Korn (bəzən loqotiplərdə əslinə uyğun olaraq"KoRn" və ya"KoЯn" kimi də yazılır ) —1993-cü ildəKaliforniyada yaranmışnu metal qrupudur.
Qrupnu metal janrının banisi hesab edilir. 1994-cü ildə çıxardıqları eyni adlı (Korn) debüt albomu bütün dünyada 3 milyondan çox satmışdır. Qrup1996-cı ilin aprelinə kimi "Life Is Peachy" albomunun üzərində işləyir və həmin il15 oktyabr albomu satışa çıxardır.1998-ci ildəBillboard 200 siyahısında 1-ci sıraya yüksələn "Follow the Leader Korn" albomu qrupun əsas tanınmasında rolu olan albom kimi qəbul edilir.1999-cu ildə çıxardıqları "Issues" albomu yenə eyni siyahıda 1-ci sıraya yüksəlir. Qrup11 iyun2002-ci ildə "Untouchables" albomunu və21 noyabr2003-cü ildə "Take a Look in the Mirror" albomunu yayımlayır. Hər iki albomBillboard 200 siyahısında ilk onluq içərisindən zirvəyə yüksəlir.
İlk yığma albomları olan "Greatest Hits Vol. 1",Billboard 200 siyahısında 4-cü sıraya yüksəlir. Qrup2005-ci il6 dekabr tarixinda "See You on the Other Side" albomunu satışa çıxardır və Korn'un adsız albomu, təxminən iki il sonra31 iyul2007-ci ildə yayımlanır.
Korn son onillikdə albomları ən çox satan metal qruplarından biridir. Qrupun diskoqrafiyasında 10 studiya albomu, konsertlərdən olan canlı performansları və bir çox akustik toplu albomu var. Albomları bütün dünyada 50 miyondan çox,ABŞ'da isə 16 milyon satmışdır. Qrup 6 dəfəQremmi mükafatına namizəd göstərilsə də 2 dəfə bu mükafata sahib olmuşdur.
- Korn (1994)
- Life Is Peachy (1996)
- Follow The Leader (1998)
- Issues (1999)
- Untouchables (2002)
- Take a Look in the Mirror (2003)
- See You on the Other Side (2005)
- Untitled (2007)
- Korn III – Remember Who You Are (2010)
- The Path of Totality (2011)
- The Paradigm Shift (2013)
- The Serenity of Suffering (2016)
- The Nothing (2019)
- Requiem (2022)