Kobo Abe (əsl adı —Kimifusa Abe —yap.安部公房;7 mart1924[2][3][…],Kita,Tokio[3] –22 yanvar1993[2][3][…],Tokio[3]) — yapon yazıçı, dramaturq və ssenaristi.İkinci dünya müharibəsindən sonra yaranmış yapon avanqardizminin əsas nümayəndəsi. Yaradıcılığının əsas mövzusu insanın kimliyinin müasir dünyada axtarışıdır. "Qumluqdakı qadın", "Yad sima", "Yandırılmış xəritə" romanları əsasında, 1960-cı illərdə Xirosi Tesiqaxaranın rejissorluğu ilə filmlər çəkilmişdir.
Yazıçı, uşaqlığını 1940-cı ildə orta məktəbi bitirdiyiMançuriyada keçirdi. Yaponiyaya qayıtdıqdan sonra, orta təhsilini Seijou məktəbində aldıqdan sonra, 1943-cü ildəTokyo İmperator Universitetinin Tibb fakültəsinə daxil oldu. Hələ tələbə ikən, 1947-ci ildə, gələcəkdə Abe'nin kitablarının dizaynında və teatr əsərləri üçün dekorasiyada əhəmiyyətli rol oynayacaq sənətçi Mati Abe ilə evləndi. 1948-ci ildə Abe universiteti bitirdi, lakin imtahanında yaxşı nəticə göstərə bilmədiyi üçün, faktiki olaraq praktik həkim olmaq fürsətini itirdi.
Ən məşhur əsərləri: "Qumluqdakı qadın" (1962), "Yad sima", "Yandırılmış xəritə", "Qutu adam".
- ↑Bell A. Abe Kōbō //Encyclopædia Britannica (brit. ing.).Encyclopædia Britannica, Inc., 1768.
- ↑12Bibliothèque nationale de FranceBnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑1234Roux P. d.Nouveau Dictionnaire des œuvres de tous les temps et tous les pays (fr.). 2Éditions Robert Laffont, 1994. Vol. 1. P. 3.ISBN 978-2-221-06888-5