300 illiyi münasibətilə atdığı bu addımSSRİ-nin dağılmasından sonra Rusiya millətçilərinin kəskin etirazını doğurdu.

Geoloji quruluşu

[redaktə |vikimətni redaktə et]

Dağlıq Krım struktur-tektonik cəhətdən cənub hissəsi çökmüş və Qara dənizin suları ilə örtülmüş böyük və mürəkkəb antiklinal qalxmadır. Antiklinorinin nüvə hissəsində tərkibində yuxarı trias və alt yuranın qumlu təbəqələri olan intensiv qırışmış gilli şistlər Tavr lay dəstəsini yaradır. Antiklinorinin şimal qanadında nüvənin qırışıq strukturları üzərində bir-birinə uyğun olmayan yatımlı üst təbaşir, paleogen və neogen çöküntülərindən ibarət Şimali Krım monoklinalı aydın seçilir. Çöllük Krım ərazisinin səthi əsasən neogenin dəniz və dördüncü dövr kontinental çöküntülərindən təşkil olunmuşdur. Krım yarımadasının qərb hissəsində xırda qırışıqlarla mürəkkəbləşmiş tirəvari Tarxanqut qalxanı yerləşir.

Relyef

[redaktə |vikimətni redaktə et]

Krımın relyef xüsusiyyətləri onun geoloji quruluşu ilə əlaqədar olub, mürəkkəb inkişaf tarixi ilə müəyyənləşdirilir.

Dağlıq Krım

[redaktə |vikimətni redaktə et]

Krım dağları Yayla adlanan əsas silsilədən və ondan şimalda yerləşən, Dağlıq Krımın qərb və orta hissələrində aydın seçilən iki Ön kuest tirədən ibarətdir. Yaylanın ən yüksək zirvəsi Babuqanyaylavari Roman-Koş dağıdır (1545 m). Yaylaya səciyyəvi landşaft xüsusiyyəti verən karst relyef formalarıdır. Yaylada karst tam seçilir və Aralıq dənizi tipinin çılpaq karstları üçün klassik nümunədir. Bir çox yerlərdə əhəngdaşları torpaq örtüyündən tamamilə məhrum olmuş və kar çölü yaratmışdır.

Kerç yarımadası

[redaktə |vikimətni redaktə et]

Yarımadanın relyefi təpəlidir. Yüksək olmayan təpələr və çökəklərlə ayrılan ayrı-ayrı təpələr paleogen və neogen süxurlarından təşkil olunmuşdur. Nüvə hissəsində, yumşaq gillərin braxiantiklinallarından üzə çıxdığı sahələrdə antiklinal çökəklərin əmələ gəlməsi səciyyəvidir. Palçıq vulkanlarına da rast gəlinir.

Çöllük Krım

[redaktə |vikimətni redaktə et]

Bu, hamar, demək olar ki, ideal düzənlikdir. Tarxanqut yarımadasının relyefi bir neçə yastı qalxmaları olan dalğalı sahədir.

Əhalisi

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:Krım əhalisi

Sovet İttifaqının dağılışından sonra muxtariyyət bərpa olundu; vaxtilə sürgün edilən xalqlara qayıtmağa icazə verildi. Son 200 il ərzindəki kimi, bu günlərruslar Krımda çoxluq təşkil edir. Qalan xalqlar –ukraynalılar,Krım tatarları,beloruslar,tatarlar,azərbaycanlılar,erməniləryəhudilərdir.

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. İvanov, Q. İ.Coğrafiya. III hissə. Avropa. Məlikov, S. tərəfindən tərcümə olunub. Bakı: Azərnəşr. 1929. 4–5.19 oktyabr 2023 tarixindəarxivləşdirilib.İstifadə tarixi:17 aprel 2024.Qara dəniz və Azaq (Azov) dənizi adlanan böyük bir körfəzQırım yarımadasını əhatə edir.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Krım&oldid=8167634"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp