İnsan təfəkkürünün məhsulu olan kitabın yaranmasında bir sıra amillər mühüm rol oynamışdır.Əlifbanın və yazının meydana gəlməsi ilk amillərdəndir. Kitabın yaranmasında əsas amil yazı materiallarıdır. İlk əlifbadan və yazıdan istifadə etməyə başlayan insanların ilk kitabları daş, gil lövhələr, metal, ağac və s. olub. Eramızdan əvvəl IV–III minilliklərdə qədim misirlilərpapirus adlı yazı materiallarından isifadə etmiş, sonraKiçik Asiyanın Perqama şəhərində gələnperqament onu əvəz etmişdir.
Eramızdan əvvəl I–II əsrlərdəÇində kağızın meydana gəlməsi uzun müddət gizli saxlanılmış, yalnız 751-ci ildəBağdadxəlifəsininSəmərqənd nümayəndəsi Çin sərhəddindən əsir tutduğu iki kağız mütəxəssisinin köməyindən sonraSəmərqənddə kağız istehsalına başlanılır. Məhz bu fakta görə kağızın vətəniŞərq sayılır. Kağızın meydana gəlməsiəlyazma kitabların yaranmasına və geniş yayılmasına böyük təsir göstərdi.
Mütaliyəyə marağın artması əlyazma kitabların tədricən sıradan çıxmasına və kitab çapının meydana gəlməsinə şərait yaratdı. VIII əsrin ilk amillərindəKoreyada,Çində,Yaponiyada kitab çapı ilə bağlı ilk axtarışlar başlasa da, yalnız 1440-cı ildəalmanixtiraçısıİohann Qutenberqin ixtirası kitab tarixində yeni dövr açmışdır. Ksiloqrafiya üsulu ilə ilk çap kitabları XV əsrin ikinci yarısındaQərbi Avropada meydana gəldi. Kitabın çap texnologiyası zaman keçdikcə təkmilləşərək yeni kəşflər nəticəsində inkişaf etdi.