Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Kit Buğa noyon

Vikipediya, azad ensiklopediya
Bu məqalədəki məlumatlarınyoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyəetibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçünməqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Bu məqalənivikiləşdirmək lazımdır.
Lütfən, məqaləniümumvikipediyaredaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Kit Buğa noyon
Doğum tarixiXIII əsr
Vəfat tarixi3 sentyabr1260(1260-09-03)
Vəfat səbəbibaşın kəsilməsi
Fəaliyyətihərbi lider[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kit Buğa noyon (XIII əsr3 sentyabr1260) — Elxanlı sərkərdəsi.

Həyatı

[redaktə |vikimətni redaktə et]

Kit Buğa noyon Nayman ulusundandır. Baurçi (süfrəçi) çini daşıyırdı. O,Hülaku xanın sərkərdəsi idi. Elxan onu Şama hakim təyin etmişdi.

Kitbuğa noyon və Eyn-Cəllut vuruşu

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:Eyn Cəllud vuruşu

1260-cı ildəSuriya hakimi monqol Kit Buqa noyon azsaylı ordusu ilə (ya 20000, ya da 10000 əsgərlə)Baalbekdə durmuşdu və düşünürdü ki, heç yerdən qorxu yoxdur. Şərqdən onu səhra qoruyurdu, Qərbdə isə xristian cəngavərlərinin qəsrləri dururdu. Ancaq Kit Buqa noyon çölləri yaxşı bilsə də,xristianları yaxşı tanımırdı.

O özü xristian idi və xristianlara inanırdı. Sidonun yiyəsi frank Jülyen isə öz dayısının mülkünü də yağmalayırdı. O,monqollara hücum edib onları yağmaladı. Sonra isə Kit Buqa noyon Sidon qəsrinə hücum edib onu darmadağın etdi.

26 iyul 1260-cı ildəməmlüklərin ön dəstələri özləri ilə artıq yük olmasın deyə ərzaq belə götürməyərək,Sinay səhrasını keçdilər. Onlar monqollarınQəzzə yaxınlığındakı müdafiə xəttini yarıb,Akra yaxınlığında Avropa xaçlılarını əzərək, xeyli ərzaq ələ keçirdilər. Daha sonra Quduzun və Baybarsın başçılıq etdikləri Məmlük ordusu Avropa xaçlılarının qurduqları qondarma Yerusəlim (Qüds) krallığından keçərək, Eyn Cəllud adlı yerdə Kit Buğa noyonun başçılıq etdiyi birləşmiş monqol-erməni-gürcü ordusu ilə üz-üzə gəldi.

2 sentyabr 1260-cı ildə monqol-erməni-gürcü ordusu məmlüklər tərəfindən darmadağın edildi. Əsir tutulan Kit Buğa noyon edam olundu. Məmlüklərin orduları təntənəli şəkildə Şam (Dəməşq) şəhərinə daxil oldular.

10 dekabr 1260-cı ildə Hülakü xanın göndərdiyi ikinci monqol ordusu da məmlüklər tərəfindən Hüms yaxınlığında darmadağın edildi.

Ailəsi

[redaktə |vikimətni redaktə et]

Kit Buğa noyonun Qoyunçu adlı oğlu vardı. Qoyunçu Arqun xanın əmirləri arasında özünə etibarlı yer qazanmışdı. Qoyunçunun oğlu Araqi Qazan xana xidmət etmişdi.

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
⛭
Böyük Monqol imperiyasının vəzir və sərkərdələri
Böyük Monqol
imperiyası
Yuan sülaləsi
Elxanlılar sülaləsi
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Kit_Buğa_noyon&oldid=7684736"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp