Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Klarnet

Vikipediya, azad ensiklopediya
Klarnet
Hornbostel–Zaks təsnifatı422.211.2-71
İxtiraçıİohann Denner[1][2][…]
Audio nümunəsi
Fayl haqqında məlumat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klarnet — nəfəslə çalınan musiqi aləti[3]. Simfonik orkestrin tərkibinə daxil olan əsas alətlərdən biridir.

Söz açımı

[redaktə |vikimətni redaktə et]

Italyanca "clarinetto" — "kiçik klarina" deməkdir. Klarina isə (latınca "clarus" — aydın) XVIII əsrdə aydın, təmiz səsə malik olan yüksək registrli truba aləti idi.

Tarixçə

[redaktə |vikimətni redaktə et]

Klarnet ağac nəfəs alətlərindən biri olub, 1690-cı ildəNürnberqli alman musiqi ustasıİohann Xristof Denner tərəfindən ixtira olunmuşdur. Artıq XVIII əsrdən etibarən müasir təkmilləşmiş formada orkestrlərin tərkibinə daxil olmuşdur. Solo, ansambl və eləcə də simfonik orkestrin ən başlıca ağac nəfəs aləti kimi geniş tətbiq edilir.[4]

Quruluşu və diapazonu

[redaktə |vikimətni redaktə et]

Silindr şəkilli boru formasındadır, birdilçəkli olub, klapanlar sistemi ilə təchiz olunmuşdur. Uzunluğu 70 sm olan borudan və qamış müştükdən ibarətdir və çoxlu sayda klapanlar vasitasilə çalınır. Onun diapazonu kiçik oktavanın "re" ("re b") notundan III oktavanın "lya" — "si b" notuna qədər davam edir. Klarnetin tembri registr bölgüsünə görə müxtəlifdir: aşağı registrdə daha tutqun; orta registrdə mülayim, ifadəli; yüksək registrdə işıqlı və cingiltili səslənir. Klarnet transpozisiyalı musiqi alətləri qrupuna aiddir. Orkestr və ansambllarda, adətən in A və in B kökündə klarnetlərdən istifadə edilir.

Növləri

[redaktə |vikimətni redaktə et]

Dörd müxtəlif növü var:

  • böyük klarnet
  • kiçik klarnet
  • bas blarnet — quruluşuna görə klarnet kimidir, yalnız iri həcminə və bir qədər dəyişilmiş formasına görə fərqlənir. İlk dəfə XIX əsrdə opera musiqisində, daha sonra simfonik musiqidə tətbiq olunmuşdur.[5].
  • bassethorn (alt klarnet).

Ünlü klarnetçalanlar

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Риман Г.Кларнет (rus.). //Музыкальный словарь:Перевод с 5-го немецкого издания / под ред.Ю. Д. Энгель, пер.Б. П. ЮргенсонМосква:Музыкальное издательство П. И. Юргенсона, 1901. Т. 2. С. 632–633.
  2. Соловьев Н.Кларнет (rus.). //Энциклопедический словарьСПб:Брокгауз — Ефрон, 1895. Т. XV. С. 297.
  3. Əfrasiyab Bədəlbəyli.İzahlı monoqrafik musiqi lüğəti — KlarnetArxivləşdirilib 2015-06-07 at theWayback Machine
  4. "Sevda Əliqızı. Hekayətli musiqi lüğəti - K hərfi".31 mart 2014 tarixindəarxivləşdirilib.İstifadə tarixi:18 iyun 2013.
  5. Əfrasiyab Bədəlbəyli.İzahlı monoqrafik musiqi lüğəti — Bas klarnetArxivləşdirilib 2015-06-07 at theWayback Machine

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]
Şəkil
Musiqi haqqında olan bu məqaləqaralama halındadır. Məqaləniredaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Klarnet&oldid=8290931"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp