Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Kleopatra iynəsi

51°30′30″ şm. e. 0°07′13″ q. u.HGYO
Vikipediya, azad ensiklopediya
Kleopatra iynəsi
Cleopatra's Needle
Ölkə Böyük Britaniya
ŞəhərLondon
YerləşirVestminster borosu
Tikilmə tarixiE. ə. II minilliyin ortaları
ÜslubuQədim Misir memarlığı
51°30′30″ şm. e. 0°07′13″ q. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kleopatra iynəsi (ing.Cleopatra's Needle) —Londonun, Viktoriya sahilində ikiSfinksin əhatəsində olanQədim Misirobeliski. 18 metr uzunluğunda 186 ton çəkili qranitdən monolitdir. Britaniyalılar tərəfindən 1877-ci ildəİsgəndəriyədən gətirilib.

E. ə. II minilliyin ortalarında Asuan daşkarxanalarında yonulmuşdur. Obeliskin üzərində faraonIII Tutmosun (sonradanII RamzesVII Kleopatranın adları əlavə edilmişdir) simvolu yonulmuşdur. E. ə. təxminən 1475-ci ildə Nilin aşağısı ilə Geliopola gətirilmişdir. Təxminən roma imperatoruOktavian Avqust zamanında obelisk İsgəndəriyyəyə gətrilmiş və əsrlər boyu burada qalmışdır. XIX əsrin əvvəlində abidə baxımsız qalmış və quma batmışdır.

Misir hakimi Məhəmməd Əli tərəfindən eqiptomaniyanın ən qızğın çağında, 1819-cu ildə vitse admiralNelsonunƏbukir dəniz döyüşündə və general Eberkrombinin 1801-ci il İsgəndəriyyə qələbəsini qeyd etmək üçün britaniyalılara hədiyyə edilmişdir. 1877-ci ildək, cərrah Erazmus Vilsonun şəxsi hesabından obeliskin Böyük Britaniyanın paytaxtına aparılması üçün pul ayırana qədər, İsgəndəriyyədə qalmışdır.

Obeliski dəmir silindirin içinə saldılar və xüsusi konstruksiya olunmuş "Kleopatra" gəmisinə yükləyib, 1877-ci ilin sentyabrında paroxodla yedək götürdülər.Biskay Körfəzində üzən zaman gəmi tufana düşür və 6 dənizçi həlak olur. 1878-ci il yanvarın 21-də obelisk Londona çatır. İlkin planda onun Britaniya parlamentininsarayı önündə qoymaq planlaşdırılırdı. 1878-ci il 12 sentyabrda onu Viktoriya sahilində qoydular[1]. Ətrafında tuncdan tökülmüş və üzü obeliskə tərəf olanSfinks heykəlləri yerləşdirilir.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Christopher Hibbert, Ben Weinreb, John Keay, Julia Keay."The London Encyclopaedia (3rd Edition)"(ingilis).2023-07-24 tarixindəarxivləşdirilib.İstifadə tarixi: 5 fevral, 2015.
⛭
Londonun görməli yerləri
Binalar və
tikililər
Körpülər
Əyləncə
meydanları
Kinoteatrlar
Futbol stadionları
Digər böyük
idman meydanları
Teatrlar
Digər
Hökümət
Muzeylər
qalereyalar
Məbədlər
Ticarət
Mağazalar
Ticarət mərkəzləri
və bazarlar
Krallıq binaları
Monarx ailəsi tərəfindən qismən istifadə edilən
İstifadə edilməyən
Göydələnlər
Abidələr
Nəqliyyat
Digər
Parklar
Kral parkları
Digər
Meydanlar
Keçələr
Tikinti işləri davam etdirilən bina və tikililəritaliklə göstərilib.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Kleopatra_iynəsi&oldid=7132342"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp